Görüş keçirildi

Bugün, Dərbənddə Moskvanın tanınmış şair və jurnalisti Aleksey Şoroxov qonağ olub. Şairlə birgə Dərbəndə, Dağıstan Respublikasının Yazıçılar Birliyinin sədri, DP Xalq şairi Məhəmməd Əhmədov və Tabasaran bölməsinin sədri Suvaynat Kürəbəyova da gəlmişdilər. Şair öz gördüyü işlər barədə danışıb və öz gözəl şeirləri səsləndirib. Aleksey Dərbəndi, ən müqəddəs şəhər adlandırdı. O deyib, «Dərbəndin «Narın-Qala»sına qalxıb, oradan şəhərə baxanda, sanki bam-başqa bir dünyada kimi hiss etdim özümü. İçimdə yaranan, bitib tükənməyən suallara şəhərin qədim divarla cavab verirdi.

O qədər adamın ruhuna doğma bir şəhərdir ki, onu bir kəlmə ilə ifadə etmək mümkün deyil». O, onun görüşünə gələn şair və yazıçılarla yaxından tanış olub. Və öz kitablarını, imzası ilə hədiyyə edib. Tədbirdə, Dərbəndin tanınmış şairləri Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə və Azərbaycan dövlət dram teatrının aktrisası Zeynəb Dərbəndli, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü şair tərcüməçi Fəxrətdin Oruc, şair Məmmədhüseyn Bayatlı, Rusiya Yazıçılar Birliyinin üzvü şairə, filologlya elmləri namizədi Elmira Aşurbəyova, Rusiya Yazıçılar Birliyinin üzvü şair Rahim Rəhman, Tabasaran teatrının aktrirası DR əməkdaf artisti Gülnisə Ağayeva, MEGA ticarət mərkəzinin sahibkarı Ayvaz Ramazanov və başqaları iştirak ediblər. Aleksey Şoroxov, ona ünvanlanan sualları, sevə-sevə cavablandırıb. Tədbiri Tabasaran dövlət dram teatrının direktoru Əlimurad Əlimuradov təşkil edib. Tədbirin sonunda, xatirə şəkilləri çəkilib.

M. Seyidov.