Analar günü qeyd olundu


Noyabrın 27-də Dərbənd şəhərinin «Gülistan» restoranında Beynəlxalq
“Analar günü”nə həsr olunmuş bayram konserti keçirildi. Konsertin açılışını, öz təbrik nitqi ilə Dərbənd şəhər dairə başçısı Rüstəmbəy Sədrətdinoviç Pirməhəmmədov açdı. Bu konsert xüsusi olaraq hərbi əməliyyat iştirakçılarının anaları və digər ailə üzvləri üçün təşkil edilmişdir. Rüstəmbek Pirməhəmmədov tədbirə gələnləri salamlayıb, anaları bayram münasibətilə təbrik edib.
“Bu gün vətənimizi qoruyan qəhrəmanlarımızı böyüdən bütün analara təşəkkür etmək istəyirəm. Sizə cansağlığı, uğurlar və başınızın üstündə dinc və aydın səma arzulayıram. O gün olsun, övladlarınız, sağ-salamat evlərinə qayıtsınlar. Bütün Vətən oğullarına firavanlıq və qələbə arzulayıram”, — deyə vurğulayıb.
Həsən Mirzəyev də minnətdarlıq və təbrik sözləri ilə çıxış etdi. “Ana hamımız üçün bitib tükənməyən büyük bir dünyadır. Sizə uzun ömür və ucu-bucağı görünməyən xoşbəxtlik arzulayıram”. Təbriklərə Dövlət Dumasının Vahid Rusiyadan olan deputatı Xizri Abakarov da qoşulub. Görüş çərçivəsində şəhərin yaradıcı kollektivlərinin iştirakı ilə möhtəşəm bir konsert proqram təşkil olunub.
Konsertdə, Dərbəndin sevilən sənətçiləri, Dağıstan Respublikasının əməkdar artisti Besxanım Gülməhəmmədova, sevilən müğənni Murad Abdullayev, Tanınmış və sevilən şairə və müğənni, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli, sevilən müğənni Gülmirə Babayeva və başqaları çıxış ediblər. Tədbirin sonunda, tədbirdə iştirak edən analara hədiyyələr verilib. Tədbiri Dərbənd şəhər dairəsi Mədəniyyət, İdman, Gənclər siyasəti və Turizm idarsi tərəfindən təşkil edilmişdi.
Biz də bu təbriklərə qoşuluruq, bütün anaları, bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik edirik.
H. Aslanov