Bayram qeyd edildi


May ayının 28-də, Azərbaycan Respublikasının Müstəqillik günüdür. Bu münasibətlə hər il dünyanın bir çox ölkələri bu bayramı təntənəli qeyd edir. Dağıstan Respublikası da bunu qardaş respublika olaraq hər il qeyd edir. Bu il də Dağıstan Respublikasının Mədəniyyət Nazirinin sərəncamı ilə Mahaçqalada, Dostluq Evində təmtəraqla qeyd edilib.
Və beləcə də, mayın 29-da Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində. Dostluq Evinin qarşısında, bu bayram çox gözəl qeyd edildi. Tədbiri Dağıstan Respublikasının Minnats-ın rəhbəri Enrik Müslümov, Azərbaycan xalqına öz təbrikləri ilə çıxış edib. Ondan əlavə Azərbaycan Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasının əməkdan mədəniyyət işçisi Firdousi Əsgərov, Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov, Dərbənd Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Telman Tairli və başqa qonqğlar təbrik ilə çıxış ediblər. Bu tədbirə öz konsetr proqramı ilə Azərbaycan Dövlət Dram Teatrının artistləri bir az da gözəllik qatıblar.
Tədbirin gedişatında, bir çox Azərbaycan ictimaiyyətinin nümayəndələri, eləcə də Dağıstan Respublikasının ictimai və gənclər təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, tələbələr və bir çox başqaları iştirak ediblər.Tədbirin sonunda Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdosi Əsgərov “Xalqlar Dostluğu” medalı ilə təltif edilib. Və bir çox gənclər də, dostluğ əlaqələrinə görə fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.
Belə tədbirlərin və bayramların qeyd edilməsi, Rusiya Federasiyası və Azərbaycan Respublikasının xalqları arasında millətlərarası sülh və harmoniya dostluğu müvcudluğu daha gözəlləşdirir. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını ilk növbədə, Dağıstan Respublikasının ənənəvi dostluq və mehriban qonşuluq əlaqələri, tarixin dərinliklərinə söykənən və ölkələrimiz və xalqlarımız arasındakı hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmindir.
Tədbir çox maraqlı keçib, xüsusən də Azərbaycan Dövlət Dram Teatrının artistlərinin konsert proqramı ilə başa çatıb.
H. Aslanov