Sergey Melikov Qamsutl kəndinin dirçəldilməsinə münasibət bildirib


Sergey Melikov Qamsutl kəndindən olan insanların köhnə kəndi dirçəltmək istəyinə münasibət bildirib. “Kəndin yerliləri qayıdıb qazanc əldə etmək istəyirlər. Mən bunda səhv bir şey görmürəm. Bunun üçün lazımi şərait yaradılmalı, ticarət və ya xidmət obyektlərini vergi idarəsində uçota almalıdırlar. Pulunu yatıran sakinlər qazanc əldə etsin və vergilər rayonun özünün inkişafına yönəlsin”, — Sergey Melikov qeyd edib. Kəndin özündən danışan Sergey Melikov kənddə açıq səma altında muzeyin yaradılması variantına baxmağı tapşırıb. Kiçik vətənlərinə qayıtmağı planlaşdıran kənd sakinləri orada işləyə biləcəklər. Xatırladaq ki, kəndin yerli sakinləri qəsəbənin ərazisini dirçəltmək istəklərini bildiriblər. Qeyd edək ki, kəndin özündə uzun müddətdir heç kim yaşamır — sonuncu sakin 2015-ci ildə dünyasını dəyişib. Bu gün Qamsutl turistlər üçün məşhur bir yerdir.

S. Salixova