Новостная лента

YUSUF BAZUTAYEVİN YUBİLEYİ

Tabasaran rayonunda tanınmış şair, dramaturq, publisist- şair Yusuf Bazutayevin 70 illik yubileyi təntənələrlə qeyd edilib. Tədbirin təşkilatçıları rayonun administrasiyası, DR Yazıçılar İttifaqı və «Dübək  kənd soveti» ərazi vahidliyinin adminstrasiyası olmuşlar.

Bayram tədbirlərində  DR Yazıçılar İttifaqının sədri Məhəmməd Əhmədov, Rusiya Yazıçılar İttifaqının katibi, «Moskovskiy literator» ( «Moskva ədəbiyyatı») nəşriyyatının baş redaktoru  İvan Qolubniçiy (Yusuf Bazutayevin tərcüməçisi), Tabasaran Dövlət Dram  Teatrının kollektivi, rayon adminstrasiyasının nümayəndələri, Tabasaranın elm və yaradıcı ziyalıları,şairin həmkəndliləri və dostları iştirak etmişlər.

Tədbir Dübək kənd ümumtəhsil orta məktəbinin həyətində ucaldılmış Yusuf Bazutayevin abidəsi önünə gül-çiçək dəstələri düzməklə başlanmışdır. Qonaqları  və həmkəndliləri «Dübək kənd soveti» ərazi vahidliyinin başçısı İbrahim Hacıyev salamlamışdır.

Məhəmməd Əhmədov öz çıxışında qeyd etmişdir ki, Yusuf Bazutayev qısa, lakin çox parlaq ömür sürmüşdür. Onun sözlərinə görə  şairin əsl həyat yolu  ölümündən sonra başlayıb. «O Tabasaran və Dağıstan ədəbiyyatında özünün təkrarolunmaz izini qoyub. Qısa yaradıcılıq həyatında Yusuf Bazutayev həm poeziyada, həm naşirlikdə və həm də dramaturgiyada özünü doğrulda bilmişdir. Onun istedadlı və ilhamlı yaradıcılığı olub. Vəsf etdiyi şeirlərində sevdiyi bütün doğma Tabasaran torpağının və təbiətinin rəngləri təsvir edilib».

Tədbir iştirakçılarını Rusiya Yazıçılar İttifaqı və rus şairləri adından İvan Qolubniçiy salamlamışdır. O, demişdir: -Yusuf Bazutayevin yaradıcılığı nadir lirik notları üzərində qurulub. O, Vətəninə, torpağına sevgisini, gəncliyə, gələcəyə  inamını gözəl poetik dillə qələmə alıb. Biz bu gün şairin parlaq xaitirəsini yad edirik və çox şadam ki, yenidən Tabasaran torpağındayam.

Sonra İ.Qolubniçiy özünün tərcüməsində Yusuf Bazutayevin «Üç mahnı» («Tri pesni») şeirini oxumuşdur.

Tədbirin gedişində həm də Tabasaran bölməsinin rəhbəri Suvaynat Kürəbəyova, Tabasaran teatrının direktoru Əlimurad Əlimuradov, şairə Gülbikə Omarova, «Şahin» («Sokolyonok») jurnalının baş redaktoru Firuzə Sultanova və şairin həmkarları çıxış etmişlər.

Onların hamısı Yusuf Bazutayev haqqında xoş sözlər demiş, onun Tabasaran və Dağıstan ədəbiyyatında böyük yaradıcı əməyini vurğulamış, xatirələr və şeirlər söyləmişlər.

Sonra Tabsaran teatrının aktyorları Yusuf Bazutayevin «Qala» («Krepost») pyesi əsasında hazırlanmış tamaşadan bir parçanı göstərmişlər.

Dübək orta ümumtəhsil məktəbinin şagirdləri şairin şeirlərini oxumuşlar.

Yusuf Bazutayevin ailəsi və qohumları bütün qonaqlara,  şairin həmkarlarına, dostlarına və həmkəndlilərinə belə əhəmiyyətli tədbirin təşkilinə görə  minnətdarlıq hisslərini bildirmişlər.

                                                                  Tahir Saleh

 

 

Прочитано 138 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru