Новостная лента

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ

«Bir dəfə qaldırılmış bayraq, bir daha enməjəсəkdir»

                                                                           M.Ə.Rəsulzadə

         Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir.

         Qeyd etmək lazımdır ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan qədim və zəngin dövlətçilik ənənələrinə malikdir. Azərbaycan xalqı keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamını yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

         1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən Azərbycan Xalq Cumuriyyətin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanların ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sayəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafını xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni inkişafı üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

         Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın Beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

         Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atrebutlarının bir çoxunu qoruyub saxlaya bildi.

         Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gərçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

         1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla, onun üç rəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yadığı 28 may gününü həmin vaxtdan Respublika Günü kimi təntənə ilə qeyd edir. Məhz bu günlərdə bu münasibətlə Dərbənd şəhər deputatları məclisinin sədri Mövsüm Rəhimov Dağıstana gəlmiş Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Onun tərkibində  Beynəlxalq diaspora mərkəzinin sədr müavini Samir Adgözəlli, beynəlxalq diaspora mərkəzinin RF-də sədri Natiq Bədəlov, «Azərtac» dövldət informasiya agentliyinin müxbiri Vüqar Əliyev «Böyük millət» agentliyinin müxbiri Namiq Qarayev olmuşlar. Qonaqları Dərbənd şəhər azərbaycanlıları milli- mədəni muxtariyyatının sədri Telman Hacəliyev müşayiət etmişdir.

Görüşdə həmçinin şəhər deputatları Məclisinin sədr müavini Məhəmməd Məhəmmədov, şəhər administrasiya başçısının müavini Mehdi Əliyev və administrasiyanın maliyyə şöbəsinin rəisi Eyvaz Rəhimov iştirak etmişlər.

Görüşü açan Mövsüm Rəhimov Rusiya ilə Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açmışdır. Qeyd etmişdir ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Rusiya- Azərbaycan münasibətlərinə daim diqqət yetirirlər. Bizim  xalqlarımız və  arasında  dostluğun və əməkdaşlığın tarixi kökləri vardır. Çalışırıq ki, bu əlaqələr gələcəkdə daha da inkişaf etsin.

M.Rəhimov «Azərtac»ın müxbiri Vüqar Əliyevin sullarına cavab vermişdir. Görüşün gedişində Samir Adgözəlli Mövsüm Rəhimova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşəkkürnamə təqdim etmişdir.

 

 

Прочитано 51 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru