Новостная лента

REDAKSİYAYA MƏKTUB
21 Июнь 2019

REDAKSİYAYA MƏKTUB

Salam, çox hörmətli «Dərbənd» qəzetinin baş redaktoru- Əlifxanov Hacımahmud Şamil oğlu. Sizə Rusiyanın Biysk şəhərindən müraciət edirəm. Qəzetinizdə yayımlanan yazıları  derbend.ru  saytından izləyir və sizlərlə fəxr edirik. İstərdim qəzetinizin bu həftəsində babam, Böyük Vətən müharibəsi iştirakçısı, veteran -Fərəcov Fəyyaz Qasım oğlu haqqında məlumatları yayımlayasız.

         HEÇ KƏS UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR

Fərəcov Fəyyaz Qasım oğlu 1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində anadan olmuşdur. İlahiyyat elminin sirrlərinə dərindən bələd olduğu  səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən sayılırdı.

O, 1941-ci ildə Masallı rayon hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayır. 1941-ci ildə Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 1942-ci ildə cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə başında ağır yaralanaraq alma ordusu tərəfindən əsir götürülür. Əsirlikdə olarkən  Stalino (indiki Donetsk) və Almaniyanın ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir. SSRİ  Hökumətinin 10 saylı  Fərmanına əsasən 19 noyabr 1944-cü ildə  ingilis komandanlığı tərəfindən 2909 nömrəli  eşelona  (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır. 21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərinə göndərilmiş və burada 1947-ci ilin aprel ayınadək işləmişdir. Daha sonra öz doğma kəndinə qayıtmış və Mirhüseyn ağadan dini təhsil alaraq məsciddə Quran dərsi verərək öz bilik və bacarığını gələcək nəsillərə öyrətmişdir.

O  doğma dillə yanaşı, həm də rus və ərəb dillərini də bilirdi. Onun müharibədə çəkdiyi iztirablar, əzab - əziyyət dövlət tərəfindən diqqətsiz qalmamış və bu cəfakeş insan «1941-1945-ci illərdə BVM-də Almaniya üzərində Qələbəyə görə» medalı, « 1941-45-ci illərdə Qələbənin 30 illiyi» və «SSRİ Silahlı Qüvvələrinin 60 illiyi» yubiley medalları  ilə təltif olunmuşdur.

6 aprel 1985-ci ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən ikinci dərəcəli BVM ordeninə  layiq görülmüşdür.

16 mart 1997-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin  Masallı rayon şöbəsi tərəfindən Fərəjov Fəyyaz Qasım oğluna özəlləşdirmə payı verilib.

Uzun surən xəstəlikdən sonra 19 may 1998-ci ildə Azərbaycan Respublikasının Masallı rayonunun Qasımlı kəndində vəfat edib və  elə oradaca- kənd qəbristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin, qəbri nurla dolsun, ruhu şad olsun!

REDAKSİYADAN: Hörmətli oxucular, biz çox şadıq və fərəhlənirik ki,  100 yaşlı qəzetimiz « Dərbənd»i yalnız Dağıstanımızda deyil, onun hüdudlarından kənarda da həvəslə oxuyurlar. Sevindirici haldır ki, talelərinə Vətəndən uzaqlarda yaşamaq qisməti yazılan soydaşlarımızın bir çoxu öz məqalələrinin məhz bizim qəzetimizdə dərc olunmasını xahiş edirlər. Biz həqiqətən də buna sevinir və qəlbimiz qürur hissilə dolur.

Əziz «Dərbənd» sevərlər, harada yaşamağınızdan asılı olmayaraq    göndərdiyiniz yazıları hər zaman qəzetimizin səhifələrində görmək  bizimçün çox xoşdur. Yəqin hamıya məlumdur ki, «Dərbənd» qəzeti Rusiyada Azərbaycan dilində çap olunan yeganə  mətbu orqandır.

 Məktublarınızı  gözləyirik, əziz dostlar!

 

 

 

Прочитано 193 раз
Оцените материал
(3 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru