Новостная лента

Mahaçqalada Elmira Kojayevanın "1999-cu İl. Reportyorun gözləri ilə" kitabının təqdimatı keçirildi

Avqustun-28-də  Mahaçqalada  R.Həmzətovun adını daşıyan  Milli kitabxanada DR əməkdar  mədəniyyət işçisi Elmira Kojayevanın   kitabının  təqdimatı keçirilmişdir.

Tədbirdə məşhur jurnalistlər, yazıçılar, şairlər, respublikanın ictimai və mədəni xadimləri, həmçinin hakimiyyət orqanlarının nümayəndələri və könüllü  döyüşçülər iştirak etmişdir.

Kitabının müəllifi  Elmira Kojayeva qeyd etmişdir  ki, kitabda 1999 –cu ilin  iyul-avqust  isti hadisələri, həmçinin Novolak rayonuna quldur dəstələrinin   müdaxiləsi  əks edilmişdir.  Onun sözlərinə görə, kitabın yazılışı zamanı o, Rusiya Müdafiə Nazirliyi, DR  Daxili İşlər Nazirliyinin hərbi xronikasına, həmçinin hadisə   şahidlərinin  sözlərinə əsaslanmışdır.

Sonra  isə tədbirin  moderatoru, Dağıstan Dövlət Universitetinin   elektron KİV-inin kafedra müdiri  İlman  Əlipulatov  20 il bundan qabaq baş  vermiş hadisələrini xatırlamışdır.

" O günlər əsl  müharibə idi. O hadisələrdən  düzgün nəticə götürmək bu gün bizim üçün  çox vacibdir. Dağıstanlılar  o vaxt Vətənə sədaqəti və sevgini  göstərdilər. Biz  Rusiya Federasiyası tərkibində olmaq  haqqını qazandıq", –  
İlman Əlipulatov demişdir.

O, kitabın müəllifinə  təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, informasiyanın dəyəri  onun doğru  obyektivliyidir.

Sözü açan  DR  musiqiçilər  ittifaqının sədri Xan Bəşirov, tədbir iştirakçılarını  Dağıstan  ərazisinə basqın etmiş  quldur  dəstələrini  dağıdılması  20-illik münasibətilə təbrik etmiş və qeyd etmişdir  ki, respublikanın  ziyalıları   o hadisələrin iştirakçılarına    şeirlər   və mahnılar  həsr etmişlər.

O,  həmçinin  bildirmişdir ki,  musiqiçilərimiz  Novolakda  yerləşən Rus teatrın qarşısında  " Mədəniyyət təcavüzə qarşı " aksiya təşkil edilmişlər.

Keçmiş Daxili İşlər Nazirliyinin  əməkdaşı Kamil Hacıyev qeyd etmişdir ki, Elmira  Kojayevla ilə döyüş ərəfəsində  tanış oldum. "Mənə, onu qorumağa tapşırmışlar. Mən  onunla Çeçenistan Respublikasının  bütün inzibati sərhədi gəzir,  işlərin  durumuyla tanış edirdim. Bu kitabda təfərrüatı ilə və ehtimal olunan bütün döyüş hərəkətləri  təsvir edilmiş", –  K. Hacıyev bildirmişdir.

Tədbirdə həmçinin qeyd edilmişdir  ki, kitabda əsas diqqət Dağıstanın könüllü  döyüşçülərinə və bütün xalqın  o əhval-ruhiyyəsinə ayırılmış, hansı ki, beynəlxalq quldur dəstələri ilə vuruşmuş və  zərbəni əks etməyə kömək etmişdir.

                                                                                                                                                          Telman Tahirli

Прочитано 345 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru