Новостная лента

DƏRBƏNDDƏ “ VƏSİYYƏT”   PREMYERASI
29 Нояб 2019

DƏRBƏNDDƏ “ VƏSİYYƏT” PREMYERASI

Dərbənd Azərbaycan  Dövlət Dram Teatrı 2019-cu ilin repertuarında olan Zaripat Atayevinin " Vəsiyyət” premyerasını  noyabrın 28-də ictimaiyyətə təqdim etmişdir. Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının mədəniyyət işçisi Yaqut Xandadaşevadır.

Tamaşada əsas rollarda  Dağıstan Respublikasının əməkdar artisti  Rəhilə Ömərova, Dağıstan Respublikasının əməkdar artisti  Mahir Məlikov, Fürqət Aslanzadə, Dinşah  Abdulqafarov, Canpolad Əmiyev, Şüküfə Məlikova, Təxminə Ömərova, Gülnarə Qarunova, Mədinə Hacıağayeva,  Günel Həbibova      oynamışlar. Tamaşanın  baş  rəssamı  DR əməkdar  rəssamı  Dəmir İsakov, musiqi tərtibatçısı  DR əməkdar artisti Sevda Bəybalaevadır.

Aktyorlar   yüksək professionallıq   nümayiş etmişlər. Tamaşa xoreoqrafiya və gözəl musiqilə  müşayiət olunmuşdur.

Tamaşadan sonra Azərbaycan dövlət dram teatrının  direktoru Firdousi Əsgərov tamaşaçılara, qonaqlara və  teatrsevənlərə  minnətdarlığını bildirmişdir. O, tamaşanın quruluşçu rejissoru  Yaqut Xandadaşevaya  professionallığına görə minnətdarlığını bildimişdir. Həmçinin  Dərbənd rayon  administrasiyası başçısı vəzifəsini  müvəqqəti icra edən Fuad Şixiyev, Dərbənd şəhər başçısının müavini Vidadi Zeynalov, Dərbənd şəhər və rayon mədəniyyət  şöbələrinin rəhbərləri Səmilə Nacafova, Səkinə Seyidova, Dərbənd qoruq muzeyinin direktoru Əli İbrahimov, şəhər mədəniyyət şöbəsinin baş mütəxəssisi  Gülpəri Mirzabalayeva   Yaqut Xandadaşevanı  təbrik etmiş və  aktyorların   oyununu  yüksək qiymətləndirmişlər.

Bugünkü dövrə də xas olan və aktuallığını itirməyən, bir ailənin məhvinə səbəb olan bütün hallar tamaşada öz əksini tapmışdır. Buna görə də tamaşa teatr sevənlər tərəfindən maraqla qarşılanmışdır.

                                                                                                                                                                        Telman Tahirli

 

Прочитано 110 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru