Новостная лента

“Bu uşaqları ailəmizə göndərdiyi üçün Allaha minnətdaram”

Surqutdan olan Svetlana adlı bir qadın 2018-ci ilin sentyabr ayında şiə müsəlmanları üçün müqəddəs olan İranın Məşhəd şəhərində neçə min insan arasında İmam Rza məzarının qəfəsinə  toxunmaq xoşbəxtliyini yaşamışdı.

Səkkiz övladının hamısının sağlam və xoşbəxt olması və böyük oğlunun yaxşı gəlin tapıb ailə qurması üçün dua edirdi. Allahdan ən böyük diləyi isə yaşayış şəraitinin yaxşılaşdırması üçün hakimiyyət tərəfindən ona subsidiyanın ayrılması idi.

Dərbənddə azərbaycanlı ailəsinin sonbeşiyi – beşinci ovladı kimi doğulmuşdu.  Onun adını Gövhər  “Giymətli” qoydular, ancaq bir neçə ay sonra qızın adını dəyişmək qərarına gəldilər. Çünki bu, onun nənəsinin adı idi və o, həyatı boyu bəlalarla üzləşmişdi. Bu səbəbdən qızın adı Svetlana oldu və sənədlərdə də bu adla qeydiyyata düşdü.

Svetlananın uşaqlığı 70-ci illərə təsadüf edir. Məktəbdə onu hər dəfə yeni bir şey düşündüyünə, müəllimlərə özünün təşkil edib və iştirak etdiyi fərqli müsabiqələr təqdim etdiyinə görə kütləvi tədbirləri icad edən adlandırırdılar. Bundan başqa o, xorda oxuyub, dərnəklərdə də məşğul olurdu.

Məktəbdən sonra Dərbənddəki Musiqi Kollecini xor dirijoru ixtisası üzrə bitirib, sonra “Rus dili və ədəbiyyatı” ixtisası üzrə F. Axundov adına Azərbaycan Pedaqoji Universitetinə daxil olmuşdu. 80-ci illərin sonlarında Svetlana qadın-mollanın rəhbərliyi altında ərəb dilini öyrənib namaz qılmağa və oruc tutmağa başladı.

Svetlana öz müəllim peşəsini və Dağıstanı çox sevirdi, hansı ki, 90-cı illərin sonlarında burada həyat və yaşayış  çox çətinləşmişdi.

Bir müddət sonra əri Məmməd və oğlu Ramiz Dərbənddən uzaq Sibirin ən böyük şəhərlərindən biri, neftlə zəngin olan Surquta köçdülər. Məmməd Mehrəliyev yanğınsöndürmə idarəsində işə başladı, Svetlana isə uşaq evində musiqi direktoru vəzifəsində çalışmağa başladı. Sonra bir neçə il qapalı tipli xüsusi ümumtəhsil məktəbində və qocalar evində çalışdı. “Birlik” Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edib, onun himayəsi altında mini-tamaşalar qoyurdu, konsertlər təşkil edirdi, sənət festivallarında iştirak edirdi.

Surqutda Svetlana və Məmmədin Mehdi adlı bir oğlu oldu.

Böyük oğlu Ramiz böyüdü, başqa şəhərdə universitetə girib, ayrı yaşamağa başladı. O zaman 12 yaşında olan Mehdi darıxmağa başladı. Onun sözlərinə görə, ailədə tək uşaq olmaq çox cansıxıcı idi. Onun mütləq həmyaşıd qardaşa, əsl dosta ehtiyacı vardı.

Svetlanın qeyd etdiyi kimi, oğlunun bu sözləri onu və ərini dərin düşünməyə vadar etdi. Onlar qərara aldılar ki, uşaq evindən övladlığa uşaq götürsünlər. Axı Məhəmməd peyğəmbərin dediyi kimi “Müsəlman evlərinin ən yaxşısı, yetimə qayğı göstərən evdir”.

Kimsəsiz uşaqlar haqqında hazırlanan televiziya proqramlarının birində Svetlana 10 yaşlı Nikitanı görür. Uşaq evindən olan gözəl sarısaçlı oğlan dərhal onun diqqətini çəkdi. Onun taleyinə biganə olmadığını hiss edədi. Bu hisslər onda Perm uşaq evinə qəlib uşaqla danışandan sonra daha da gücləndi. Bundan əvvəl Svetlana və əri 3 ay himayədar valideynlər məktəbinə qedib, uşaqları övladlığa götürmək üçün vacib olan sertifikat almışdılar. Onlar Nikitanın “çox çətin uşaq olduğu”  haqda xəbərdarlıq alsalar da, öz qərarlarında qəti idilər.

Evdə Nikitanın beş yaşından etibarən siqaret çəkməyə aludə olduğu və avaralığa meylli olduğu ortaya çıxdı. İlk yayın iki ayında səkkiz dəfə evdən qaçmışdı. Bu gün, beş ildən sonra Nikita həm məktəbdə yaxşı oxuyur, siqaret çəkmir, həftədə 2 dəfə hovuza gedir, müxtəlif əl işləri görməyi sevir, heyrətamiz gözəllikdə fiqurlar yaradır. Ən böyük arzusu isə böyüyəndə fermer olmaqdı. Nikitanın gəlişindən 5 il sonra 2015-ci ilin may ayında Mehrəliyevlər ailəsinə Yekaterinburqdakı Uşaq Evindən yeddi yaşlı Rüstəm gəldi.

Svetlana xatırlayır ki, tanışlıq zamanı təbii cəlbedici olan bu uşağın simasında təəssüf ki, dilənçilik, səliqəsizlik və avaraçılıq kimi pis cəhətlər görünürdü. Görünür, əvvəlki tərbiyə də təsir edib. İndi 4 il keçdikdən sonra o,  tamamilə fərqli bir oğlan olub. Rüstəm özünə baxmağı öyrəndi, dəblə geyinməyə üstünlük verir. Rüstəm pilot olmaq arzusundadır.

2015-ci ilin may ayında Zlatoust şəhərindəki Uşaq Evindən Surquta Mehrəliyevlər ailəsinə 11 yaşlı Vadim köçdü. Atasını heç vaxt görməmişdi, anası isə dilənçilik edirdi. Hətta bir dəfə gəlib oğlunu qaytarmaq üçün bütün sənədləri toplasa da, fikrini tez dəyişmişdi.

Svetlananın sözlərinə görə, Vadimi 4 il boyunca tərbiyə edib. O indi təmkinli, hər şeylə maraqlanan 15 yaşlı idmançıdır. “Məktəbdə Vadim coğrafiyanı, təyyarə modelləşdirməsini və robototexnika dərnəyini sevir. Bundan əlavə, Vadimın peşəkar döyüşçü olmaq üçün şansı var. Bu yaxınlarda sərbəst güləş üzrə Rusiya, Qazaxısta və Azərbaycan idmançılarının iştirak etdiyi idman yarışında çıxış edib. Gələcək çempion üçlüyə daxil olmasa da, bu, acınacağlı məğlubiyyət sayılmır. Vadimin gündən-günə irəlilədiyini görürəm və bilirəm ki, onun qələbələri hələ qabaqdadır”.

2015-ci ilin yayında Zlatoust Uşaq Evinin direktoru zəng edib dedi ki, uşaq evinə valideynləri tərəfindən atılmış yeni bir oğlan uşağı gəlib. Yaşca böyük uşaqlar onu incidib təhqir edirlər. Məmməd Zlatousta gedib oğlanı Surquta gətirdi. Beləliklə, ailəyə hələ o vaxt 12 yaşında olan Nikolay daxil oldu. “Qapını açıb evin astanasında, ərimin yanında bir oğlan uşağını görürəm. Xeyirxah və sadəlövh gözləri diqqətimi çəkdi. Bu vaxt Kolya evə girmədən yeganə tutarlı etibarlı sual verir: “Bəs siz məni götürəcəksiniz?” Bax, bu an Kolyanın intonasiyası, üz cizgiləri, sözün aramla  deyilişi mənim əbədi olaraq qəlbimdə həkk  olundu”. Onun sozlərinə görə, Nikolayın  çox əməksevər və sədaqətli oğlan olduğu ortaya çıxdı, onda milli Azərbaycan mətbəxinə maraq oyandı və böyük həvəslə müxtəlif yeməklər bişirməyi öyrənir.

Elə həmin ilin oktyabr ayında Mehrəliyevlərin artıq böyük və mehriban ailəsində iki qardaş – Aleksey və İvan ortaya çıxır. Valideynləri çox içki içdiklərinə görə valideyn hüquqlarından məhrum olmuşdular. Svetlana Mehrəliyeva qeyd etdi ki, qardaşlar bir-birlərinə yalnız xarici deyil, həm də düşüncələri və bir qədər ləngliyi ilə bənzəyirlər. Vanyada bu xüsusiyyətlər özünü hər işi axıra gədər görməkdə bildirirdisə, Alekseyin ləngliyi isə laqeydlikdən irəli gəlirdi. Adama elə gəlirdi ki, oğlanın inamı sadəca insanlara deyil, hətta özünə belə qalmayıb. Ögey anasının sözlərinə görə, uşağı hər dafə nə isə  bir şeylə məşğul edib başını bir işlə qatmaq lazım idi, həmdə  ki, gündəlik vəzifələrini. İndi oğlan həddindən artıq özünə qapanmasını boyalar və kağızlar vasitəsi ilə aradan qaldırır. Məktəbdə ən çox sevdiyi fənn “Təsviri sənət”dir. Gələcəkdə isə Aleksey rəssam olmaq arzusundadır.

Mehrəliyevlər ailəsi yeni ili qarşılayır

Svetlana vurğulayır ki, hər bayramları, hətta sırf milli və dini şənlikləri belə ailəlikcə qeyd edirlər. Fərqi yoxdur İstər bu Milad, ya da Novruz bayramı olsun. Onun sözlərinə görə, əriylə özü müsəlman olsalar da, ancaq ailədə din heç bir uşağa tədbiq edilmir.

Keçən il Mehrəliyevlər ailəlikcə Bakıya tətilə getmişdilər, axşamları dənizkənarı bulvarı gəzib, gözəlliklərini seyr edib, həyat haqqında danışırdılar, çoxlu şəkil çəkdirirdilər. Günortalar dənizdə çimirdillər. “Uşaqların da məmnun qaldığı dünyaca məşhur Naftalan şəhərinin şəfalı hamamlarını ziyarət etdik. Gündüz gəzintilərdən və ekskursiyalardan sonra axşam Azərbaycan yeməklərindən zövq alırdıq”.

 

Mehrəliyevlər ailəsində vacib ənənəsi doğum günlərinin qeyd edilməsidir. Svetlana Nikitanın ilk doğum günündən danışdı. Həmin gün, martın 31-i Svetlana böyük tort bişirmişdi və üstünə 12 şam düzmüşdü. Bunu görən Nikita sevincindən ağlamağa başladı. Anasını qucaqlayıb dedi ki, Svetlana onun əsl anasıdır. Və onun heç vaxt belə ad günüsü, sevdiyi yeməklərlə dolu olan belə bir süfrəsi olmayıb. “Mən başa düşürəm ki, siz hamınız və bizim mehriban ailəmiz olmasaydı, özümü indi çox pis hiss edəcəkdim, həyatımda bu qədər yaxşı və gözəl hər şeyin baş verə biləcəyini heç vaxt bilməyəcəkdim. Böyüyəndə sizə bir abidə ucaldacağam”.

Ailənin genişlənməsilə bağlı məsələləri Svetlana ilk növbədə öz həyat yoldaşı Məmmədlə məsləhətləşirdi. Onun sözlərinə görə, ərinin peşəsi hamarlayıcıdır, buna görə də, o hərşeyi çox diqqətlə yerinə yetirir. Surqutda o, yanğınsöndürən işləyib və orda çox əsəb  keçirirdi. Və sevinirəm ki, indi o, artıq pensiyadadır, çünkü onsuz evdə heç nə mümkün deyil. Ərinin şən və məlahətli olduğunu deyən Svetlana onun idmanı sevdiyini də qeyd etdi. Gənclik illərində Dərbənddəki Radioelement Zavodunun komandasının qapıçısı, ölkə üzrə yarışlarda iştirak etdiyini vurğulayan Sveta dedi ki, oğlanları ilə də birlikdə yayda  tez-tez futbol oynayır. Tarixə də çox maraq göstərir, daim tarixi filmlərə baxır, kitab oxuyur və uşaqlarda tarixə maraq oyadır.

 

“Bir dam altında himayədar uşaqlarla keçirdiyim illər ərzində birlikdə çox şey yaşamışıq. Ancaq yəqin ki ən böyük nailiyyətim o oldu ki, bu ailəyə daxil olan uşaqlarda özlərinə inam hissini oyatdı, onlar həyata fərqli, yaradıcı və mehriban baxmağa başladılar”. Onların hər birinin həm idmanda, həmdə ki, dərslərində fərdi nailiyyətləri var. Kollektiv şəkildə də nailiyyətləri var. 2017-ci ildə Mehrəliyevlər ailəsi Surqutdakı şəhər yarışmasında “İlin Ailəsi” adına layiq görülüblər.

Svetlananın sözlərinə görə, o oğulları ilə fəxr edir, onların əsl qardaş olduğunu və onun üçün çox dəyərli olduğunu həmişə hamıya bəyan edir: “Allahıma minnətdaram ki, bu uşaqları məhz mənim ailəmə  göndərib”.

Svetlana-Gövhərin bir çox yaxınları çəkinmədən ona böyük yük altına girdiyini deyirlər. Ancaq dostlar ümid edirlər ki, Məşhəddəki müqəddəs məzarda etdiyi duanı Allah eşidib qəbul edib.

Hazırladı: Leyla Şirməmmədova

Прочитано 89 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru