Новостная лента

SOSİAL ŞƏBƏKƏLƏRİN VƏ TERRORİZMİN ZİYANlNDAN DANIŞMIŞLAR

Bu günlərdə Dərbənd rayonunda yerləşən  Qala ümumtəhsil orta  məktəbində  Dərbənd rayon administrasiyasının işçiləri  məktəblilərlə görüş keçirmişlər. Görüşdə    sosial şəbəkələrin və terrorizmin ziyanından danışmışlar. Tədbirdə Qala kəndinin başçısı   Nəbiyulla Şıxəliyev, Dərbənd rayon administrasiyası gənclər və turizm idarəsinin   şöbə rəisi Rafil Hacıəhmədov, Dərbənd  rayon administrasiyası mətbuat xidmətinin rəhbəri  Tərlan Ələkbərov, Dərbənd rayon başçısının yanında gənclər şurasının sədri Veronika  Mirzoyeva, Dərbənd rayon administrasiyası  terrorçuluğa qarşı  bölmə mütəxəssisləri Şahbaz Hacıəliyev, gənclər şurasının üzvü və  Qala  kənd  klubunun rəhbəri Gülnara Rəsulova, Mövlan Sultanəhmədov, Qala məktəbinin şagirdləri, müəllimlər iştirak etmişlər. 

Tədbiri açan  Rafil Hacıəhmədov  qeyd etmişdir ki,  sosial şəbəkələrdə qruplar vasitəsilə terrorizmin və radikalizmin yayılmasının xüsusi təhlükəsi var. Dərbənd rayon administrasiyası mətbuat xidmətinin rəhbəri Tərlan Ələkbərov demişdir ki,    kütləvi  iğtişaşlar  haqqında çağırışlar internet vasitəsilə uşaqların mobil telefonlarına çatdırılır. Valideynlər uşaqlarının  təhlükəsizliyi üçün  onların telefonlarını kontrol altına almalıdırlar. Artıq bir neçə ildir ki, ölkəmizə qarşı  qərb  informasiya strukturları informasiya müharibəsi açıblar. Onlar Rusiyanın neqativ obrazını yaratmaq istəyirlər. İnternet səhifələri  izləyərək  çox diqqətli olmaq lazımdır.

Tədbirin gedişində məktəbliləri narahat edən bütün suallara cavablar verilmişdir.  Qeyd etmək lazımdır ki, belə görüşlər  əhalinin xəbərdarlığı üçün müntəzəm şəkildə  tez –tez keçirilir.

 

                                                                                                                          Telman Tahirli

Прочитано 583 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru