Новостная лента

MƏŞƏDİ KƏRBƏLAYI HƏVVA BABAXANIN ƏHVALATI

Keçmiş zamanlarda bir kişi var imiş. Onun həmişə övladı doğulan kimi yaşamayıb ölərmiş.

İllər keçir, bir gün böyük nəzir- niyazla  onun bir övladı doğulur. Şadlıq – şirinlikdən sonra uşağın adını Yaşaxan qoyurlar. Bu adı da ona görə qoyurlar ki, o ölməsin, yaşasın. Belə də  olur, uşaq ölməyib yaşayır. Bir il, beş il, on il keçir, axır bu uşaq boya - başa çatır. Ata – anası əhdi – kam ilə bu uşağı evləndirirlər. Bir ildən sonra gəlin dünyaya bir oğlan uşağı gətirir. O uşağın adını atasının adına yaraşdırıb Babaxan qoyurlar. Bir az keçdikdən sonra bunların bir oğlu da olur. Onun adını da qoyurlar Rizaxan. Bu uşaqlar böyüməkdə olsun, ata – anası baxır ki, Rizaxan kiçik də olsa cəld, hünərli, ağıllı, kamallı, hörmətli, qayğıkeş bir uşaq olur. Babaxan isə ayağı yerdə, başı tirdə, tənbəl, ağılsız, enli sifət, bığları qulağının dibinə çatan, bir oğlan imiş. Ata-anası Rizaxandan arxayın idilər. Deyirdilər Rizaxan  bir parça çörək qazanıb yeyər, öz çulunu sudan çıxarar. (Vayhal Babaxanındı) Vay Babaxanın halına. Biz öləndən sonra onun halı  necə olacaq. 

İllər keçdi. Oğlanların əvvəl atası, sonra anası vəfat etdi. Onlara atalarından bir ev və on beş qoyun qalmışdı. Bu minvalla  bu iki qardaş bir qarnı  ac, bir qarnı tox yaşayırdılar. Rizaxan özünü  daşa - divara  vurub pul qazanıb gətirərmiş. Babaxan da hazıra bismillah deyib yeyib yatarmış. Rizaxan görür ki, bu cür iş  Keçməyəcək. Gedir kəndin kənarından bir yer alıb başlayır ev tikməyə. Babaxan soruşanda ki, sən nə edirsən, Rizaxan  cavabında deyir ki, haçanacan mən işləyəcəm, sən də yeyəcəksən. İndi özün başını saxla. Evdən bir –iki şəltə- şültə, beş – altı qoyun da alıb ayrılıb köçür öz evinə. Atadan qalma evi və qalan qoyunların çoxunu Babaxana verib deyir ki, bu tacın, bu da taxtın, mən getdim.

Bir ildən sonra bir kasıb kəndli qızı alır. Babaxan görür qardaşı  da köçüb getdi, ona çörək verən olmayacaq. Dərd – qəm onu basır. Babaxan ölə - dirilə bir təhər  bir təhər yaşayır. Rizaxanın da bir uşağı olur.  

Babaxan bir gün oturur fikirləşir ki, qırx yaşına çatıb, hələ evlənməyib. Pulu yox, varı yox, işi peşəsi də ki, yatmaqdı. Belə adama kim qız verər. Ömür boyu subay  qalmayacağam ha. Yaxşısı budur ki, gedim Rizaxana  deyim ki, məni evləndirsin. Boyun olmasa çıxım kənddən gedim. Elə də  eləyir, gedir Rizaxanın yanına, fikrini ona söyləyir. Rizaxan da deyir ki, ay qardaş, əvvələ sən məndən yaşda böyüksən, boyda -  buxunda  da iki mənim qədərisən. Atam, anam da səni məndən də əziz saxlayıb. Atadan qalan iki göz evi də sənə vermişəm, iki pay qoyunu  da sənə  vermişəm. Sən bir başsan, mən isə beş başam. İki biz, üç uşaq. Mən sənə necə kömək edim. Ağlayıb – sızlamaqla iş düzələrsə, səninlə nə qədər istəsən ağlaram. Amma pul verməknən yoxam. Babaxan görür baş götürüb getməkdən savayı başqa çıxış yolu yoxdur. Qalan qoyunlarını  qardaşına əmanət verib, evdən də heybəsinə  pendir – çörəkdən qoyub, əyninə də ən yaxşı libaslarından  geyinib düşür yola. Yolda özünə baxıb xoşallanır. Ayağında  Daram çarıq patavaları var. Uzun donu üstündən ənli qurşaq bağlamışdı. Başında da dudkeş papaq.

Babaxan az getdi, üz getdi, dərə, təpə düz getdi, bir də gördü ki yama acıb. Oturub  bir düzənlikdə nahar elədi. Qarnını doydurub bir qədər yol gəlmişdi ki, gördü yoldan bir az qıraqda altı dənə qız çəmənlikdə qaval çalıb oynayır. Babaxan bu qızları görcək gözləri işıqlandı. Fikirləşdi ki, Allah mənim bəxtimi açıb, birinin yerinə mənə altısını göndərib. Bəlkə də bunlar mənim qismətimdir.

Vallah, bunların altısını da alacağam. Özünü verir qızlar tərəfə. Onlara çatan kimi salam verir. Qızlar salamı eşidən kimi qorxub qaçırlar. Sonra bir yerə cəm olub ondan kim olduğunu, bu yerlərdən niyə keçib onların şənliyinə mane olduğunu soruşurlar.

 

                             Babaxan deyir:

Haylarsuz, huylarsız,

Öyrənmiyən daylarsız.

Altınıza bir qoçaq,

Hansınıza paylarsız.

                            Qızlar deyir:

Haylarıq, huylarıq,

Öyrənmiyən daylarıq.

Saqqaluva yaxarıq,

Bığlarıva paylarıq.

                             Babaxan deyir:

Qavalı mən çalaram,

Sizi razı salaram.

Siz mənim qismətimsiz,

Hamınızı alaram.

                     

 

                              Qızlar deyir:

Dev balası dövbəcə,

Gəlib burdan kim keçə.

Başın – gözün sağ ikən,

Bizdən uzaqlaş bircə.

                             Babaxan deyir:

Mənəm, mənəm Babaxan,

Hünərim var dağ  yıxan.

Qarşıma qoşun çıxsa,

Deyiləm ondan qorxan.

                              Qızlar deyir:

Günəş kimi saçarıq,

Səndən uzaq qaçarıq,

Hər kəsin sevgisi var,

Altı qapı açarıq.

 

            Babaxan ürəyində  fikirləşir ki, mən hara gedirəmsə, bədbəxtlik də mənim qabağımca gedir. Altı qızın altısı da əlimdən çıxdı. Allah versəydi  elə bunlardan birini verərdi. Heç olmasa bu qızların biri məni sevərdi. Babaxan öz –özünə deyir ki, yaxşısı budur çıxım  gedim öz evimə. Kor –  peşiman qayıdır  öz evinə. Evə çatanda fikirləşir ki, başım – gözüm sağdı, bir az da getsəydim başımı da yarardılar. Evim hər yerdən yaxşıdır. Gedib qardaşından qoyunlarını gətirir. Başlayır həmişəki kimi yaşamağa. Qardaşı Rizaxan soruşanda hara getmişdin, nə tez  qayıtdın Babaxan cavabında deyir ki, sən minnət bil  ki, mən sağ – səlamət gəlib çıxmışam. Rizaxan ona deyir ki, bir hünərli adam olsaydın, sən sağ – səlamət gəlməzdin. Fərəməz olduğun üçün sağ  gəlmisən.

Bir gün Babaxan bir dağın dabanında qoyunları otarırdı. Hərdən bir qamışdan qayrılmış tütəyini götürüb yanıqlı – yanıqlı  çalırdı. Elə bu dəm görür ki, uzaqdan qırmızı tumanlı bir qız görünür. Çiynində səhəng yavaş –yavaş cığırla gedir. Babaxanın gözünə işıq gəlir. Öz –özünə deyir ki, əgər bu qızı da əlimdən çıxarsam, mənə öz xoşu ilə gələn olmaz. Yaxşısı budur, zorla özümü o  qıza göstərim. Durub gedir o qızın qabağını kəsir. Qız başlayır qaçmağa. Bir  - iki   addımda qızı tutur, özünü ona göstərir. Əvvəl qıza deyir hara gedirsən? Qız deyir anam naxoşdur, bu dağda şədəs bulağı var, gedirəm o sudan anamçün gətirməyə. Baxan deyir əvvəl mənimlə otur, sonra mən gedib su gətirərəm. Qıza əl atanda qız qaçır. Axır qızcığaz itin əlindən qaçan pişik kimi birbaşa ağlaya -  ağlaya  gəlir evlərinə. Hamısını olduğu kimi danışır. Qızın atası və qardaşı cin atına minirlər. Düz gedirlər kovxanın yanına, bu qızı biz indi neyləyək deyə.

Babaxanı kənddə, dağda tanımayan yox idi. Qız özü də onu tanıyırdı. Kovxa deyir nə eləməy olar, it degəni itə verərlər. Qızdan xəbər alırlar ki, hansı Babaxandı, dev Babaxandımı? Qız deyir həmin Babaxandı. Kovxa da deyir ki, boynuna almasa zindana salaram. Adam göndərib Babaxanı çağırırlar. Babaxan gəlir, məhkəmə qurulur. Hamı məhkəməyə yığışır. Kovxa soruşur:

-         Babaxan sənsən?

Babaxan cavab verir ki, bəli. Amma Babaxan çox peşman idi tutduğu işdən. O güman  eləmirdi ki, bu iş üzə çıxacaq. Kovxa dedi ey dev oğlu Babaxan, nə işlərdən çıxmısan? Atalar deyir ki, devlər axmaq olurlar. Sən də o axmaq devlərdənsən?

Babaxan ürəyində deyir ki, əcəb yerdə günüm axşam oldu. Mən nə iş elədim ki, mən indi belə məhkəmələrə  çağrılmışam. Yalvarım, bəlkə bir yana çıxdım.

 

                                 Babaxan deyir:  

 Vurun başıma toxmaq,

Doğrudur, mənəm axmaq,

Bir işdir ki, olubdur,

Olmazmı bağışlamaq?

 

                                     Koxa:

Ay dev oğlu Babaxan,

Sənsənmiş evlər yıxan,

Daha düşmüsən tora,

Burdan qurtarmaz yaxan.

 

                                   Babaxan:

Dağ ola, duman ola,

Qırmızı tuman  ola,

Qız ola,  çoban ola,

Həç  kəs  onu buraxmaz.

 

 

                                       Koxa:

Dağlar dolu qoyundur,

Sənin işin oyundur,

Sən almıram, desən də,

Bu  qız sənin payındır.

 

Elə Babaxanın da istədiyi bu söz idi. Axır havayı kalam arvad tapıldı. əgər almasam zindan durub qulluğumda. Yaxşısı budur bu qızı alım aparım evimə.

Qızın atasına on dənə qoyun verib  toysuz – düyünsüz qızı aparır öz evinə, gedib kəbin kəsdirib özünə arvad edir. Can – bir qəlbdə şad – xürrəm  yaşayırlar.

Babaxanın da istədiyi elə bu idi. Başı xətadan – bəladan uzaqlaşır. Kəbin kəsdirəndə bilir ki, arvadının adı Sənəmdir. Sənəmin atası qızı gedəndən sonra evlər dolusu mal  aparır dalınca. Sonra da yanında balası olan bir sağılan inəyi gətirib Babaxanın qapısına bağlayır. Sonra da deyir nəyə ehtiyacınız olsa, mən ölməmişəm, sağam, hazıram  qulluğunuzda. Gedəndə deyir:  İndi öz başınızı saxlayın, yaxşı mehriban yaşayın deyib qızına tapşırır. Onlar orada baş – göz oldular. Biz də burada subaylarımızdan  görək.

 

                                                                                            МЕШАДИ КЕРБАЛАИ  ХАВВА

                                        ИСТОРИЯ  БАБАХАНА

 В далекие времена  жил один  мужчина.  Всегда когда  у него в семье  рождался  ребенок он умирал.   Проходят годы  и  рождается у них в семье ребенок. После радостного  торжества дают ему имя Яшахан(Живи хан). Это имя ему дают,  чтобы он не умер, а жил. Так и бывает, ребенок продолжает жить.  Проходит  год, пять, десять лет  в конце концов  ребенок вырос. Отец с матерью его  женят. Через  год  невеста родила  мальчика . Называют мальчика  по имени Бабахан.  Через некоторое время рождается еще один мальчик. Имя  ему  дают Ризахан. Мать и отец  наблюдают, что их младший сын  Ризахан  растет умным, заботливым, уважительным, шустрым  мальчиком. А  старший сын Бабахан растет   без ума,  ленивый, усы до ушей.  Родители  в Ризахане  были уверены. Говорили Ризахан  всегда заработает на хлеб. Бабахану будет тяжелее. После нашей  смерти как он будет жить.

 Прошли годы. Отец мальчиков  умер, потом скончалась мать. Им от отца в наследство осталось один дом и пятнадцать овец.  Таким образом  два брата голодные,  сытые  жили вместе. Ризахан   зарабатывал деньги и приносил домой. Бабахан только готовое ел и ложился спать. Ризахан понимал, что так дальше продолжаться не должно. Начинает на окраине села строить себе дом. Бабахан спрашивает у младшего брата Ризахана  что ты делаешь, он в ответ  говорит, до каких пор я буду работать а ты  есть готовое.  Теперь сам себя корми. Из отцовского  дома берет некоторые необходимые вещи, пять –шесть баранов и уходит.  Дом отца и большую часть баранов  оставляет  старшему брату и говорит  это все твое.

 Через год младший брат  берет в жены бедную деревенскую девушку.  Бабахан понимает что уже брата рядом нет, кто будет его кормить. Сидит в горе и печали.  Бабахан как нибудь, но проживает.  У  Ризахана  в семье рождается ребенок.   

 Один день сидит Бабахан и  думает, уже  сорок лет, но еще не женился. Нет  денег, богатства, профессии. Такому человеку кто даст  девочку. На протяжении всей жизни я же не останусь одиноким. Будет лучше если я пойду к брату Ризахану и скажу чтобы  меня женил. Если не получится то уеду  из  села.   Так  он идет к Ризахану  высказывает своё мнение. Ризахан   говорит, что мол, ты по  возрасту старше меня, по росту два раза выше меня. Отец  и мать  всегла тебя лелеяли. Долю наследства  оставшееся от отца большую часть оставил тебе. Ты один, а у меня в семье пять человек. Мы двое с супругой и три ребенка. Как мне тебе помочь. Если плаканье,  что то изменит я готов с тобой день и ночь плакать. Я тебе денег не дам. Бабахан понимает, что ему  нет другого выхода, как уйти.  Оставшиеся в наследство  баранов отдает брату, одевает самую красивую одежду, берет с собой кусочек сыра и хлеб их уходит  далеко от дома. По дороге  идет и любуется собой. На ноге плотно  надетые чарыки.  Поверх  халата  завязанный  пояс. На голове красивая  папаха.

 Бабахан долго шел и вскоре понял что проголодался.  Присев на равнинном месте пообедал.  Насытившись,   продолжив путь увидел  на краю дороги  шесть девочек поют и играют в бубен. У Бабахана глаза засверкали от радости.  Подумал, что Бог ему  вместо одной девочки отправил шестерых.  Возможно, это было суждено мне.

 Честное слово, эти  шестерых я заберу себе. Подходит к девочкам. При встрече здоровается с ними.  Девушки  услышав приветствие, испуганно бегут. После этого девочки собравшись воедино, спрашивают путника  почему он проходит через их земли и почему он помешал их песнопению.

 

 Бабахан говорит:

 

Крикливые, без характера,

 Жеребята не учные,

Вам одного храбреца,

 Хватит на всех.

 

 Девушки говорят:

  Крикливые с  характером,

  Жеребята умные.

  Намажем на твою бороду,

 Раздадим усы.

                                   Бабахан говорит:

 На бубне буду я играть,

 Вас устрою.

 Вы моя судьба,

 Всех вас возьму.

                                 Девушки  говорят:

  Сын страшилки,

 Кто осмелится сюда прийти.

 Пока голова и глаза целы,

Покинь нас подальше.

                                       Бабахан говорит:

 Это я Бабахан,

 У меня есть сила горы разрушить,

 Если передо мной встанут  войска,

 Я  не побоюсь.

                                         Девушки говорят:

 Излучим как солнце,

 Побежим от тебя,

 У каждого есть любовь,

 Откроем шесть  дверей.

 

Бабахан думает про себя куда бы я ни шел, несчастье преследует меня. Шесть  девочек и все от меня ушли.  Если бог хотел бы то хотя бы одну оставил бы мне. Хотя бы одна из девушек меня полюбила бы.  Бабахан  говорит про себя  лучше будет если я возвращусь домой.  Он унылый возвращается домой. Приближаясь к дому он задумывается хорошо что остался жив, если бы продолжил путешествовать то меня точно бы убили.  Лучше дома нет ничего. Идет забирает у брата своих баранов.  Начинает жить как и прежде. Брат Ризахан спрашивает у него  где ты был, почему так быстро вернулся, он в ответ говорит скажи спасибо Богу что остался я  еще жив. Ризахан ему говорит, если бы ты был смелым ты бы живым не вернулся. Ты некому не нужен поэтому ты живой вернулся.

В один прекрасный день Бабахан пас овец у подножия горы.  Время от времени  играл на  дудудке  сделанной из камыша. Видит он в далеке девушку в красном платье.  На плече  кувшин медленно идет по тропинке. Бабахана глаза засверкали.  Он думает про себя если и эта девушка уйдет от меня  то за меня уже никого не дадут. Лучше будет если я себя покажу ей. Встает и идет преграждает дорогу девушке.  Девушка убегает от него.  Он догоняет девушку, держа ее показывает себя ей. Он спрашивает у нее куда собралась?  Она говорит мама нездорова, здесь рядом есть родник  иду набрать маме воды.  Бабахан ей говорит садись рядом потом я пойду принесу тебе воды. Когда он протягивает руку к девушке, то она от него убегает. Наконец девочка  убегает от него как кошка от собаки, рыдая со слезами приходит домой. Рассказывает о том, что произошло с ней. Ее отец и брат приходят в ярость и садятся на лощадь.  Направляются  к Старосте  рассказать что случилось и как им быть дальше.

 Бабахана в деревне, в горах все знали. Девушка тоже его знала. Староста говорит, что будем делать, кто трогает собаку его же собаке дают. У девушки спрашивают какой этот Бабахан, страшный Бабахан?  Она говорит да тот.  Староста говорит, если не признается  посажу в темницу. Направляет человека за Бабаханом.  Бабахан приходит и создается суд.  Все собираются на  суд. Староста спрашивает:

 Бабахан ты?

 Бабахан ответил, что да. Но Бабахан был очень расстроенный в содеянном.  Он не думал что дело  так  всплывет. Староста сказал ему, эй ты сын чудовища  Бабахан ,  что ты натворил? Отцы говорили, что чудовище бывает дебильным, ты тоже из этих чудовищ?  Бабахан в сердце говорит, день для меня стал тьмой. Что же я натворил что меня вызвали на народный суд. Попрошу может быть пожелеют..

                                   Бабахан говорит:

  Бейте меня в голову,

 Правда, я дурак,

  Было дело,так,

 Нельзя ли  прощать?

                                         Староста

 Эй ты сын чудовища Бабахан,

  Разрушающий дома,

 Ты уже  попался,

  Тебе не выбраться уже.

 

                                        Бабахан:

 Пусть он будет горой и туманом,

 Пусть будет красными штанами,

 Девушкой или пастухом,

 Никто его не отпустит.

 

                                              Староста:

 Горы полны овцами,

 Твое дело игра,

  Хоть ты скажешь, что не возьмешь,

 Это девушка  твоя часть.

 

 Бабахан это слово же и ожидал.  Наконец нашлась жена даром . Если не возьму  то ждет тюрьма. Лучше я отвезу  эту девушку к себе домой.

 Десять овец отдает отцу невесты, помолвившись без свадьбы забирает невесту домой. Начинают жить в горести и в радости.

 Бабахан  то что хотел то и произошло.  Он отошел от плохого. Во время помолвки он узнает что невесту зовут Сяням.   Отец  невесты Сяням  привозит в дом Бабахана много приданного. Дойную корову  с маленьким  теленком.  И еще отец невесты   говорит, я не умер, я жив, я всегда вам рад помочь. Когда он уходит говорит: Теперь живите дружно, в мире и согласии. Молодожены конечно же остались довольны. . Мы же пожелаем нашим холостякам скорейшей женитьбы.  

Перевел  с азербайджанского  языка  Тельман Таирли

Прочитано 861 раз
Оцените материал
(3 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru