Новостная лента

“ SİRİUS – ALTAİR ” DƏRBƏNDDƏ

Bu günlərdə   qədim şəhərimizdə  respublikanın istedadlı uşaqlarının   növbəti  yay  təhsil mərkəzinin açılışı olmuşdur. Mərkəzdə  uşaqlar  üçün  tarix, hüquq, cəmiyyət elmi və rus dili dərsləri keçiriləcək.

            Qeyd etmək lazımdır ki, “ Sirius –  Altair ” istedadlı uşaqlar  mərkəzi layihəsi   DR Başçısı Ramazan Abdulatipov  və RF   Federasiyasının Şura   üzvü  Süleyman Kərimovun təşəbbüsü  həyata keçirilir.

Avqustun 10-da  DR təhsil və elm  naziri Şaxabas  Şaxov, onun  müavini Aleksey Karpuxin, Dərbənd şəhər  təhsil şöbəsinin rəisi  Vadim Quliyev  “ Sirius –  Altair ” istedadlı uşaqlar  mərkəzinin iştirakçıları ilə görüşmüşlər.

Dərslər  Dərbənd şəhərində yerləşən 6 nömrəli internat –məktəbində  keçiriləcəkdir. Uşaqlara  aparıcı Dağıstan mütəxəssisləri, Moskvadan gələn  5  müəllim dərs verəcəklər. Mərkəzin əsas məqsədi   bacarıqlı  uşaqların  yaradıcılığında  yardım göstərməkdir.  

Mərkəzin açılışında DR təhsil və elm  naziri Ş. Şaxov çıxış etmişdir.  “ Birinci növbədə mən istərdim ki, gənclərimizə diqqət ayrıldığına görə   DR Başçısı Ramazan Abdulatipova dərin təşəkkürümü bildirim. Həmçinin dərin təşəkkürümü  gözəl qədim  Dərbənd şəhər  administrasiyasının işçilərinə çatdırmaq istərdim. Günbəgün şəhərin siması dəyişir, şəhər gözəlləşir. Bu gün  Dağıstan Respublikası  savadlı mütəxəssislərdə  ehtiyac duyur.  Ramazan Abdultipov  dəfələrlə deyir, necə biz  gənclərimiz ilə  münasibət saxlayacağıq, eləcə də  Dağıstanın gələcəyi olacaq.  Mən sizə uğurlar diləyirəm! “

"Sirius - Altair" layihəsini  Dağıstanın təhsil və elm nazirinin müavini Aleksey Karpuxin nəzarət edir. Bu yeni təhsil metodların  axtarışını  təşkil edən yaradıcılıq laboratoriyasıdır.  

 

                                                                                                                     Telman Tahirli

Прочитано 208 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper