Новостная лента

“ UZAT, TABAŞİRLİ ƏLİNDƏN ÖPÜM ”

5 oktyabr  bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub.

         Dərbənd  şəhərində yerləşən 6 nömrəli internat – məktəbində  Beynəlxalq Müəllimlər Günü münasibətilə "Uzat, tabaşirli əlindən öpüm!" adlı tədbir keçirmişlər.

Tədbiri açan  ana dili müəlliməsi  Səmaya Əlibəyova  qonaqları, şagirdləri və müəllimləri  salamlayaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün internat –məktəbinin kollektivini təbrik edərək qeyd etmişdir  ki, həyatda qazandığımız  uğurlarımıza görə öncə müəllimlərimizə borcluyuq.

 Bu gün məktəbimizdə öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur. 

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.

Sonra isə Səmaya xanımın  rəhbərliyi altında  şagirdlər qonaqlar üçün konsert proqramını göstərmişlər. Müəllimlərə həsr olunmuş şeirlərlə, mahnılarla, səhnəciklərlə çıxış etmişlər. Şagirdlər müəllimlərlə vals rəqsi oynamışlar.

Həmçinin 6 nömrəli internat – məktəbin  tədris-hissə müdiri  Aida Zamanova, tədbirə qonaq buyurmuş şəhər məktəblərin ana dili müəllimləri 

 çıxış edərək,  müəllim ordusunu Müəllim Günü münasibətilə təbrik etmişlər.  Bayramınız mübarək, əziz müəllimlər!

 

                                                                                                                          Telman Tahirli

Прочитано 160 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper