Новостная лента

BAĞÇADA BİLİK YARIŞMASI KEÇİRİLİB

Bu günlərdə Dərbənddə yerləşən   32  nömrəli  “ Nağıl ” qeyri – dövlət  uşaq bağçasında “ Mənim doğma şəhərim ”  layihəsi çərçivəsində “ Breyn ring ” adlı bilik yarışması keçirilib. Oyun kimi təşkil olunan yarışmada  uşaqlar   komanda şəklində iştirak edib. Məntiqi suallara həvəslə cavab verən balacalar yarışda öz məharətlərini göstəriblər. Bağçanın yaradıcı qrupunun rəhbəri,  tərbiyəçisi Svetlana  Hüseynova keçirilən bilik yarışmasının məqsədi haqqında məlumat vermişdir:

“ İlk növbədə uşaqlar komanda şəklində oynamağı öyrənirlər. İkinci, onlar dinləməyi öyrənirlər. Bu, bir intellektual oyundur, oyuna tez cavab verməkdir. Üçüncü, uşaqlar sualı beyinlərində qavramaq, onun cavabını tapmaq, cavabı tapdıqdan sonra tez reaksiya verərək onu düzgün və diqqətini tam toplayaraq cavab verməyi öyrənirlər. Bu, hal-hazırda bağçamızın ilk addımlarıdır. Amma bu tipli layihələr gələcəkdə uşaqlarda komanda ruhunun formalaşmasında kömək olacaq.”

Bağça tərəfindən belə yarışmaların təşkilinin uşaqlara psixoloji təsirindən bəhs edən  tərbiyəçi oyunlar zamanı balacalarda üzə çıxan keyfiyyətlərdən də danışıb:

“Çox möhtəşəm təsir göstərir. Onlar hər dəfə qalib gəldikdə, sualı düzgün cavablandırdıqda həvəslənirdilər, bəzən emosiyalarını gizlədə bilmirdilər, yerdən durub cavab verirdilər. Ən gözəli o idi ki, valideynlər  də bu qədər həyəcanlı idilər. Yəni onlar öz uşaqlarına baxdıqca həm fəxr edirdilər, həm də həvəslənirdilər. Belə oyunlar zamanı birinci, onlarda diqqət toplanır, ikinci, verilmiş sualı qavramaq, onun analizi və sintezi yaranır. Onlar bir yerdə müzakirə etməyi öyrənirlər, komanda kimi çıxış etməyi öyrənirlər, bir-birini dinləməyi öyrənirlər, səhv olduğu zaman yoldaşına kömək etməyi öyrənirlər. Bütün bu cəhətlər uşağın inkişafında çox vacib cəhətlərdir. ”

Oyun haqda öz fikirləri ilə   müəllim –  loqoped Taqdirə  Seyidova  boluşmüşdür: “ Tədbir çox gözəl keçdi. Uşaqlar aktiv iştirak etdilər, yaxşı cavab verdilər. Hər  qrup çox güclü idi.  Mən çox razı qaldım. Müəllimlərə və tərbiyəçilərə  təşəkkürümü bildirirəm, uşaqlar üzərində çox əziyyətlər çəkiblər. Bu dərəcədə  uşaqların inkişaf etməsinə  çox sevinirəm.”

Qeyd etmək lazımdır ki, tədbirdə ağır atletika üzrə dünya çempionu, şair  Abı Cavadov münsiflər heyəti kimi iştirak etmişdir. Bağçanın tərbiyəçisi  Xədicə Nəsirova uşaqlar üçün  Abı Cavadovun  “  Narıqala ”  şeirini  oxumuşdur.

Yarışmanın sonunda  Abı Cavadova söz vermişlər:  “ Yarışma çox gözəl keçdi, bağçanız həmişə fəaliyyətinə görə başqa bağçalardan seçilir. “ Breyn ring ”  oyunundan çox razı qaldım .”

Qeyd edək ki, bağçada tez-tez belə yarışmalar təşkil olunur.

 

                                                                                                           Telman Tahirli

 

Прочитано 222 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru