Новостная лента

TAHİR SALEH : “ RUSİYA VƏ AZƏRBAYCAN MÜHÜM STRATEJİ MÜTTƏFİQLƏRDİR ”

Tanınmış şair və publisist Rusiya - Azərbaycan dostluq Mərkəzinin  mətbuat xidməti ilə görüşmüş, iki ölkənin gələcək ədəbiyyatını necə təsvir etdiyi haqqında söhbət açmışdır.

Hətta  Sovet İttifaqı dağıldıqdan sonra iki müstəqil dövlət  olan Rusiya və Azərbaycan  bir -  birini başa düşməkdə yaxın olaraq qalmaqdadır. Burada  əsas  məsələ mentalitetdən   və qohumluqdan ibarətdir . Hər iki ölkənin  ərazisində müxtəlif millətlərin nümayəndələri  sülh və mehribanlıq  şəraitində yaşayırlar ki, bu da   həm  rusiyalıların, həm də  azərbaycanlıların  eyni dərəcədə əlaqələrinin   möhkəmlənməsinə   imkan yaradır.  Tolerantlıq  və qonşuluq ənənələri  isə həmişə bir torpaqda  çiyin - çiyinə  yaşayan xalqların qarşılıqlı münasibətlərinin və mədəniyyətlərinin inkişafına gətirib çıxarır.

Tahir Saleh   özü də Rusiya və Azərbaycan mədəniyyətlərinin təkanverici  qüvvəsi kimi nümunə ola bilər. O, Azərbaycanda dünyaya göz açıb, Çelyabinskdə ali təhsil alıb, Dağıstanda yaşayıb -  yaradır. Tahir Saleh - SSRİ, Rusiya,  Dağıstan jurnalistlər  İttifaqlarının  və  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Çoxlu professional müsabiqələrin laureatıdır. Onun yaratdığı Beynəlxalq “ Gülüstan ” Ədəbiyyatçılar İttifaqı bir çox millətlərin şair və nasirlərini bilrləşdirir. Gülüstançılar  «Ədəbiyyatlar dostluğu - xalqlar dostluğu» devizi altında fəaliyyət göstərir ki, bu da ədəbi birliyin və şəxsən onun prezidenti Tahir Salehin əməyi  Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın  genişlənməsinə  böyük  təsir göstərir .

Ədəbiyyat həmişə müxtəlif ölkələr arasında mədəni əlaqələrin genişlənməsində   böyük əhəmiyyət kəsb edir. Sovet İttifaqında qardaş  xalqların dillərində milli ədəbiyyatın tərcümələrinə  ciddi diqqət verilirdi. Xoşbəxtlikdən   ölkə dağılandan sonra da Rusiya və Azərbaycan ədəbiyyatçıları arasında əlaqələr nəinki   kəsilmiş, əksinə daha da davam edir, genişlənir və möhkəmlənir.

 Tahir Salehin  fikrincə bu sahədə düzgün dövlət siyasətinin  əvəzsiz xidməti vardır. Yazıçı qeyd edir  ki, hazırda iki ölkə arasında, xüsusilə Rusiyada Vladimir Putinin və Azərbaycanda İlham Əliyevin rəhbərliyi altında dostluq münasibətləri daha fəal inkişaf edir və iki dövlətin tarixində çox mühüm əhəmiyyətli dəyişikliklər baş verir.

         Əlbəttə,   həll olunmamış problemlər də mövcuddur. Həm Rusiyada və həm də Azərbaycanda yaradıcı adamların qayğıları təxminən eynidir: maliyyə köməyi  lazımı  dərəcədə  deyil, çap işində çətinliklər yaranır. Yaxşı olardı ki, hər bir şəhərdə yerli şair və yazıçıların əsərlərinə sponsorluq etmək üçün dövlət fondu yaradılsın.

Tahir Saleh  Rusiya və Azərbaycan  gənclərinin yaradıcılığına da   nikbinliklə yanaşır. O, deyir: “ Oğlan və qızların yaxşı potensialı var. Ona görə də gənclərlə işləmək və onları  müasir yazıçılarla görüşdürmək  vacibdir. Nə vaxtsa  Rusiyanın,  Azərbaycanın oğlan və qızlarından dünya ədəbiyyatının korifeyləri yetişəcəkdir.

Yazıçının həm də ürəyindəndir ki,   iki ölkənin  gənc   adamları qonşuların tarixi və mədəniyyəti ilə maraqlanır, öz aralarında möhkəm dostluq münasibətləri qururlar.  

Tahir Saleh belə gəncləri uzaqgörən və perspektivli  sayır.

Yazıçı tam əmindir ki,  ölkələrimiz bir  - birindən  ayrı yaşaya bilməz. Son illərdə   Azərbaycanda  rus dilinə maraq  daha da yüksəlir, rus məktəbləri açılır, rusiyalılar  da öz növbəsində qonşu ölkənin mədəniyyəti ilə maraqlanır. Bu da gələcəkdə ölkələrimiz arasında dostluğun daha da  inkişafına   tam  zamin  yaradır.

 

 

 

 

 

 

Прочитано 770 раз
Оцените материал
(0 голосов)
Другие материалы в этой категории: « "Valeh və Zərnigar" dastanı MƏŞƏDİ KƏRBƏLAYI HƏVVA BABAXANIN ƏHVALATI »

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru