Новостная лента

Şəmsulla Əliyevin xatirə lövhəsi açıldı

Dərbənddə Böyük Vətən Müharibəsinin qəhrəmanlarından Şəmsulla Əliyevaya xatirə lövhəsi açılıb. Mayın 8-də  Dərbənddə baş tutan tədbirdə azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli, “Dədə Qorqud” xeyriyyə fondunun sədri Rafiq Mövsümov, şəhər administrasiyasının əməkdaşları, Şəhər Məclisinin deputatları, İctimai Palatanın nümayəndələri və s. nümayəndələr iştirak ediblər. Tədbirdə Ş.Əliyevin həyatı, hərbi əməliyyatlardakı qəhrəmanlıqlarından söz açılıb.

Qeyd edək ki, o, Dərbənddə müəllim ailəsində doğulub. Dərbənd Pedaqoji Məktəbini bitirib. Daha sonra atası kimi müəllim kimi işləyib. 1942-ci ildə Qırmızı Ordunun tərkibinə daxil edilib. Eyni ildə Bakı Hərbi Piyada Məktəbində kurs keçib. 1942-ci ilin sentyabrından Şimali Qafqazdakı döyüşlərdə Böyük Vətən müharibəsində iştirak edib. Cəsarətinə görə kapitan rütbəsinə qədər yüksələn Əliyev 1943-cü ilin payızında Kerç yarımadasında baş verən döyüşlərdə fərqlənib. Düşmənin bir neçə planını pozub və xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabrın 19-da Kapitan Əliyev Kerç ətrafındakı döyüşdə qəhrəmancasına həlak olub. 16 may 1944-cü ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. 

Tədbirdə çıxış edən Dərbənd meri Enrik Müslimov Şəmsulla Əliyevin vətənpərvərlik ruhunda gənclərə örnək olduğunu qeyd edib:

“Ş.Əliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 10 dərbəndlidən biridir. Bu gün bir daha xatırlayırıq ki, o, yer üzündə sülh naminə həlak olmuş bir insandır”. 

Deputatlar məclisinin  sədri Mövsüm Rəhimov isə tədbirin təşkili və keçirilməsində iştirak edən hər kəsə təşəkkür edib:

“Bu gün müharibə dövründə cəsarətlə döyüşən bir insanın xatirəsinə lövhəsinin açılmasına şahidlik edirik. Bu qəhrəman yalnız 28 yaşında idi, o, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həmyerlimizlə qürur duyuruq, hamımız  üçün  nümunədir”.

Tədbirdə şagirdlər şeirlər oxuyub və vətənpərvər mahnılarını səsləndirilib.

 

                                                                                                                        Telman Tahirli

Прочитано 121 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru