Новостная лента

Dostlarımız ƏMƏLİ SALEH...

Yaxşı əməlləri ilə tanınan insanları belə adlandırırlar.Qələm dostlarının fəxri jurnalist,şair Tahir Saleh də belə insandır.Səmimidir,inadkardır,zəhmətkeşdir,dostluqda etibarlıdır...
Tahir Salehlə tanışlığım keçən əsrin doxsanıncı illərindən başlsyır.O ,Dağıstan teleradio komitədində Azərbaycan dilində radioverilişləri redaksiyasında baş redaktor idi.Komitədə görüşdük, tanış olduq və dostluğumuzun bünövrəsi qoyuldu.
O vaxt mən rayon qəzetinin kasıb əməkdaşı idim,maaşım da elə yüksək deyildi.
Ayrilanda Tahir əlimi sıxıb cibimə nə isə qoydu,baxıb gördüm ki,puldur.
--Tahir,--dedim,--bu olmadı ki!
Tahir gülümsəyib:
--Geri qaytarma,--dedi,--paydır,gəlməyi səndən,yola salmağı məndən...
O görüşdən sonra Tahir Saleh dostluq körpüsü yaratdı,yazılarım,hekayələrim Dağıstanın Azərbaycan dilində radio verilişləri redakdiyası tərəfindən müntəzəm səsləndirildi,ünvanıma qələm haqqı gəlməyə başladı...
Tahirin hər dəfə Azərbaycana gəlişi bayrama çevrilirdi.Şair Qafar Süleyman da bu dostluğa qoşuldu.Dağıstan və Azərbaycan arasında ədəbiyyatların dostluğu yarandı,Dəvəçi rayon qəzeti ilə səhifə mübadilələri,dərbəndli yazarların şer və hekayələrinin qəzegimizdə işıq üzü görməsi ənənə şəklini aldı.
Keçən əsrin qoxsanıncı illərində dərbənd ziyalıları,şair və nasirləri Tahir Salehin rəhbərliyi ilə Dəvəci rayon partiya komitəsində oldular,qonaqların şərfinə ziyafət verildi.Rayonun o vaxtkı rəhbəri Sündüz Babayeva dərbəndli qonaqlarla görüşdə iştirak etdi...
Elə indi də bu dostluq davam edir,"Şabran nəğmələri-8"kitabında dərbəndli şair və yazarlara da yer verilmişdir...
Görüşlərimizdə Tahir zarafatla:
--Əşşi--deyir,--məndən nə şair,sizin yazdıqlarınız hara,bizimkilər hara...
Əslində bu zarafatdır.Tahir Saleh bütün Dağıstanda,Rusiyada və bizdə tanınan "GÜLÜSTAN" ədəbiyyatçılar ittifaqının sədridir,"DƏRBƏND" respublika qəzetinin şöbə redaktorudur,respublikanın əməkdar mədəniyyət işçisidir,Rusiya Jurnalistlər Birliyinin üzvüdür,ictimai xadimdir.
"DƏRBƏND"qəzeti iki dildə--Azərbaycan və rus dillərində buraxılır.Tahir qədim Dərbənddə çıxan tanınmış mətbu orqanların,respublika teleradio şirkətinin də arzu olunan müəllifi və qonağıdır...
Dağıstanda Azərbaycan dilində radio verilişləri redaksiyasında rəhbər olduğu dövrdə milli musiqimizi,ədəbiyyatımızı,teatrımızı,mədəniyyətimizi geniş təbliğ etmişdir.İndi də millətimizin şair və yazıçılarının geniş kütləyə tanıdılmasında,Dərbənddə milli Azərbaycan teatrının yaşamasında rolu böyükdür...
Tahir dostumuzun oğlu Telman Tahirli də onunla birlikdə "DƏRBƏND"qəzetində çalışır.Qəzetin elektron variantının hazırlanmasında böyük rolu var və maraqlı publisistik yazıların müəllifidir.
Jurnalist həm də dövrün,zamanın,ölkənin səlnaməsini yazır.Bu insanların sırasında yaxşı ki,qələm dostum TAHİR SALEH də var!
Məhəmməd OSMANOV,
köhnə jurnalist.

Прочитано 140 раз
Оцените материал
(0 голосов)

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru