Новостная лента

ГБУ "Дербент" - Материалы отфильтрованы по дате: Март 2017

Martın  30-da Mahaçqalada   Dağıstan Respublikası Xalq Məclisinin altıncı çağırışın   səkkizinci sessiyası  keçirilmişdir. Sessiyanın işini DR Xalq Məclisinin Sədri Xizri  Şıxsaidov  aparmışdır.  Həmçinin sessiyada  Dağıstan Respublikasının Başçısı Ramazan  Abdulatipov,  RF Dövlət Dumasının deputatları Hacımət Səfərəliyev, Murad Hacıyev, Yuri Levitski, Əbdülməcid Məhərrəmov  və Əbdülhəmid Emirhəmzəyev  iştirak etmişlər. Deputatlar  2016 il üzrə  polis əməkdaşların fəaliyyəti nəticələri haqqında  DR  Daxili İşlər naziri  Əbdürəşid  Məhəmmədovunun  hesabatını dinləmişlər. Sessiyanın gedişində  "Dağıstan Respublikasının Konstitusiyasına Haqqında", "nəzarətsiz heyvanların saxlaması ”  2017-ci il planına əsasən  DR büdcəsi haqqında, ümumilikdə  otuza  yaxın məsələyə baxmışlar.

Həmçinin  Dağıstan  Respublikasının Xalq məclisi  və Çeçen Respublikasının Parlamenti arasında əməkdaşlıq haqqında razılaşma  layihəsini bəyənmişlər. Parlamentinin Sədri  X. Şıxsaidov qeyd etmişdir  ki, belə razılaşma layihələri     Azərbaycan Respublikasının Milli Məclisi,  Kabardin - Balkar və Şimali Osetiya-Alaniya  parlamentlər arası bağlanmışdır. Gələcəkdə  Şimali  Qafqaz Federal Dairəsində yerləşən bütün respublikaları ilə  razılaşma layihələri  quracağıq. DR Xalq məclisinin komitələri və komissiyaları   kolleqalarla qarşılıqlı əməkdaşlıq  aparacaqdır.  Deputatlar  bir  biri  ilə görüşməli, birgə tədbirlər keçirməli, bir birindən  təcrübə almalı  qanunvericiliyimizin  təkmilləşdirilməsi üzərində işləməlidirlər. Həmçinin  deputatlar Mahaçqala  şəhərinin meri Musa Musayevin  kommunal yaşayış təsərrüfatı vəziyyəti haqqında  hesabatını dinləmişlər.

Sessiyanın sonunda   parlamentin Sədri  Xizri Şıxsaidov  tikinti, kommunal yaşayış təsərrüfatı, nəqliyyat və əlaqə üzrə komitə sədri Murad Mamayeva  Dağıstan Respublikasının  Fəxri fərmanını  təqdim etmişdir.

                                                                                                                       Telman Tahirli

 

Опубликовано в Политика
Вторник, 28 Март 2017 16:53

РАЗВИВАЙ СЕБЯ

Опубликовано в Общество
Вторник, 28 Март 2017 07:29

SAHİLYANI ZONA İSTİFADƏYƏ VERİLƏCƏK

Bu günlərdə  Şimali Qafqazın işləri üzrə  RF  Nazirinin birinci müavini Odes Baysultanov və DR  Hökumətinin Sədri Abdusamad Həmidov Dərbənd şəhərində yeni tikilən sahilyanı zonasında  olmuşlar. Sonra şəhər administrasiyasında   sahilyanı zonanın  istifadəyə verilməsi üzrə   müşavirə keçirilmişdir.

Odes  Baysultanov bildirmişdir ki,  obyektdə  üç baxış meydançası, avtomobillər üçün  dayanacaq tikilmişdir. Sahilyanı zona  artıq may ayında  tamamilə hazır olacaq.  Sahil  ərazisində ticarət pavilyonları, kafe və lazımı  infrastruktur nəzərdə tutulmuşdur. 

Abdusamad Həmidov qeyd etmişdir ki, obyektin açılışına  biz hazırıq. Onun   açılışı  çimərlik mövsümü başlayanda nəzərə tutulur. Həmçinin sahilyanı zonaya qədər yeni asfalt yolu salınmalıdır.  Dərbənd  şəhər administrasiyası bu işlə məşğuldur.  Artıq  lahiyə -büdcə sənədləşməsi hazırdır, müsabiqə elan edilmişdir.  Düşünürəm ki, bir ay ərzində   yol hissəsi təmir ediləcək.

Odes Baysultanov həmçinin qısa müddətə qarma-qarışıq  ticarət tikintilərini  nizama salmaq üçün  tapşırıqlar vermişdir.  Sahilyanı zonanın  rəsmi açılışına qədər bütün ticarət obyektləri şəhərsalma normalarına uyğun olmalıdır. Əks təqdirdə ticarət obyektlərinin   sahiblərindən  lisenziyalar  alınacaq. Normalara əsasən, sahibkarlar  obyektlərə yanaşı ərazini təmizlikdə saxlamalıdırlar. Mən bütün dərbəndliləri  şəhərin  abadlaşdırılmasına çağırıram!

Qeyd etmək lazımdır ki,  Dərbənddə sahilyanı zonanın  tikintisinə xərclənən  vəsaitlər  2025-ci ilə qədər "Şimali-Qafqaz federal dairəsinin İnkişafı"  proqramı üzrə  nəzərdə tutulmuşdur. 780 metr  uzunluğu olan  sahilyanı zona   8,6 hektar təşkil edir. Ümumilikdə  o 3 815 adam  qəbul edəcək. Çimərliyin sahəsi  38 min kv. metr təşkil edir. Baxış meydançalarından başqa  burada xilas etmə stansiyaları,  idman və uşaq meydançaları  tikilib, velosiped və piyada yolları istifadəyə verilməkdədir.

 

                                                                                          Tahir    Saleh

Опубликовано в Экономика
Понедельник, 27 Март 2017 06:11

CÜDO ÜZRƏ BEYNƏLXALQ YARIŞ

Martın  25-də Dərbənd şəhərindəki   7 nömrəli uşaq-gənclər idman məktəbində  RF əməkdar   məşqçisi Sadıq  Abdulovun  mükafatı uğrunda  cüdo üzrə beynəlxalq yarış keçirilmişdir. Tədbirdə DR   gəncləri üzrə   nazir Arsen Hacıyev,  Dərbənd rayonunun başçısı Məhəmməd  Cəlilov, Dərbənd şəhər deputatlar məclisinin sədri Mövsüm Rəhimov, Dərbənd  şəhər başçısının müavini  Mehdi Əliyev, Şəhər ictimai palatası sədrinin  müavini  Seyran Rəhimov, Dərbənd, Daqestanskiye  Oqni  şəhərləri və Dərbənd rayonu üzrə hərbi komissarlığın şöbə rəisi Adil Quliyev, Dərbənd  şəhər idman şöbəsinin rəhbəri  dairəsinin  Navai  Rzayev, RF- in  əməkdar   məşqçisi Sadıq  Abdulov,   Azərbaycan Respublikasının əməkdar məşqçisi  Ruzbəy Vəliyev, Dərbənd şəhər administrasiyasının   gənclər siyasəti şöbəsinin müdiri   Sultan Həmzətov, yarışların  baş hakimi Mübariz Amirmetov və başqaları çıxış edərək idmançıları səmimi salamlamış və onlara yarışda uğurlar arzulamışlar .

Sonra bir neçə saat davam edən beynəlxalq yarışın qalibləri müəyyən olunmuşdur. Onlardan  60 kq   çəki  dərəcəsində: Muçayev Turnali - Çeçen Respublikası, Əliyev Kənan - Azərbaycan Respublikası, Mehtiev Əli - Çeçen Respublikası, Əhmədov Ramazan - Dağıstan Respublikası(Dərbənd), 66 kq   çəki dərəcəsində Süleymanov İbrahim - Dağıstan Respublikası (Mahaçqala), Şaukayev  Müslim - Çeçen Respublikası, Zaurbekov Akti - Çeçen Respublikası, Hacəliyev  Alaudin - Dağıstan Respublikası(Dərbənd), 73 kq  çəki  dərəcəsində: Seyidov  Məhəmməd - Dağıstan Respublikası(Dərbənd), Məcidov Turnal Ali - Çeçen Respublikası, Ramazanov Məhəmmədrəsul  - Dağıstan Respublikası(Mahaçqala), Temirkayev Malas - Çeçen Respublikası, 81kq   çəki dərəcəsində:  Arsanukayev Deni - Çeçen Respublikası, Kazixanov Aydəmir - Dağıstan Respublikası(Dərbənd),  Ramazanov Zaur - Dağıstan Respublikası(Dərbənd), Şabanov Q - Dağıstan Respublikası(Kizilyurt).       

Fəxri qonaqlardan   DR Hökuməti  Sədrinin məsləhətçisi Kamil Saidov, DR Xalq məclisinin deputatı   Fərzullah  İslamov, DR  mədəniyyət  irsinin mühafizəsi  üzrə  Agentliyin rəhbəri  Zaur Qəhrəmanov və başqaları  yarışın keçirilmə tədbirində iştirak etmişlər.

 

                                                                                                              Tahir Saleh

Опубликовано в Спорт
Воскресенье, 26 Март 2017 08:12

BAŞ NAZİR YENİ TİKİLƏN MƏKTƏBDƏ

Bu günlərdə DR Hökumətinin sədri Abdusamad Həmidov  Kaspiysk şəhərində yeni istifadəyə veriləcək məktəbdə olmuşdur. 23 min  kvadrat metr  sahəsi  olan məktəb   1224  şagirdi qəbul edə biləcək. DR  Hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin sentyabr ayından məktəb şagirdləri  qəbul edəcək.  İndi isə  onun açılışına lazımlı hazırlıqlar gedir. Şagirdlər üçün yeni masalar,  interaktiv  yazı  taxtaları, lazımlı avadanlıq  gətirilmişdir. Baş nazirə məlumat verilmişdir ki, məktəbdə bütün işlər bütün normativlər üzrə ən yüksək texniki səviyyədə keçirilmişdir. Tədris prosesi üçün nəzərdə tutulmuş mebelin və texnikanın quraşdırılması tamamilə başa çatmışdır. Uşaqlar üçün  iki idman zalı, iki  hovuz, yeməkxana  tikilmişdir. Məktəbin  həyəti  abadlaşdırılmışdır. Sosial əhəmiyyətli müəssisə vaxtında istifadəyə veriləcək. Demək olar ki, Kaspiysk şəhərində uşaqların təhsilinə böyük diqqət yetirilir.

 

                                                                                                           Telman Tahirli

Опубликовано в Общество
Страница 1 из 5

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru