Новостная лента

ГБУ "Дербент" - Материалы отфильтрованы по дате: Май 2017
Среда, 31 Май 2017 06:08

SAHİBKARLA GÖRÜŞ

Bu günlərdə Dərbənd  rayonunun  başçısı Məhəmməd Cəlilov   sahibkarlarla görüşmüşdür. Dərbənd rayon administarsiyasının mətbuat xidmətindən verilən məlumata görə,   görüşdə Dərbənd  rayon  başçısının müavini  Seyidməhəmməd Babayev,  administrasiyasının iqtisadiyyat  idarəsinin  rəis əvəzi  Məcid Rəcəbov, Dərbənd rayon administrasiyası  proyekt   layihələrinin  inkişafı üzrə  şöbə rəisi Fəxrudin  Zakirov və başqaları iştirak etmişlər.

Görüşü açan Məhəmməd Cəlilov  qeyd etmişdir ki,  kiçik sahibkarlıq bazar iqtisadiyyatının ən əhəmiyyətli elementlərindən biridir.

" Kiçik biznes iqtisadiyyatın strukturunda möhkəm yer  tutur, həmçinin  rayonun həyatında mühüm rol  oynayır. Dərbənd rayonunda  kiçik və orta sahibkarların sayı  1176 təşkil edir:  onlardan 194 kiçik müəssisə və 982 İP (fərdi sahibkarlardır)". 

Müşavirədə   kiçik, orta, yeni işə başlayan sahibkarlara  maddi yardım, qrantlar, lizinqi  əlverişli şərtlərlə alınması, biznes  inkubatorlarda sahibkarların iştirakı, reklam tədbirlərində xərclərin kompensasiyası və  endirimi, həmçinin yarmarkalarda və sərgilərdə iştirakı  və başqa istiqamətlərdə iştirakları müzakirə edilmişdir.

Görüşdə Dərbənd rayonu üzrə   kiçik və orta sahibkarların  şurası yaradılmışdır. Şuranın  sədri S. A. Ciyərova, sədrinin müavini Həbib Sabiyev,  şura üzvləri  Daşdəmir Qusunbəyov, Nazrutdin Ramazanov, Murtaz  Hacıbalayev, Ruslan Bilalov və Xidir Xidirov seçilmişdir.

 

                                                                                                             Telman Tahirli

Опубликовано в Экономика

Дагестан, Ингушетия, Кабардино-Балкария, Северная Осетия и Чечня вошли в число десяти самых криминально безопасных субъектов Российской Федерации. Таковы данные Федеральной службы государственной статистики, составленные на основе официальных отчетов региональных подразделений МВД России за первый квартал 2017 года. Самыми «тихими», с точки зрения уровня преступности, регионами стали также Калмыкия, Тульская область и еще три субъекта. Напомним, что в 2017 году в Кабардино-Балкарии сохранилась тенденция снижения количества тяжких и особо тяжких преступлений, кроме того, стало меньше ДТП, принимаются меры по снижению преступности и в других сферах. За год преступность в республике снизилась в целом на 11%. При этом убийств стало меньше на 37%, число разбойных нападений сократилось на 20%, на 60% снизилась статистика похищений автомобилей, в два раза меньше стало преступлений, в которых применялось огнестрельное оружие.

Источник: http://kavtoday.ru/

Опубликовано в Общество
Понедельник, 29 Май 2017 07:23

DAĞISTANDA AZƏRBAYCAN RESPUBLİKASI GÜNÜ QEYD EDİLDİ

Mayın- 28-də  Maxaşqalada yerləşən  " Dostluq  Evi " ndə azərbaycanlıların  yerli  milli- mədəni   muxtariyyətı  sakinlər üçün  Azərbaycan Respublikası Günü bayramını  təşkil etmişdir. Bayramda Azərbaycan Dövlət Dram teatrının kollektivi, ictimai təşkilatların nümayəndələri, Dağıstanın estrada müğənniləri  iştirak etmişlər. Qonaqları salamlayan  “ Dostluq Evi ” nin  mədəniyyət şöbəsinin rəhbəri Eldar Osmanov   Azərbaycanlıların Respublika Günü münasibətilə təbrik etmiş və sözü  DR milli məsələlər üzrə nazirliyinin şöbə rəisi  Qazıməhəmməd Hacıyevə vermişdir.  

“ Bizim xalqlar minilliklər boyu ümumi məkanda – mədəni və tarixi məkanda yaşayırlar. Ona görə də dağıstanlıların və azərbaycanlıların bir çox nəsli bizim mehriban qonşuluq və qardaşlıq əlaqələrimizin inkişafına böyük töhfələr verib. Biz faktiki olaraq bir çox parametrlər üzrə bir-birimizə çox yaxın və doğma xalqlarıq. Bir neçə yüzilliklər ərzində Azərbaycan Rusiya ilə ümumi tarixi və mədəni məkanda yerləşib. Dağıstanın isə indi də bu məkanda olması bizim üçün vacibdir və münasibətlərimizin inkişafına təsir edir. Azərbaycanda Dağıstan günlərinin keçirilməsi Azərbaycan xalqının və rəhbərliyinin Dağıstana, Dağıstan mədəniyyətinə nə qədər mehriban münasibət göstərdiklərini nümayiş etdirdi. Bizim burada verdiyimiz yekun konsertdə faktiki olaraq ölkənin bütün rəhbərliyi iştirak edirdi. Bu günlər olduqca ürəkaçan keçdi. Bu günlər ona görə belə ürəkaçan keçir ki, bizim əcdadlarımız əsrlər boyu birlikdə xoşniyyətli yaşayıblar. Əminəm ki, Rusiya-Azərbaycan, Dağıstan-Azərbaycan münasibətlərinin inkişafının ən yaxşı illəri hələ qarşıdadır.”

Həmçinin  tədbirdə  Maxaçqala şəhəri üzrə  azərbaycanlıların milli- mədəni  muxtariyyətinin sədri Rakif  Əzizov  və Dərbənd şəhəri üzrə  azərbaycanlıların milli- mədəni  muxtariyyətinin sədri Telman Tahirli  çıxış etmişlər. Onlar Dağıstan və Azərbaycan Respublikaları arasında  dostluq əlaqələrindən danışmışlar.

 Azərbaycan Dövlət Dram  teatrının direktoru  Firdousi Əsgərova  və tədbirdə iştirak  etmiş müğənnilərə   “ Dostluq Evi” –nin adından  təşəkkürnamələr  təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, Dağıstanda  Azərbaycan Respublikası Günü  artıq üç ildir ki, böyük təntənə ilə keçirilir.

                                                                                                                 Telman Tahirli

 

Опубликовано в Культура

27 мая в парке имени 50-летия Октября, в простонародье именуемом «собачьим», публичная акция, начавшаяся в 14:30 собрала около 60 человек. 

Мероприятие проходит под лозунгами «За конституционный порядок!», «Против беззакония!». Организатор и инициатор акции - Нурмагомед Газимагомедов. 

Правоохранительными органами принимаются меры по обеспечению безопасности, беспрепятственного проезда транспортных средств на улицах, прилегающих к парку, недопущению нарушения общественного порядка.

Опубликовано в Общество

XIII Всероссийский форум «Современные системы безопасности – Антитеррор»  открылся сегодня в МВДЦ «Сибирь» в Красноярске. Площадка ежегодно собирает представителей федеральной и региональной власти, специалистов спецслужб и силовых ведомств, сообщили в Минпечати Республики Дагестан, представители которого также стали гостями представительного мероприятия. Открытие форума прошло в парадном зале Гранд Холла «Сибирь», в настоящее время  перед гостями проходят показательные выступления спецслужб. На уличной площадке бойцы Росгвардии, ОМОНа и СОБРа разыгрывают для зрителей настоящую сцену из боевика с погонями на вертолете и бронетехнике, стрельбой и освобождением «заложников».  В экспоцентре до 26 мая будет работать выставка спецснаряжения, спасательного и военного оборудования, техники, экипировки и оружия. Посетителям представят беспилотные летательные аппараты, инновационные системы связи, видеонаблюдения и пожаротушения, надежные домофонные системы и охранные сигнализации, а также современные сетевые решения и разработки в области ИТ-безопасности.  В рамках деловой программы форума состоится всероссийская научно-практическая конференция, посвященная актуальным вопросам противодействия идеологии терроризма. В работе конференции примут участие представители Администрации Президента Российской Федерации, Федерального Собрания и Общественной палаты Российской Федерации, а также научных, образовательных и общественных организаций, бизнеса и СМИ. Отметим, что всероссийский форум «Современные системы безопасности – Антитеррор» проводится в Красноярске с 2006 года. За это время он получил высокую оценку федеральных экспертов, и на сегодняшний день имеет статус уникальной площадки, аналогов которой не существует на территории России. 

 

Опубликовано в Общество
Вторник, 23 Май 2017 06:55

MƏŞƏDİ KƏRBƏLAYI HƏVVA BABAXANIN ƏHVALATI

Keçmiş zamanlarda bir kişi var imiş. Onun həmişə övladı doğulan kimi yaşamayıb ölərmiş.

İllər keçir, bir gün böyük nəzir- niyazla  onun bir övladı doğulur. Şadlıq – şirinlikdən sonra uşağın adını Yaşaxan qoyurlar. Bu adı da ona görə qoyurlar ki, o ölməsin, yaşasın. Belə də  olur, uşaq ölməyib yaşayır. Bir il, beş il, on il keçir, axır bu uşaq boya - başa çatır. Ata – anası əhdi – kam ilə bu uşağı evləndirirlər. Bir ildən sonra gəlin dünyaya bir oğlan uşağı gətirir. O uşağın adını atasının adına yaraşdırıb Babaxan qoyurlar. Bir az keçdikdən sonra bunların bir oğlu da olur. Onun adını da qoyurlar Rizaxan. Bu uşaqlar böyüməkdə olsun, ata – anası baxır ki, Rizaxan kiçik də olsa cəld, hünərli, ağıllı, kamallı, hörmətli, qayğıkeş bir uşaq olur. Babaxan isə ayağı yerdə, başı tirdə, tənbəl, ağılsız, enli sifət, bığları qulağının dibinə çatan, bir oğlan imiş. Ata-anası Rizaxandan arxayın idilər. Deyirdilər Rizaxan  bir parça çörək qazanıb yeyər, öz çulunu sudan çıxarar. (Vayhal Babaxanındı) Vay Babaxanın halına. Biz öləndən sonra onun halı  necə olacaq. 

İllər keçdi. Oğlanların əvvəl atası, sonra anası vəfat etdi. Onlara atalarından bir ev və on beş qoyun qalmışdı. Bu minvalla  bu iki qardaş bir qarnı  ac, bir qarnı tox yaşayırdılar. Rizaxan özünü  daşa - divara  vurub pul qazanıb gətirərmiş. Babaxan da hazıra bismillah deyib yeyib yatarmış. Rizaxan görür ki, bu cür iş  Keçməyəcək. Gedir kəndin kənarından bir yer alıb başlayır ev tikməyə. Babaxan soruşanda ki, sən nə edirsən, Rizaxan  cavabında deyir ki, haçanacan mən işləyəcəm, sən də yeyəcəksən. İndi özün başını saxla. Evdən bir –iki şəltə- şültə, beş – altı qoyun da alıb ayrılıb köçür öz evinə. Atadan qalma evi və qalan qoyunların çoxunu Babaxana verib deyir ki, bu tacın, bu da taxtın, mən getdim.

Bir ildən sonra bir kasıb kəndli qızı alır. Babaxan görür qardaşı  da köçüb getdi, ona çörək verən olmayacaq. Dərd – qəm onu basır. Babaxan ölə - dirilə bir təhər  bir təhər yaşayır. Rizaxanın da bir uşağı olur.  

Babaxan bir gün oturur fikirləşir ki, qırx yaşına çatıb, hələ evlənməyib. Pulu yox, varı yox, işi peşəsi də ki, yatmaqdı. Belə adama kim qız verər. Ömür boyu subay  qalmayacağam ha. Yaxşısı budur ki, gedim Rizaxana  deyim ki, məni evləndirsin. Boyun olmasa çıxım kənddən gedim. Elə də  eləyir, gedir Rizaxanın yanına, fikrini ona söyləyir. Rizaxan da deyir ki, ay qardaş, əvvələ sən məndən yaşda böyüksən, boyda -  buxunda  da iki mənim qədərisən. Atam, anam da səni məndən də əziz saxlayıb. Atadan qalan iki göz evi də sənə vermişəm, iki pay qoyunu  da sənə  vermişəm. Sən bir başsan, mən isə beş başam. İki biz, üç uşaq. Mən sənə necə kömək edim. Ağlayıb – sızlamaqla iş düzələrsə, səninlə nə qədər istəsən ağlaram. Amma pul verməknən yoxam. Babaxan görür baş götürüb getməkdən savayı başqa çıxış yolu yoxdur. Qalan qoyunlarını  qardaşına əmanət verib, evdən də heybəsinə  pendir – çörəkdən qoyub, əyninə də ən yaxşı libaslarından  geyinib düşür yola. Yolda özünə baxıb xoşallanır. Ayağında  Daram çarıq patavaları var. Uzun donu üstündən ənli qurşaq bağlamışdı. Başında da dudkeş papaq.

Babaxan az getdi, üz getdi, dərə, təpə düz getdi, bir də gördü ki yama acıb. Oturub  bir düzənlikdə nahar elədi. Qarnını doydurub bir qədər yol gəlmişdi ki, gördü yoldan bir az qıraqda altı dənə qız çəmənlikdə qaval çalıb oynayır. Babaxan bu qızları görcək gözləri işıqlandı. Fikirləşdi ki, Allah mənim bəxtimi açıb, birinin yerinə mənə altısını göndərib. Bəlkə də bunlar mənim qismətimdir.

Vallah, bunların altısını da alacağam. Özünü verir qızlar tərəfə. Onlara çatan kimi salam verir. Qızlar salamı eşidən kimi qorxub qaçırlar. Sonra bir yerə cəm olub ondan kim olduğunu, bu yerlərdən niyə keçib onların şənliyinə mane olduğunu soruşurlar.

 

                             Babaxan deyir:

Haylarsuz, huylarsız,

Öyrənmiyən daylarsız.

Altınıza bir qoçaq,

Hansınıza paylarsız.

                            Qızlar deyir:

Haylarıq, huylarıq,

Öyrənmiyən daylarıq.

Saqqaluva yaxarıq,

Bığlarıva paylarıq.

                             Babaxan deyir:

Qavalı mən çalaram,

Sizi razı salaram.

Siz mənim qismətimsiz,

Hamınızı alaram.

                     

 

                              Qızlar deyir:

Dev balası dövbəcə,

Gəlib burdan kim keçə.

Başın – gözün sağ ikən,

Bizdən uzaqlaş bircə.

                             Babaxan deyir:

Mənəm, mənəm Babaxan,

Hünərim var dağ  yıxan.

Qarşıma qoşun çıxsa,

Deyiləm ondan qorxan.

                              Qızlar deyir:

Günəş kimi saçarıq,

Səndən uzaq qaçarıq,

Hər kəsin sevgisi var,

Altı qapı açarıq.

 

            Babaxan ürəyində  fikirləşir ki, mən hara gedirəmsə, bədbəxtlik də mənim qabağımca gedir. Altı qızın altısı da əlimdən çıxdı. Allah versəydi  elə bunlardan birini verərdi. Heç olmasa bu qızların biri məni sevərdi. Babaxan öz –özünə deyir ki, yaxşısı budur çıxım  gedim öz evimə. Kor –  peşiman qayıdır  öz evinə. Evə çatanda fikirləşir ki, başım – gözüm sağdı, bir az da getsəydim başımı da yarardılar. Evim hər yerdən yaxşıdır. Gedib qardaşından qoyunlarını gətirir. Başlayır həmişəki kimi yaşamağa. Qardaşı Rizaxan soruşanda hara getmişdin, nə tez  qayıtdın Babaxan cavabında deyir ki, sən minnət bil  ki, mən sağ – səlamət gəlib çıxmışam. Rizaxan ona deyir ki, bir hünərli adam olsaydın, sən sağ – səlamət gəlməzdin. Fərəməz olduğun üçün sağ  gəlmisən.

Bir gün Babaxan bir dağın dabanında qoyunları otarırdı. Hərdən bir qamışdan qayrılmış tütəyini götürüb yanıqlı – yanıqlı  çalırdı. Elə bu dəm görür ki, uzaqdan qırmızı tumanlı bir qız görünür. Çiynində səhəng yavaş –yavaş cığırla gedir. Babaxanın gözünə işıq gəlir. Öz –özünə deyir ki, əgər bu qızı da əlimdən çıxarsam, mənə öz xoşu ilə gələn olmaz. Yaxşısı budur, zorla özümü o  qıza göstərim. Durub gedir o qızın qabağını kəsir. Qız başlayır qaçmağa. Bir  - iki   addımda qızı tutur, özünü ona göstərir. Əvvəl qıza deyir hara gedirsən? Qız deyir anam naxoşdur, bu dağda şədəs bulağı var, gedirəm o sudan anamçün gətirməyə. Baxan deyir əvvəl mənimlə otur, sonra mən gedib su gətirərəm. Qıza əl atanda qız qaçır. Axır qızcığaz itin əlindən qaçan pişik kimi birbaşa ağlaya -  ağlaya  gəlir evlərinə. Hamısını olduğu kimi danışır. Qızın atası və qardaşı cin atına minirlər. Düz gedirlər kovxanın yanına, bu qızı biz indi neyləyək deyə.

Babaxanı kənddə, dağda tanımayan yox idi. Qız özü də onu tanıyırdı. Kovxa deyir nə eləməy olar, it degəni itə verərlər. Qızdan xəbər alırlar ki, hansı Babaxandı, dev Babaxandımı? Qız deyir həmin Babaxandı. Kovxa da deyir ki, boynuna almasa zindana salaram. Adam göndərib Babaxanı çağırırlar. Babaxan gəlir, məhkəmə qurulur. Hamı məhkəməyə yığışır. Kovxa soruşur:

-         Babaxan sənsən?

Babaxan cavab verir ki, bəli. Amma Babaxan çox peşman idi tutduğu işdən. O güman  eləmirdi ki, bu iş üzə çıxacaq. Kovxa dedi ey dev oğlu Babaxan, nə işlərdən çıxmısan? Atalar deyir ki, devlər axmaq olurlar. Sən də o axmaq devlərdənsən?

Babaxan ürəyində deyir ki, əcəb yerdə günüm axşam oldu. Mən nə iş elədim ki, mən indi belə məhkəmələrə  çağrılmışam. Yalvarım, bəlkə bir yana çıxdım.

 

                                 Babaxan deyir:  

 Vurun başıma toxmaq,

Doğrudur, mənəm axmaq,

Bir işdir ki, olubdur,

Olmazmı bağışlamaq?

 

                                     Koxa:

Ay dev oğlu Babaxan,

Sənsənmiş evlər yıxan,

Daha düşmüsən tora,

Burdan qurtarmaz yaxan.

 

                                   Babaxan:

Dağ ola, duman ola,

Qırmızı tuman  ola,

Qız ola,  çoban ola,

Həç  kəs  onu buraxmaz.

 

 

                                       Koxa:

Dağlar dolu qoyundur,

Sənin işin oyundur,

Sən almıram, desən də,

Bu  qız sənin payındır.

 

Elə Babaxanın da istədiyi bu söz idi. Axır havayı kalam arvad tapıldı. əgər almasam zindan durub qulluğumda. Yaxşısı budur bu qızı alım aparım evimə.

Qızın atasına on dənə qoyun verib  toysuz – düyünsüz qızı aparır öz evinə, gedib kəbin kəsdirib özünə arvad edir. Can – bir qəlbdə şad – xürrəm  yaşayırlar.

Babaxanın da istədiyi elə bu idi. Başı xətadan – bəladan uzaqlaşır. Kəbin kəsdirəndə bilir ki, arvadının adı Sənəmdir. Sənəmin atası qızı gedəndən sonra evlər dolusu mal  aparır dalınca. Sonra da yanında balası olan bir sağılan inəyi gətirib Babaxanın qapısına bağlayır. Sonra da deyir nəyə ehtiyacınız olsa, mən ölməmişəm, sağam, hazıram  qulluğunuzda. Gedəndə deyir:  İndi öz başınızı saxlayın, yaxşı mehriban yaşayın deyib qızına tapşırır. Onlar orada baş – göz oldular. Biz də burada subaylarımızdan  görək.

 

                                                                                            МЕШАДИ КЕРБАЛАИ  ХАВВА

                                        ИСТОРИЯ  БАБАХАНА

 В далекие времена  жил один  мужчина.  Всегда когда  у него в семье  рождался  ребенок он умирал.   Проходят годы  и  рождается у них в семье ребенок. После радостного  торжества дают ему имя Яшахан(Живи хан). Это имя ему дают,  чтобы он не умер, а жил. Так и бывает, ребенок продолжает жить.  Проходит  год, пять, десять лет  в конце концов  ребенок вырос. Отец с матерью его  женят. Через  год  невеста родила  мальчика . Называют мальчика  по имени Бабахан.  Через некоторое время рождается еще один мальчик. Имя  ему  дают Ризахан. Мать и отец  наблюдают, что их младший сын  Ризахан  растет умным, заботливым, уважительным, шустрым  мальчиком. А  старший сын Бабахан растет   без ума,  ленивый, усы до ушей.  Родители  в Ризахане  были уверены. Говорили Ризахан  всегда заработает на хлеб. Бабахану будет тяжелее. После нашей  смерти как он будет жить.

 Прошли годы. Отец мальчиков  умер, потом скончалась мать. Им от отца в наследство осталось один дом и пятнадцать овец.  Таким образом  два брата голодные,  сытые  жили вместе. Ризахан   зарабатывал деньги и приносил домой. Бабахан только готовое ел и ложился спать. Ризахан понимал, что так дальше продолжаться не должно. Начинает на окраине села строить себе дом. Бабахан спрашивает у младшего брата Ризахана  что ты делаешь, он в ответ  говорит, до каких пор я буду работать а ты  есть готовое.  Теперь сам себя корми. Из отцовского  дома берет некоторые необходимые вещи, пять –шесть баранов и уходит.  Дом отца и большую часть баранов  оставляет  старшему брату и говорит  это все твое.

 Через год младший брат  берет в жены бедную деревенскую девушку.  Бабахан понимает что уже брата рядом нет, кто будет его кормить. Сидит в горе и печали.  Бабахан как нибудь, но проживает.  У  Ризахана  в семье рождается ребенок.   

 Один день сидит Бабахан и  думает, уже  сорок лет, но еще не женился. Нет  денег, богатства, профессии. Такому человеку кто даст  девочку. На протяжении всей жизни я же не останусь одиноким. Будет лучше если я пойду к брату Ризахану и скажу чтобы  меня женил. Если не получится то уеду  из  села.   Так  он идет к Ризахану  высказывает своё мнение. Ризахан   говорит, что мол, ты по  возрасту старше меня, по росту два раза выше меня. Отец  и мать  всегла тебя лелеяли. Долю наследства  оставшееся от отца большую часть оставил тебе. Ты один, а у меня в семье пять человек. Мы двое с супругой и три ребенка. Как мне тебе помочь. Если плаканье,  что то изменит я готов с тобой день и ночь плакать. Я тебе денег не дам. Бабахан понимает, что ему  нет другого выхода, как уйти.  Оставшиеся в наследство  баранов отдает брату, одевает самую красивую одежду, берет с собой кусочек сыра и хлеб их уходит  далеко от дома. По дороге  идет и любуется собой. На ноге плотно  надетые чарыки.  Поверх  халата  завязанный  пояс. На голове красивая  папаха.

 Бабахан долго шел и вскоре понял что проголодался.  Присев на равнинном месте пообедал.  Насытившись,   продолжив путь увидел  на краю дороги  шесть девочек поют и играют в бубен. У Бабахана глаза засверкали от радости.  Подумал, что Бог ему  вместо одной девочки отправил шестерых.  Возможно, это было суждено мне.

 Честное слово, эти  шестерых я заберу себе. Подходит к девочкам. При встрече здоровается с ними.  Девушки  услышав приветствие, испуганно бегут. После этого девочки собравшись воедино, спрашивают путника  почему он проходит через их земли и почему он помешал их песнопению.

 

 Бабахан говорит:

 

Крикливые, без характера,

 Жеребята не учные,

Вам одного храбреца,

 Хватит на всех.

 

 Девушки говорят:

  Крикливые с  характером,

  Жеребята умные.

  Намажем на твою бороду,

 Раздадим усы.

                                   Бабахан говорит:

 На бубне буду я играть,

 Вас устрою.

 Вы моя судьба,

 Всех вас возьму.

                                 Девушки  говорят:

  Сын страшилки,

 Кто осмелится сюда прийти.

 Пока голова и глаза целы,

Покинь нас подальше.

                                       Бабахан говорит:

 Это я Бабахан,

 У меня есть сила горы разрушить,

 Если передо мной встанут  войска,

 Я  не побоюсь.

                                         Девушки говорят:

 Излучим как солнце,

 Побежим от тебя,

 У каждого есть любовь,

 Откроем шесть  дверей.

 

Бабахан думает про себя куда бы я ни шел, несчастье преследует меня. Шесть  девочек и все от меня ушли.  Если бог хотел бы то хотя бы одну оставил бы мне. Хотя бы одна из девушек меня полюбила бы.  Бабахан  говорит про себя  лучше будет если я возвращусь домой.  Он унылый возвращается домой. Приближаясь к дому он задумывается хорошо что остался жив, если бы продолжил путешествовать то меня точно бы убили.  Лучше дома нет ничего. Идет забирает у брата своих баранов.  Начинает жить как и прежде. Брат Ризахан спрашивает у него  где ты был, почему так быстро вернулся, он в ответ говорит скажи спасибо Богу что остался я  еще жив. Ризахан ему говорит, если бы ты был смелым ты бы живым не вернулся. Ты некому не нужен поэтому ты живой вернулся.

В один прекрасный день Бабахан пас овец у подножия горы.  Время от времени  играл на  дудудке  сделанной из камыша. Видит он в далеке девушку в красном платье.  На плече  кувшин медленно идет по тропинке. Бабахана глаза засверкали.  Он думает про себя если и эта девушка уйдет от меня  то за меня уже никого не дадут. Лучше будет если я себя покажу ей. Встает и идет преграждает дорогу девушке.  Девушка убегает от него.  Он догоняет девушку, держа ее показывает себя ей. Он спрашивает у нее куда собралась?  Она говорит мама нездорова, здесь рядом есть родник  иду набрать маме воды.  Бабахан ей говорит садись рядом потом я пойду принесу тебе воды. Когда он протягивает руку к девушке, то она от него убегает. Наконец девочка  убегает от него как кошка от собаки, рыдая со слезами приходит домой. Рассказывает о том, что произошло с ней. Ее отец и брат приходят в ярость и садятся на лощадь.  Направляются  к Старосте  рассказать что случилось и как им быть дальше.

 Бабахана в деревне, в горах все знали. Девушка тоже его знала. Староста говорит, что будем делать, кто трогает собаку его же собаке дают. У девушки спрашивают какой этот Бабахан, страшный Бабахан?  Она говорит да тот.  Староста говорит, если не признается  посажу в темницу. Направляет человека за Бабаханом.  Бабахан приходит и создается суд.  Все собираются на  суд. Староста спрашивает:

 Бабахан ты?

 Бабахан ответил, что да. Но Бабахан был очень расстроенный в содеянном.  Он не думал что дело  так  всплывет. Староста сказал ему, эй ты сын чудовища  Бабахан ,  что ты натворил? Отцы говорили, что чудовище бывает дебильным, ты тоже из этих чудовищ?  Бабахан в сердце говорит, день для меня стал тьмой. Что же я натворил что меня вызвали на народный суд. Попрошу может быть пожелеют..

                                   Бабахан говорит:

  Бейте меня в голову,

 Правда, я дурак,

  Было дело,так,

 Нельзя ли  прощать?

                                         Староста

 Эй ты сын чудовища Бабахан,

  Разрушающий дома,

 Ты уже  попался,

  Тебе не выбраться уже.

 

                                        Бабахан:

 Пусть он будет горой и туманом,

 Пусть будет красными штанами,

 Девушкой или пастухом,

 Никто его не отпустит.

 

                                              Староста:

 Горы полны овцами,

 Твое дело игра,

  Хоть ты скажешь, что не возьмешь,

 Это девушка  твоя часть.

 

 Бабахан это слово же и ожидал.  Наконец нашлась жена даром . Если не возьму  то ждет тюрьма. Лучше я отвезу  эту девушку к себе домой.

 Десять овец отдает отцу невесты, помолвившись без свадьбы забирает невесту домой. Начинают жить в горести и в радости.

 Бабахан  то что хотел то и произошло.  Он отошел от плохого. Во время помолвки он узнает что невесту зовут Сяням.   Отец  невесты Сяням  привозит в дом Бабахана много приданного. Дойную корову  с маленьким  теленком.  И еще отец невесты   говорит, я не умер, я жив, я всегда вам рад помочь. Когда он уходит говорит: Теперь живите дружно, в мире и согласии. Молодожены конечно же остались довольны. . Мы же пожелаем нашим холостякам скорейшей женитьбы.  

Перевел  с азербайджанского  языка  Тельман Таирли

Опубликовано в Литература

В эти выходные в столице Дагестана  в парке у озера АК- Гель прошел первый в СКФО фестиваль флористики. Мероприятие, организованно по инициативе главы Дагестана Рамазана Абдулатипова. 

На празднике было шумно и многолюдно – каждый из гостей и участников мог сфотографироваться рядом многочисленными арт-объектами, которые были установлены повсюду. Фестиваль флористики собрал в городском парке несколько тысяч людей разных возрастов.

Руководитель компании «Долина роз» Ильяс Саидов выразил слова благодарности в адрес главы Дагестана: «На фестиваль приехали известные флористы со всей страны, специалисты в области ландшафтного дизайна, которые внесли большой вклад в сегодняшнее мероприятие, и я надеюсь, что в дальнейшем мы будем еще больше вас радовать».

Чемпион мира по флористике гость из соседней Чеченской Республики Ибрагим Чупалаев подчеркнул, что организаторы намерены проводить данный фестиваль ежегодно – ориентировочно в мае: «В рамках фестиваля цветами будет украшен весь периметр озера со стороны парка. Надеемся, что горожане будут беречь эту красоту». 

В рамках первого массового фестиваля флористики прошли  ряд мероприятий с участием гостей из Москвы, Чеченской Республики, Ставропольского края: конкурс работ по флористике, по ландшафтному дизайну, мастер-класс чемпиона мира по флористике Ибрагима Чупалаева, мастер-класс по топиарной стрижке (фигурной стрижке растений), в ходе которого каждый житель республики смог  научиться этому искусству. В жюри вошли  специалисты из Москвы, Грозного и Махачкалы.

Гостям фестиваля были  представлены работы, подготовленные для участия в мировом чемпионате по флористике в Сиэтле (США). Помимо этого, в рамках открытия силач Омар Ханапиев, занесенный неоднократно в Книгу рекордов Гиннесса,  установил  очередной рекорд.

Гала-закрытие фестиваля состоялось  21 мая в 20 часов.

В будущем на территории парка планируется создать парк-музей «Дагестан в миниатюре» и парк-музей растений. Один из экспонатов будущего музея –Ицаринская башня –  был представлен гостям.

Почетным гостем мероприятия стал глава г. Махачкалы Муса Мусаев. Он положительно оценил проводимые в парке работы по реконструкции и дал рекомендации по реализации запланированного.

К Мусе Мусаеву обратилась одна из пожилых горожанок, которая поблагодарила его за работу и поинтересовалась, почему была закрыта детская площадка на территории парка, куда она часто приходила с внучками. Глава города заверил, что площадка просто перенесена с предыдущего месторасположения, и вскоре будет установлена здесь же, в парке: «Скоро вы сможете снова посещать детскую площадку с внучками и прогуливаться по обновленному парку. Проявите немного терпения, все, что мы делаем, мы делаем ради вас, горожан».

Напомним, что в данный момент силами столичных властей и инвесторов проводятся коммуникации, сажаются деревья, цветы.

Специалисты по озеленению, садовники и ландшафтные дизайнеры, специалисты по освещению делают всё возможное, чтобы создать здесь атмосферу настоящего праздника. Горзеленхоз принимает активное участие и в реконструкции парка – сажаются деревья, цветы, укладывают рулонный газон.

На сегодня в парке посажено более 300 лиственных деревьев – клены, дубы, березы, также будут посажены хвойные – более 800 пород и кустарниковые. Цветов посажено более 100 тысяч. Кроме того, посажены растения в единственных экземплярах (более 10 видов), которые были специально привезены из других стран. Это, в частности, бонсаи (небольшие деревья разных форм). Также привезено более 6 тысяч квадратных метров газонной травы. На сегодняшний день завершены работы по созданию системы автополива с привлечением московских специалистов и использованием европейского оборудования и материалов. Около 15 машин чернозема было завезено администрацией Ленинского района столицы.

Отметим, что согласно проекту реконструкции парка предусмотрена и замена плиточного покрытия. Эту работу будут также будут проводить столичные власти вкупе с инвесторами. На сегодняшний день около двух тысяч квадратов новой плитки уложено, всего будет заменено около 18 тысяч квадратов плиточного покрытия.  Разработан проект установки наружного освещения, закуплены современные фонари. Также закуплены трансформатор и генераторы для освещения стоимостью порядка 5 млн рублей. Кроме того, что в рамках реконструкции полностью будет обновлена береговая линия набережной озера Ак-Гель, также появятся различные арт-объекты и детская площадка.

Напомним, все работы в парке будут завершены до 1 сентября текущего года.

Опубликовано в Культура

Более тысячи участников собрал первый фестиваль волейбола в Дагестане

   Юг и Северный Кавказ / Общество   

 

Махачкала. 22 мая. ИНТЕРФАКС-ЮГ - Первый в России республиканский фестиваль волейбола в Махачкале (Дагестан) 21 мая собрал 112 команд, сообщили агентству "Интерфакс-Юг" в пресс-службе администрации главы и правительства региона.

 

 

"Волейбол - это спорт скорости и темперамента, идеально подходящий для горцев, людей гордых и достойных. В Дагестане очень любят спорт и особенно волейбол, расцвет которого мы переживаем сегодня. Сборная Дагестана по волейболу за короткий период времени добилась серьезных успехов на чемпионате России и вошла в число 24 лучших команд", - сказал глава республики Рамазана Абдулатипова на открытии спортивного мероприятия.

 

 

По словам собеседника агентства, значимость фестиваля подчеркнул и многолетний капитан сборной СССР по волейболу Вячеслав Зайцев, принявший участие в мероприятии.

 

 

"Впервые в России мы наблюдаем такое количество людей, раньше такой популяризации волейбола я не видел нигде, даже будучи в других странах мира", - сказал В. Зайцев.

 

 

Команды соревновались в течение всего дня на базе спортивной школы имени Маркарова в Махачкале на 32 спортивных площадках, отметил собеседник агентства.

 

 

По его словам, в турнире приняли участие свыше тысячи спортсменов из числа школьников, сотрудников министерств и ведомств, студентов вузов и ссузов и ветеранов дагестанского волейбола.

 

 

Согласно официальной информации, физической культурой и спортом в Дагестане регулярно занимаются свыше 380 тыс. человек.

Опубликовано в Общество
Суббота, 20 Май 2017 05:47

“BİZ TERRORİZMƏ QARŞIYIQ”

Bu günlərdə Rubas kəndinin  ümumtəhsil orta məktəbində  " Biz terrorizmə qarşıyıq "  tədbir keçirilmişdir. Dərbənd rayon administrasiyasının  mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Dərbənd rayonunun  başçısı Məhəmməd Cəlilov, müavinləri  Sadir  Əmirhəmzəyev, Fuad Şıxiyev,  terrorçuluğa qarşı komissiyasının rəisi Nəriman Əliyev, Rusiya Qəhrəmanının atası  Nurbaqand Nurbaqandov, Dərbənd rayonu  deputatlar məclisinin sədri  Majmudin Səmədov,  Dərbənd rayonu  ictimai palatasının sədri Fətulla Fətullayev, Dərbənd rayonu təhsil idarəsinin sədri Sufiyan Nadirov, Dərbənd  rayonu imamlar   şurasının sədri Adil –Hacı Qayıbov,  Rubas kəndinin başçısı  Hacıqurban Bayrambəyov,Dərbənd şəhərində terror aktından qəhrəmancasına  həlak olmuş polis işçisinin həyat yoldaşı Miruslava Səmədova və başqaları iştirak etmişlər. 

Tədbiri açan məktəbin direktoru sözü Məhəmməd Cəlilova vermişdir. 

"Təəssüf ki, bu gün biz  terrorizmi yaxından tanıyırıq. Terrorizm  -  bəşəriyyətə qarşı bir  cinayətdir. Bu günləri terrorizmlə  və ekstremizmlə mübarizədə  gənclərlə profilaktik iş aparılmalıdır. Mən istərdim ki, Məhəmməd Nurbaqandovun  qəhrəmanlığından  danışım sizə. Məhəmməd Nurbaqandov   vəzifəsini  yerinə yetirərək qəhrəmancasına həlak olmuşdur. Onun  axırıncı sözləri “ İşləyin qardaşlar ” Rusiyanın  tarixinə  qirmışdır.

Sonra  isə sözü  Rusiya  Qəhrəmanının  atası Nurbaqand  Nurbaqandova vermişlər. O, Dərbənd  rayon başçısına və məktəbin rəhbərliyinə keçirilən  tədbirə görə təşəkkürünü bildirmişdir.

 " Mən  inanıram  ki, terrorizmə qarşı mübarizədə  oğlumun igidliyi  polis işçiləri üçün  bir  nümunə kimi qalacaq. Bu həmçinin böyüyən nəsil üçün nümunə olmalıdır" .

Məktəblilər qonaqlar üçün  şerlər oxumuş, mahnılar ifa etmişlər. Tədbirin sonunda  Dərbənd  rayonunun başçısı  M.Cəlilov  Nurbaqand Nurbaqandova  Dərbənd haqqında kitabı,   Miruslava Səmədovaya  çay servizilə və  gül –çiçək  səbətini təqdim etmişdir.

                                                                                                     Telman Tahirli

Опубликовано в Общество
Пятница, 19 Май 2017 17:05

XABAROVSKDAN GƏLƏN QONAQLAR DƏRBƏND RAYONUNDA

Mayın 17-də   Xabarovsk diyarının  başçısı  Denis Udod  və Xabarovsk rayonunun nümayəndə heyəti  Dərbənd rayonunda səfərdə olmuşlar. Dərbənd rayonunun mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətini Xabarovsk diyarında  Dağıstan Respublikasının nümayəndəsi  Beydullah İsakov  müşayiət  etmişdir.

Qonaqlar  Gəcux kəndinə baş çəkmişlər.  Gəcuxda qonaqları  Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov, başçının müavinləri  Seyidməhəmməd Babayev, Ənvər Hacımuradov, Fuad Şixıyev, Sadir Əmirhəmzəyev, Dərbənd rayonu deputatlar məclisinin sədri Majmudin Səmədov, Dərbənd rayonun ictimai palatasının sədri  Fətulla Fətullayev və başqaları qarşılamışlar.

" Hörmətli qonaqlar, əziz dostlar!  Xabarovsk rayonundan gələn qonaqları  qarşılaşmağa bizim umun çox  xoşdur. Dostpərəstlik  bizim xalq  ənənələrimizin və mədəniyyətlərimizin  əsasıdır. Biz  rayonlarımızın  arasında vahid ictimai-iqtisadi meydançanı yaratmaq niyyətindəyik" – Məhəmməd Cəlilov demişdir.

Nümayəndə  heyətini  duz -  çörəklə  qarşılamışlar. Sonra isə M. Cəlilov və  Denis Udod  Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin abidəsinin önünə gül-çiçək dəstələri qoymuşlar.  Sonra nümayəndə heyəti  Gəcux ümumtəhsil orta məktəbinə  baş çəkmişlər. Məktəbdə qonaqlar “ İngilis dilinin problemləri və perspektivləri tədrisi ”  seminarda iştirak etmişlər.  Məktəbin həyətində  qonaqlar üçün  təntənəli tədbir keçirilmişdir. Məktəblilər  musiqi nömrələrini  nümayiş etmişlər . Denis Udod  qonaqpərvərlik  görüşə gərə Dərbənd rayonunun başçısına təşəkkürünü  bildirmişdir.

Sonra isə  nümayəndə heyəti Dərbənd  rayon  administrasiyasına baş çəkmişdir. Administrasiyada  dostluq və əməkdaş barədə iki tərəfli  saziş imzalanmışdır.  Xabarovsk rayonundan gələn qonaqlar M. Cəlilova Uzaq şərq regionunu simvolu olan təsvir edilmiş  amur pələngi  şəkili  təqdim etmişlər. Həmçinin  Dərbənd rayonunun başçısı qonaqlara hədiyyələr  vermişdir.

"Mənim  üçün bərəkətli  Dərbənd  rayonunun torpağında olmaq çox xoşdur. Biz Məhəmməd Xəliloviç ilə  kənd təsərrüfatı  inkişafı üzrə   ictimai-iqtisadi istiqamətdə ciddi planları nəzərdə tutmuşuq. Mən deyə bilərəm ki, Xabarovsk rayonunun səmimi dostu Dərbənd rayonu var. Bu görüşlər bizim rayonlarımız üçün ənənəvi olacaq" – Denis  Udod demişdir.

Sazişin imzalanmasından sonra  nümayəndə heyəti  “ I Pyotr  Evi" muzeyinə  baş çəkmişlər. Qonaqlara  Dərbənd    kombinatlarında  konyak  və şərabın istehsalı ilə tanış etmişlər.  Narınqalada  nümayəndə  heyəti  üçün  ekskursiya keçirilmişdir. Bayram şam yeməyindən sonra  xatirə şəkli  çəkmişlər.

                                                                                                                    Telman Tahirli

 

Опубликовано в Общество
Страница 1 из 3

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru