Новостная лента

Super User

Super User

“ RETRO DƏRBƏND ”  FOTOSƏRGİSİ
14 Сен 2016

Bu günlərdə  Mahaçqalanın “ Dostluq Evi ”- ndə  DR  milli siyasəti nazirliyi, DR mədəniyyət nazirliyi,   Dərbənd  dövlət tarixi-memarlıq,  bədii  qoruq muzeyi tərəfindən  təşkil edilmiş  Zaur Mullayevinin anasına həsr olunmuş, qədim Dərbəndi tarixindən alınmış  “ Retro Dərbənd ”   fotosərgisinin açılışı olmuşdur.  Qonaqları  DR milli siyasəti üzrə nazirinin müavini,  “ Dostluq Evi  ”-nin direktoru  Təkrar Əhmədov salamlamışdır.

Sərgidə Dərbənd şəhər mərkəzi kitabxanasının  direktoru  Diana Əliyeva, DR ictimai palatasının üzvü,  Dərbənd Tibbi kollecinin direktoru Svetlana Həmzətova, Dərbənd şəhər idman, gənclər siyasəti  və  turizm  idarəsinin  rəisi Navoi Rzayev, Dərbənd şəhər idman, gənclər siyasəti  və  turizm  idarəsinin  mütəxəssisi Gülpəri Mirzabaleva,  Dərbənd dünya mədəniyyətləri  və dinlərin tarixi  muzeyinin direktorun  müavini Səmilə Nəcəfova,  Dərbənd  dövlət tarixi-memarlıq,  bədii  qoruq muzeyinin direktorun  müavini  Züleyxa Nəmətova, gənclər, sərgi həvəskarları  iştirak etmişlər. "Retro Dərbənd" sərgisi  iki həftə davam etmişdir.

 

CİMİKƏNDDƏ  “BİLİK GÜNÜ”
02 Сен 2016

 Sentyabrın  1-də Dərbənd  rayonunun başçısı  Məhəmməd Cəlilov Ümummillidir Heydər Əliyevi  adını daşıyan  Cimikənd   orta məktəbində  “ Bilik günü ” nə həsr olunmuş tədbirdə iştirak etmişdir. Dərbənd rayonun  mətbuat xidmətindən   bildirmişlər ki, həmçinin “Bilik günü” münasibətilə təşkil olunan tədbirdə DR ədliyyə naziri Xanlar  Paşabəyov, Dərbənd rayon başçısının müavini   Fuad Şıxıyev, Cimikəndin başçısı  Dövrən Şərifov, məktəbin direktoru Cəmsür   Həmzəyev iştirak etmişlər.

“ Respublikada  təhsil sahəsinə göstərilən dövlət qayğısından danışan Dərbənd rayonunun başçısı  bildirmişdir ki, hər il yeni tədris ocaqları tikilir, məktəb binaları bərpa edilib istifadəyə verilir. Eyni zamanda, hər il  gənclər müxtəlif  ali məktəblərində dövlət hesabına təhsil alırlar .”

Mərasim iştirakçılarını salamlayan DR ədliyyə naziri Xanlar Paşabəyov  sentyabrın 1-i  “Bilik Günü”  bayramı  ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söyləmişdir.  O, DR Başçısı Ramazan Abdulatipovun  həyata keçirdiyi siyasət nəticəsində əldə olunan nailiyyətlərdən, xüsusilə təhsilimizin inkişafı üçün görülən işlərdən danışmışdır. DR ədliyyə naziri  “ Bilik Günü ”  münasibətilə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji kollektivini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların ata və analarını, baba və nənələrini, gənc ailələri ürəkdən təbrik etmişdir.

 Yüksək əhval-ruhiyyədə qeyd olunan bilik bayramında məktəbdə təhsilə başlayan şagirdlər müxtəlif şeirlər söyləmişlər. Tədbirdə iştirak edən müəllimlər və valideynlər  Dərbənd rayon  rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər.

                                                                                                     Telman Tahirli

RUSİYA   MƏKTƏBLİLƏRİ   BİLİK   GÜNÜ
29 Авг 2016

Rusiyada   sentyabrın 1-də Bilik günü qeyd edilir, bu həm də yeni tədris ilinin başlanması deməkdir.

 Sentyabrın 1-i yalnız Bilik günü deyil, həm də libasların nümayişi günüdür.

Ən azından yuxarı sinif şagirdləri və tələbələr üçün. Rusiyada qızlar hər il birinci dərsə (və ya ildə ilk leksiyaya) qarderobda ən yaxşı hesab edilən libasda gəlirlər.

Gənc   gözəllərdən kim isə rəsmi üsluba üstünlük verir, kim isə dəblə ayaqlaşır.

Qəribədir: SSRİ çoxdan tarixə dönüb, amma çoxları hələ də o  dövrün  məktəb forması üçün nostalji hisslər keçirir. Ağ önlükdə şəkil çəkdirmək, demək olar ki, günün İnstagram trendidir. Bəzi istifadəçilər hətta saçlarını hörərək lent vurmağa belə tənbəllik etməyiblər. Və əlbəttə ki, qəhvəyi paltar və ağ corab (bəziləri qara, hətta köhnə məktəb qaydalarından kənara çıxaraq rəngli paltar da geyiniblər).

Onlar heç də 20-25 il öncə olan utancaq qızlar deyil. Onlar müasir, dəbli, qlamur qızlardır.  

RUSİYADA PARLAMENT SEÇKİLƏRİ
24 Авг 2016

Məlumata görə, Kremlin bəyanatında qeyd olunur ki, prezident Vladimir Putin Dövlət Dumasına seçkilərin həmin tarixdə keçirilməsi üçün göstəriş verib. Putin Dumanın hazırki tərkibinin işini yekunlaşdırmasıyla bağlı   iyunun  22-də aşağı palatada bildirmişdir. Qeyd edək ki, yeni parlament seçkiləri partiya siyahısı üzrə seçiləjək. 450 deputat eynimandatlı dairələrdən seçilməlidir. Namizədləri qeydiyyat üçün sənəd qəbulu avqustun 3-də başa çatmışdır.   

 

 

 

DR BAŞÇISI VƏTƏNDAŞLARI QƏBUL ETMİŞDİR
20 Авг 2016

Bu günlərdə  DR Başçısı Ramazan Abdulatipov Buynaksk şəhərində  vətəndaşları qəbul etmişdir. DR Başçısının mətbuat xidmətindən verilən məlumata görə, İrina Serqeyevna  Demçenko Buynaksk şəhərinin "Dostluq" mikrorayonunda yaşayan  xalası   Anna Pyotrovna  Podmoqilnoya maraqlarını təmsil etmişdir. O, DR Başçısına   təqaüddə olan 1 – ci qrup əlili, 1993-cü ildən  yaşayış şəraitinin yaxşılaşmasında növbədə dayanan  yardım etməyə xahiş etmişdir. Bu ilin  maddi yardımları  artıq  paylaşdığına  görə,  respublika  Başçısı  Əmək Nazirliyinə  gələn  ilin başlanğıcında yeni ev əldə etmək üçün    vəsait  ayırmağa  tapşırıq vermişdir.

 Buynaksk  şəhərinin  sakini Anjela  Vladimirovna   Hacimuratova DR Başçısından  ev tikmək üçün   pulsuz torpaq sahəsi  əldə etməyə  müraciət etmişdir.  Anjela   Hacimuratova tək beş uşaq tərbiyə edir.

Problemi dinləyən DR Başçısı Ramazan  Abdulatipov   Buynaksk şəhər administrasiyasına   2016-cı il oktyabr 1-nə qədər 18 yaşına çatmamış   üç və daha çox uşağı olan  ailəyə  şəhərin nəzərində olan  torpaq sahəsi ayırmağa  tapşırıq vermişdir.

 

                                                                                                        Telman Tahirli

 

SABNOVA  KƏNDİNDƏ  YENİ İDMAN  MEYDANÇASI
06 Авг 2016

 

Bu günlərdə Dərbənd  rayonunun Sabnova kəndində  yeni uşaq meydançası tikilmiş, kənd bulağı abadlaşdırılmışdır.  Dərbənd rayon administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə,  Sabnova kəndində doğulan Eldar Osmanov  kəndin bələdiyyəsi  İlqar Mamayevin dəstə ilə   kənd bulağını  bərpa etmişdir. Bulağda yeni meydança və nərdivanlar  qurmuş, həmçinin  yaxınlıqda idmanla məşğul olan gənclər üçün  idman meydançası tikmişdir.

                                                                                                        Telman Tahirli

MAŞUK -2016
06 Авг 2016

Avqustun 5-də Pyatiqorsk  şəhərində "Maşuk"  VII Şimali-Qafqaz gənclər forumu işə başlamışdır. “Maşuk-2016 ” forumunun mətbuat xidmətindən bildirmişlər ki,   forumda   Şimali Qafqaz Federal Dairəsindən, Rusiyanın   regionlarından nümayəndə həyətləri iştirak etmişdir.

Forumda  iştirak edən qonaqları  salamlayan   incəsənət-müdiriyyəti,  tədbir iştirakçılarını  alternativ meydançalarının  işi ilə tanış etmişlər. Həmçinin iştirakçılar öz qrup təmsilçiləri ilə  görüşmüşlər.  " Maşuk  – 2016 "  gənclər forumunun birinci  hissəsi sahibkarlığa həsr edilmişdir. Onun iştirakçıları "Gənclər yaradıcılığı", "Sosial sahibkarlıq ”  və "Biznes-sahə" istiqamətləri üzrə  işə başlamışlar.  Forumun birinci hissəsində Dağıstandan 220-dən çox  nümayəndə heyəti iştirak etmişdir.

 Tədbirin birinci günündə forumun iştirakçıları  filmlərdən  frazaların tanıması  viktorinanı, axşam  vaxtı isə    fleşmob  məşqi keçirmişlər.

Tədbirdə iştirak edən ŞQFD-da  RF  Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Mixail Vedernikov gəncləri salamlayaraq qeyd etmişdir ki,  "Maşuk-2016" ən yüksək səviyyədə keçməlidir.

"Maşuk-2016" forumu avqustun 5-dən - 19-dək Stavropol  diyarının  Pyatiqorsk  şəhərində keçir.  Forumda   iştirakçılar üçün alternativ meydançalar, yaradıcılıq dərslər keçiriləcək. Forumun  sonunda  iştirakçılar  öz layihələrini qorumaq üçün    Federal gənclər işləri üzrə agentlikdən qrant  qazanmağa bilərlər.

                                                                                                     Telman Tahirli

DƏRBƏNDDƏ  DOĞULAN  OĞUL
26 Июль 2016

Əliyev Nurulla Arif oğlu - 1962-ci il sentyabr ayının 25-də Dərbənd şəhərində anadan olmuşdur və dərbəndli tacir Hacı Cəfər nəslinin (5-ci məhəllə) nümayəndəsidir. Azərbaycanlıdır.

 Bakı şəhəri Sabunçu rayonu 68 saylı orta məktəbi (1969-1977), J.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi (1977-1979), hərbi-siyasi, ictimayyət və tarix müəllimi ixtisası üzrə Kiyev Hərbi-Dənizçilik Siyası Məktəbini (1979-1983), Moskva şəhərində Hərbi-Dəniz Donanmasının operativ-taktiki və hərbi-pedaqoq ixtisası üzrə Silahlı Qüvvə­lərin Humanitar Akademiyasını (1990-1993), psixologiya və pedaqogika üzrə metodist-müəllim ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (1992) və «NATO - sülh naminə əməkdaşlıq» kurslarını (2000) bitirmişdir.

2000-ci ildə tarix elmləri namizədi, 2007-ci ildə isə tarix elmləri doktoru dissertasiyalarını müdafiə etmişdir. 2003-cü ildən dosentdir.

1983-cü ildən 1990-cı ilə qədər Leninqrad hərbi-dəniz bazasında tərbiyəçi-komandir vəzifələrində xidmət etmişdir. Kronştadt rayon, Leninqrad şəhər və vilayət komsomol və partiya konfranslarının nümayəndəsi olmuşdur, həmçinin Qırğızıstan qurultayında iştirak etmişdir.

1992-ci ildən 1993-cü ilədək tərbiyəvi iş orqanlarında şöbə rəisi vəzifəsindən idarə rəisinə kimi yüksəlmişdir. 1993-cü ildən 1995-ci ilədək Baş Qərargah rəisinin baş köməkçisi, Azərbacjan Respublikasının Müdafiə Nazirinin baş köməkçisi və cəbhə zonalarında döyüşən briqadada xidmət etmişdir.

1995-ci ildən 1997ci ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbi rəisinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1997-ci ildən 2010cu ilə qədər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəisi, məktəbin Elmi Şurasının sədri və elmi toplu redaksiya heyətinin sədri olmuşdur. 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında hərbi attaşesi, 2015-ci ildə “Dərbənd ” xeyriyyə cəmiyyəti sədrinin birinci müavini idi. 2016-cı il 9 aprel tarixindən bu günə qədər “Dərbənd ” xeyriyyə cəmiyyətinin  sədridir. 2016-cı ildən bu günə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının «Adyunktura və elm» şöbəsinin hərb tarixi üzrə professorudur.

İlk dəfə olaraq N.Əliyevin rəhbərliyi altında hərbi-dənizçi kadrların hazırlanmasında çoxmərhələli hərbi-dənizçi təhsili sistemi işlənilib hazırlanmışdır. 1999-cu ildən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi keyfiyyətcə yeni tədris proqramı (2003-cü ildən bu proqram təkmilləşdirilmişdir) üzrə zabit və miçman heyətinin hazırlanmasında təhsil prosesinin Azərbaycan dilinə keçidini mərhələli şəkildə gerçəkləşdirmişdir ki, bu da Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin inkişaf səviyyəsinə tamamilə cavab verir.

2004-cü ildə Bakıda «Dərbənd» icması tərəfindən nəşr olunan «Dərbəndin məşhur adamları» toplusuna, Dağıstan Respublikasının Mahaçqala şəhərində 2005-ci ildə «Yupiter» nəşriyyatı tərəfindən nəşr olunan «Dərbənd şəhərinin qısa ensiklopediyası»na onun haqqında xüsusi məlumatlar daxil edilmişdir. N.Əliyev 2005-ci ildə Bakı şəhərinin «Qarabağ həqiqətləri» cəmiyyətinin diplomuna və mükafatına, həmçinin Beynəlxalq elmi mərkəz tərəfindən 2004-cü ildə təsis edilmiş «XXI əsr Azərbaycan alimləri» cəmiyyətinin diplom və mükafatına layiq görülmüşdür. O, vətən tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan hərbi-dəniz tarixinin qədim zamanlardan başlayaraq XXI əsrin əvvəlinədək tarixini tədqiq etmişdir. N.Əliyev Azərbaycan hərbi-dəniz terminologiyası lüğətinin yaradılmasının təşəbbüskarı, «Azərbaycan hərbi-dəniz tarixi» iki hissəli (Azərbaycan və rus dillərində) dərs vəsaitinin, Azərbaycan-türk hərbi-dəniz lüğətinin, hərbi psixologiya və pedaqogika üzrə dərs vəsaitlərinin, həmçinin «Böyük Dərbənd ensiklopediyası»nın müəllifidir.

1-ci dərəcəli kapitan Nurulla Əliyev Azərbaycan dilində hərbi-dəniz fənlərinin müxtəlif sahələrinə aid olan kitab, dərs vəsaitləri və elmi-metodik sənədlərin hazırlanmasına, onların nəşr və tədrisdə tətbiq olunmasına böyük əmək sərf etmişdir. Onun nəşr olunmuş əsərləri, yazılmış və toplanmış materiallarından «Azərbaycan tarixi»nin yeddinci cildinin yazılmasında istifadə edilmişdir.

N.Əliyevin elmi məqalələri «Hərbi bilik» (Bakı), «Türkiyə Dəniz Qüvvələri Dərgisi» (Ankara), «Rusiya Hərbi-Dəniz tarixi» (Moskva), «Elmlər Akademiyasının Xəbərləri» (Bakı), «Tarix və onun problemləri» (Bakı) və s. elmi nəşrlərin səhifələrində tez-tez çap olunur.

O, respublikada və xaricdə nəşr olunmuş 37 kitabın, 175 elmi məqalənin və s.-nin müəllifidir. Hərbi xidmətdə göstərdiyi yüksək xidmətlərə görə Sovet İttifaqının 12 dövlət medalı və Azərbaycan Respublikasının 6 medalı ilə, fəxri fərmanlarla, ÜLKGİ MK-nin yübileyi döş nişanı ilə, «Şöhrət» və «Hərbi fədakarlıq» döş nişanları ilə, müasir ordu quruculuğunun yaradılmasında, müasir standartlara uyğun dənizçi - zabit korpusunun hazırlanmasındakı xidmətəlrinə görə «Dədə Qorqud» Milli Fondunun diplomu ilə təltif olunmuşdur.

Türkiyə, ABŞ, Rusiya, Qazaxıstan və s. ölkələrdə Azərbaycanın dövlət nümayəndə heyətinin tərkibində rəsmi səfərlərdə olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əlirza oğlu Əliyevin (1993, 1998), İlham Heydər oğlu Əliyevin (2003, 2008) andiçmə mərasimlərinin, Azərbaycan gənclərinin I (2001), II (2002) və III (2003) forumlarının iştrakçısı, habelə Bakı şəhərində keçirilən «Vyana balı» (2004, 2005) festivallarının təşkilatçılarından biridir.

Azərbaycan Respublikasının müharibə veteranı (1997), Azərbaycan Respublikasının Silahlı Qüvvələr veteranı (2003) və Azərbaycan Respublikası Ağsaqqalar Şurasının üzvüdür (2009). Ehtiyatda olan 1-ci dərəcəli kapitandır(2015)

 

 

                                                                                        Telman  Tahirli

 

ÖLMƏZ  ALAY
13 Июль 2016

Bu günlərdə Dərbənd şəhərində yerləşən yağudilərin  qəbiristanlığında Böyük Vətən  Müharibəsində həlak olmuş veteranların xatirələrinə “ Ölməz alay ”  memorialı quraşdırılmışdır.

 Memorialın açılış  ideyası Dərbənd şəhərində yaşayan  yağudi   icmasının nümayəndələrinə  məxsusdur.  Monumentin üzərində Böyük Vətən Müharibəsində Dərbənd və Dərbənd rayonudan   həlak olmuş 1732 əsgərin adı yazılmış.  Qeyd etmək lazımdır ki, açılış tədbirində  Dərbənd və Dərbənd rayonunun  icra hakimiyyətinin nümayəndələri, BVM veteranları, respublika ictimai təşkilatların nümayəndələri, şəhər sakinləri iştirak etmişlər. 

TEATRIMIZ   AZƏRBAYСANDA  MARAQLI  TAMAŞALARLA                                 ÇIXIŞ   ETMİŞDİR
18 Июнь 2016

Bu günlərdə Azərbayсan Respublikasında qastrolda  olan  Azərbayсan Dövlət Dramatik teatrının yaradıсı heyətinin  səfəri  başa çatmışdır.  Qastrol çərçivəsində teatr  Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara və Lənkəran şəhərlərində müxtəlif tamaşalarla çıxış etmişdir.    

Belə ki, iyunun 7-də teatrın yaradıсı heyəti Azərbayсan Dövlət Gənс  Tamaşaçılar Teatrının səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırladığı “Aс  həriflər” tamaşasını təqdim etmişdir. Janrı tragikomediya kimi təyin olunan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Ər-Toğrul, rejissor  assistenti Hörmət Aslanov, quruluşçu rəssamı Naidə Əlimetova, musiqi tərtibatçısı Əməkdar Artist Sevda Bəybalayevadır.

Tamaşada əsas rolları teatrın aktyorları Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Mədinə Hacıağayeva, Səidə Əliyeva, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Kəmalə Rzayeva və Rəhilə Ömərova ifa etmişdir.

Tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr dəlixanada baş verir. Süjetin əsas  xəttini  keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, zaman və məkan dəyişsə də, insanlar batində dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.

Azərbaycan Dövlət Dramatik teatrının direktoru Firdousi Əsgərov  bildirmişdir ki, qardaş respublikada qastrol səfərimiz yüksək səviyyədə keçmişdir.

 

                                                                                      Telman  Tahirli

 

 

 

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru