Новостная лента

OLEQ   BELAVENSEV   DƏRBƏND  ŞƏHƏRİNƏ  SƏFƏR  ETMİŞDİR
01 Июнь 2017

Mayın 31-də   RF  Prezidentinin  Şimali - Qafqaz  Federal  Dairəsində  səlahiyyətli nümayəndəsi Oleq Belavensev  Dərbənd şəhərinə səfər etmişdir. DR Başçısının mətbuat xidmətindən verilən məlumata görə, səfərdə O. Belavensevi  DR  Hökumətinin sədri Abdusəməd  Həmidov  müşayiət etmişdir. Onlar  şəhərdə  qəzalı  evlərin yerində tikilən yeni çoxmənzilli binalara baxmışlar. Sonra isə qədim Cümə-məscidinə baş çəkmişlər. Məsciddə  Oleq Belavensev Dağıstanın müftisi Əhməd-hacı   Əbdüllayevlə  görüşmüşdür. Görüş  zamanı  Şimali Qafqazın müsəlmanlarının Koordinasiya mərkəzi və  Dağıstanın  dini idarəsi  arasında  əlaqələrin daha geniş möhkəmlənməsi  barədə müzakirə edilmişdir.

Həmçinin RF  Prezidentin səlahiyyətli  nümayəndəsi Narınqalaya baş çəkmişdir. O. Belavensev bildirmişdir ki,  qədim Narınqalada insan  başqa cür nəfəs alır, buranın çox gözəl qədim aurası  var. Dərbəndin mədəni irsini  biz saxlamağa borcluyuq.

Dərbənd qoruq muzeyinin direktoru  Əli İbrahimov  qonaqlar üçün  ekskursiya  keçirmiş, Dərbəndin 2000-illik yubileyi ilə əlaqədar  görülmüş işlərdən danışmışdır. Səfər çərçivəsində Oleq Belavensev  yeni tikilən sahilə də baş çəkmişdir. Sahildə görülən işlərdən məmnun qalmışdır.

 

                                                                                                                       Telman Tahirli

Bu günlərdə Dərbənd  rayonunun  başçısı Məhəmməd Cəlilov   sahibkarlarla görüşmüşdür. Dərbənd rayon administarsiyasının mətbuat xidmətindən verilən məlumata görə,   görüşdə Dərbənd  rayon  başçısının müavini  Seyidməhəmməd Babayev,  administrasiyasının iqtisadiyyat  idarəsinin  rəis əvəzi  Məcid Rəcəbov, Dərbənd rayon administrasiyası  proyekt   layihələrinin  inkişafı üzrə  şöbə rəisi Fəxrudin  Zakirov və başqaları iştirak etmişlər.

Görüşü açan Məhəmməd Cəlilov  qeyd etmişdir ki,  kiçik sahibkarlıq bazar iqtisadiyyatının ən əhəmiyyətli elementlərindən biridir.

" Kiçik biznes iqtisadiyyatın strukturunda möhkəm yer  tutur, həmçinin  rayonun həyatında mühüm rol  oynayır. Dərbənd rayonunda  kiçik və orta sahibkarların sayı  1176 təşkil edir:  onlardan 194 kiçik müəssisə və 982 İP (fərdi sahibkarlardır)". 

Müşavirədə   kiçik, orta, yeni işə başlayan sahibkarlara  maddi yardım, qrantlar, lizinqi  əlverişli şərtlərlə alınması, biznes  inkubatorlarda sahibkarların iştirakı, reklam tədbirlərində xərclərin kompensasiyası və  endirimi, həmçinin yarmarkalarda və sərgilərdə iştirakı  və başqa istiqamətlərdə iştirakları müzakirə edilmişdir.

Görüşdə Dərbənd rayonu üzrə   kiçik və orta sahibkarların  şurası yaradılmışdır. Şuranın  sədri S. A. Ciyərova, sədrinin müavini Həbib Sabiyev,  şura üzvləri  Daşdəmir Qusunbəyov, Nazrutdin Ramazanov, Murtaz  Hacıbalayev, Ruslan Bilalov və Xidir Xidirov seçilmişdir.

 

                                                                                                             Telman Tahirli

Дагестан, Ингушетия, Кабардино-Балкария, Северная Осетия и Чечня вошли в число десяти самых криминально безопасных субъектов Российской Федерации. Таковы данные Федеральной службы государственной статистики, составленные на основе официальных отчетов региональных подразделений МВД России за первый квартал 2017 года. Самыми «тихими», с точки зрения уровня преступности, регионами стали также Калмыкия, Тульская область и еще три субъекта. Напомним, что в 2017 году в Кабардино-Балкарии сохранилась тенденция снижения количества тяжких и особо тяжких преступлений, кроме того, стало меньше ДТП, принимаются меры по снижению преступности и в других сферах. За год преступность в республике снизилась в целом на 11%. При этом убийств стало меньше на 37%, число разбойных нападений сократилось на 20%, на 60% снизилась статистика похищений автомобилей, в два раза меньше стало преступлений, в которых применялось огнестрельное оружие.

Источник: http://kavtoday.ru/

Mayın- 28-də  Maxaşqalada yerləşən  " Dostluq  Evi " ndə azərbaycanlıların  yerli  milli- mədəni   muxtariyyətı  sakinlər üçün  Azərbaycan Respublikası Günü bayramını  təşkil etmişdir. Bayramda Azərbaycan Dövlət Dram teatrının kollektivi, ictimai təşkilatların nümayəndələri, Dağıstanın estrada müğənniləri  iştirak etmişlər. Qonaqları salamlayan  “ Dostluq Evi ” nin  mədəniyyət şöbəsinin rəhbəri Eldar Osmanov   Azərbaycanlıların Respublika Günü münasibətilə təbrik etmiş və sözü  DR milli məsələlər üzrə nazirliyinin şöbə rəisi  Qazıməhəmməd Hacıyevə vermişdir.  

“ Bizim xalqlar minilliklər boyu ümumi məkanda – mədəni və tarixi məkanda yaşayırlar. Ona görə də dağıstanlıların və azərbaycanlıların bir çox nəsli bizim mehriban qonşuluq və qardaşlıq əlaqələrimizin inkişafına böyük töhfələr verib. Biz faktiki olaraq bir çox parametrlər üzrə bir-birimizə çox yaxın və doğma xalqlarıq. Bir neçə yüzilliklər ərzində Azərbaycan Rusiya ilə ümumi tarixi və mədəni məkanda yerləşib. Dağıstanın isə indi də bu məkanda olması bizim üçün vacibdir və münasibətlərimizin inkişafına təsir edir. Azərbaycanda Dağıstan günlərinin keçirilməsi Azərbaycan xalqının və rəhbərliyinin Dağıstana, Dağıstan mədəniyyətinə nə qədər mehriban münasibət göstərdiklərini nümayiş etdirdi. Bizim burada verdiyimiz yekun konsertdə faktiki olaraq ölkənin bütün rəhbərliyi iştirak edirdi. Bu günlər olduqca ürəkaçan keçdi. Bu günlər ona görə belə ürəkaçan keçir ki, bizim əcdadlarımız əsrlər boyu birlikdə xoşniyyətli yaşayıblar. Əminəm ki, Rusiya-Azərbaycan, Dağıstan-Azərbaycan münasibətlərinin inkişafının ən yaxşı illəri hələ qarşıdadır.”

Həmçinin  tədbirdə  Maxaçqala şəhəri üzrə  azərbaycanlıların milli- mədəni  muxtariyyətinin sədri Rakif  Əzizov  və Dərbənd şəhəri üzrə  azərbaycanlıların milli- mədəni  muxtariyyətinin sədri Telman Tahirli  çıxış etmişlər. Onlar Dağıstan və Azərbaycan Respublikaları arasında  dostluq əlaqələrindən danışmışlar.

 Azərbaycan Dövlət Dram  teatrının direktoru  Firdousi Əsgərova  və tədbirdə iştirak  etmiş müğənnilərə   “ Dostluq Evi” –nin adından  təşəkkürnamələr  təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, Dağıstanda  Azərbaycan Respublikası Günü  artıq üç ildir ki, böyük təntənə ilə keçirilir.

                                                                                                                 Telman Tahirli

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru