Новостная лента

Bu günlərdə DR Başçısı  Ramazan Abdulatipov   Qasımkənd  - Kurax   avtomobil yolunun təntənəli açılışında iştirak etmişdir. Qeyd etmək lazımdır  ki, 2016-ci ildə respublikanın proqramı çərçivəsində  Qumbət   və Çaroda  rayon mərkəzlərinə  gedən yollara da   asfalt örtüləcək.  R. Abdulatipov  qeyd etmişdir ki,  “Dağlar üçün yollar vacibdir, amma  doğma yurduna aparan yollar iki  qət vacibdir”.  O, həmçinin  DR yol təsərrüfatı üzrə agentliyinin rəhbəri  Zahid Xuçbarova və  DR  Hökumətinə  görülən işlərə  görə minnətdarlığını bildirmişdir.  "Siz bizim hamımız üçün böyük və çox əhəmiyyətli iş edirsiniz"- DR Başçısı demişdir.

 DR Başçısı həmçinin qeyd etmişdir ki,  Dağıstanda 23 min kilometrdən artıq yollar var. Onlardan  5 min km – federal,  15 min yerli, qalanları isə rayon   balansında olan yollardır.

                                                                                                                                                                                     DR Başçısının mətbuat xidməti

 

Bu günlərdə  RF  Prezidentinin  Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Serqey Məlikov  Dərbənd şəhərində səfərdə olmuşdur. Səfərin  əsas məqsədi  2018-ci ilə qədər şəhərdə görüləcək işlərlə tanış olmaqdır. 

Qeyd etmək lazımdır ki,  Rusiya Prezidenti Vladimir Putin  2018-ci ilə qədər Dərbənd şəhərində bərpa –quruculuq işlərini davamı   üçün tapşırıqlar vermişdir.  S.Məlikov və onu müşayiət edənlər DR Hökumətinin sədri Abdusamad Həmidov, Dərbənd şəhərinin başçısı Malik Baqliyev    yenidən bərpa edilmiş 15 nömrəli orta ümumtəhsil orta məktəbinə  və şəhərin Buynaksk küçəsində yerləşən poliklinikaya baş çəkmişlər. Sergey Məlikov  obyektlərdə görülən bərpa-quruculuq işlərdən razı qalmışdır. 

Dağıstanın xalq şairi Rəsül Həmzətov “ Mənim Dağıstanım” (“ Moy Dagestan” ) kitabında yazır: “ Od və su –Dağıstanın yarıdılması sazişi altındakı iki imza, iki rəmz. Dağıstan –dağ yeridir, stan  –məkan deməkdir. Dağıstan-dağlar diyarı, dağ –ölkə, dağlı ölkə, dəyanətli ölkə- Dağıstanım mənim...

Əlifba öyrənən şagird kimiyəm,

Dilim topuq çalır, höccələyirəm:

Da –ğıs –tan, Da-ğıs-tan çətin giriyəm

Nə təhər yazıram ? Necə deyirəm? –

Təmiz vicdanımdır, canım-qanımdır,

Dilimin əzbəri – Dağıstanımdır.”

1920-ci ilin 14-noyabrında Dağıstan xalqlarının Birini fövqəladə qurultaya çağırılıb. Qurltayda  RSFSR  hökuməti  adından Stalin danışıb. O dağlar ölkəsi Dağıstana muxtariyyət elan edib. Təzə ad, təzə tale, təzə yol. Dağıstan təqvimlərində qırmızı rənglərlə qeyd olunub.

            Bundan bir az sonra  1921-ci ildə, Moskvada  özünün Kremldəki kabinetində Dağıstanın nümayəndə  heyətini Lenin qəbul edir.  Uzun sürən unudulmaz söhbətindən sonra dağlıların xahişi ilə Lenin onlara öz fotoşəkilini yazıb bağışlayır: “ Qızıl Dağıstan üçün ”. Ən qiymətli hədiyə...

            O vaxtdan 95 il keçir. Zaman deyişdikcə həyat da deyişib. Dağıstan respublikası abadlaşıb, gözəlləşib, yaraşıqlı olub, səliqə -sahmanlı, xeyir -bərəkətli diyara çevrilib. Xalqı da artıb, üç milyonu keçib. Şöhrətinin əks - sədası uzaq-uzaq ellərdən gəlir.

            Bu gün Dağıstanda onlarla xalq mehriban şəraitdə yaşayır.  Hər bir millətin dili, dini, adı vardır.

           Yubileyin mübarək Dağıstan.

                                                                                                                      Tahir Saleh   

 

 

 

Bu günlərdə Qroznıda Çeçenistan rəhbəri  Ramzan Kadırovu və Rusiya prezidenti Vladimir Putini dəstəkləmək üçün mitinq keçirilirmişdir. Qroznı sakinləri mərkəzi meydanda “Çeçenistanın qəlbi” məscidinin qarşısında toplaşmışlar. Mitinqin təşkilatçısı Çeçenistan Respublikasının Həmkarlar İttifaqı (ÇRHİ) olmuşdur.

“Mitinq iştirakçıları Rusiya prezidenti Vladimir Putinə, Çeçenistan respublikasının rəhbəri, Rusiya qəhrəmanı Ramzan Kadırova ölkəyə düşmən qüvvələr ilə mübarizədə göstərdikləri səylərə görə öz dəstəklərini bildirmək və bütün sağlam qüvvələri Rusiya rəhbərliyi ətrafında toplaşmağa və son zamanlar Rusiyaya qarşı tammiqyaslı informasiya müharibəsi aparan, destruktiv qüvvələrin informasiya aqressiyasına qarşı bir cəbhədə çıxış etməyə çağırmaq üçün toplaşıblar”, - ÇRHİ-nin bəyanatında deyilir.

 İnformasiyaya  görə, mitinqdə milyona yaxın adam iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, Dərbənd sakinləri də bu aksiyaya qoşulmuşdur. 

                                                                                                                                                                                        Telman Tahirli

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru