Новостная лента

Dağıstanın xalq şairi Rəsül Həmzətov “ Mənim Dağıstanım” (“ Moy Dagestan” ) kitabında yazır: “ Od və su –Dağıstanın yarıdılması sazişi altındakı iki imza, iki rəmz. Dağıstan –dağ yeridir, stan  –məkan deməkdir. Dağıstan-dağlar diyarı, dağ –ölkə, dağlı ölkə, dəyanətli ölkə- Dağıstanım mənim...

Əlifba öyrənən şagird kimiyəm,

Dilim topuq çalır, höccələyirəm:

Da –ğıs –tan, Da-ğıs-tan çətin giriyəm

Nə təhər yazıram ? Necə deyirəm? –

Təmiz vicdanımdır, canım-qanımdır,

Dilimin əzbəri – Dağıstanımdır.”

1920-ci ilin 14-noyabrında Dağıstan xalqlarının Birini fövqəladə qurultaya çağırılıb. Qurltayda  RSFSR  hökuməti  adından Stalin danışıb. O dağlar ölkəsi Dağıstana muxtariyyət elan edib. Təzə ad, təzə tale, təzə yol. Dağıstan təqvimlərində qırmızı rənglərlə qeyd olunub.

            Bundan bir az sonra  1921-ci ildə, Moskvada  özünün Kremldəki kabinetində Dağıstanın nümayəndə  heyətini Lenin qəbul edir.  Uzun sürən unudulmaz söhbətindən sonra dağlıların xahişi ilə Lenin onlara öz fotoşəkilini yazıb bağışlayır: “ Qızıl Dağıstan üçün ”. Ən qiymətli hədiyə...

            O vaxtdan 95 il keçir. Zaman deyişdikcə həyat da deyişib. Dağıstan respublikası abadlaşıb, gözəlləşib, yaraşıqlı olub, səliqə -sahmanlı, xeyir -bərəkətli diyara çevrilib. Xalqı da artıb, üç milyonu keçib. Şöhrətinin əks - sədası uzaq-uzaq ellərdən gəlir.

            Bu gün Dağıstanda onlarla xalq mehriban şəraitdə yaşayır.  Hər bir millətin dili, dini, adı vardır.

           Yubileyin mübarək Dağıstan.

                                                                                                                      Tahir Saleh   

 

 

 

Bu günlərdə Qroznıda Çeçenistan rəhbəri  Ramzan Kadırovu və Rusiya prezidenti Vladimir Putini dəstəkləmək üçün mitinq keçirilirmişdir. Qroznı sakinləri mərkəzi meydanda “Çeçenistanın qəlbi” məscidinin qarşısında toplaşmışlar. Mitinqin təşkilatçısı Çeçenistan Respublikasının Həmkarlar İttifaqı (ÇRHİ) olmuşdur.

“Mitinq iştirakçıları Rusiya prezidenti Vladimir Putinə, Çeçenistan respublikasının rəhbəri, Rusiya qəhrəmanı Ramzan Kadırova ölkəyə düşmən qüvvələr ilə mübarizədə göstərdikləri səylərə görə öz dəstəklərini bildirmək və bütün sağlam qüvvələri Rusiya rəhbərliyi ətrafında toplaşmağa və son zamanlar Rusiyaya qarşı tammiqyaslı informasiya müharibəsi aparan, destruktiv qüvvələrin informasiya aqressiyasına qarşı bir cəbhədə çıxış etməyə çağırmaq üçün toplaşıblar”, - ÇRHİ-nin bəyanatında deyilir.

 İnformasiyaya  görə, mitinqdə milyona yaxın adam iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, Dərbənd sakinləri də bu aksiyaya qoşulmuşdur. 

                                                                                                                                                                                        Telman Tahirli

 

 “Aseraaqromir” MMC Rusiya-Azərbaycan şirkəti və Dağıstan Respublikası Hökuməti əməkdaşlıq haqqında niyyət sazişi imzalayıblar.

Dağıstanın Baş naziri Abdusamad Həmidov deyib: “Dağıstan iqtisadiyyatı yetərincə uğurla inkişaf edir. Vəzifəmiz təkcə bu tempi saxlamaq deyil, həm də istehsalı genişləndirməkdir. Odur ki, biz qardaş xarici ölkələr ilə birgə investisiya layihələri həyata keçirməyə hazır olmalıyıq. Bu gün biz Azərbaycan tərəfi ilə birgə layihəni uğurla həyata keçirmək, habelə xalqlarımızın firavanlığı naminə bundan sonra da əməkdaşlıq etmək üçün tədbirlər görmək niyyətindəyik”.

Abdusamad Həmidov sərmayədarları əmin edib ki, Dağıstan tərəfi birgə işin ilkin mərhələsində zəruri sənədlər paketinin keyfiyyətlə hazırlanmasını təmin etməyə hazırdır.

Baş nazir deyib: “İstixana istehsalatı aqrar-sənaye sektorunun inkişafında prioritet istiqamətdir. Artıq son iki ildə Dağıstanda ciddi istixana təsərrüfatları şəbəkəsi yaradılıb. Rusiyada ərzaq təhlükəsizliyi doktrinasının təsdiq edildiyi bir vaxtda aqrar respublika kimi əsas vəzifəmiz aqrar-sənaye kompleksinin inkişafı istiqamətində səyləri daha da fəallaşdırmaqdır”.

“Aseraaqromir” MMC-nin prezidenti Fərid Xəlilov əməkdaşlığa hazır olduğuna görə Dağıstan hökumətinin Başçısına təşəkkürünü bildirərək deyib: “Şirkətimiz istixana inşaatı bazarında təqribən 9 ildir fəaliyyət göstərir. Özü də təkcə Azərbaycanda yox, başqa ölkələrdə də. Biz tam gücü ilə işləyən, təqribən 170 hektar ərazini əhatə edən müasir istixana kompleksləri inşa etmişik. Bu komplekslərin hamısına aqronomik xidmətlər göstərilir. İstixanalar ilk növbədə beynəlxalq standartlara cavab verməlidir. Yalnız o zaman çox məhsul verə bilər. “Aseraaqromir” Rusiya-Azərbaycan şirkəti beynəlxalq səviyyəli istixanalar inşa etmək niyyətindədir. Biz “YuqAqroHoldinq” şirkəti ilə birlikdə artıq birinci sifarişi icra etməyə başlamışıq. Rusiya Federasiyası subyektlərinin digər şirkətləri ilə də müvafiq müqavilələr imzalanıb”.

F.Xəlilov Dağıstan ərazisində metal konstruksiyalarının istehsalı üzrə zavodun tikildiyini də xatırladıb. Şirkət bu zavodu 2016-cı ilin sonunda işə salmaq niyyətindədir. Bu istehsalat istixana layihələrini 30 faizə qədər ucuzlaşdıracaq.

Dağıstanın Baş naziri bu məsələyə öz münasibətini bildirərək deyib: “Bu, nəinki istixana istehsalatını ucuzlaşdıracaq, həm də əlavə iş yerlərinin yaradılmasını və vergilərin daxil olmasını təmin edəcək”.

 

Bu günlərdə  DR Hökuməti sədrinin müavini,  DR  iqtisadiyyat  və  ərazi inkişaf naziri Rayudin Yusufov  Dərbənd şəhərində ictimai-iqtisadi inkişafı məsələləri üzrə müşavirə keçirmişdir. Müşavirədə  DR  Başçısının cənub ərazi dairəsində səlahiyyətli nümayəndəsi Əli Xasbulatov, Dərbənd şəhərinin başçısı Məlik Baqliyev, “ Dərbənd-2000” müəssisəsinin rəhbəri Əli Nurməhəmmədov,  respublika nazirliklərin  və idarələrin nümayəndələri, Dərbənd  və Məhərəmkənd  rayon  administrasiyalarının nümayəndələri iştirak etmişlər.

R. Yusufov söhbətində qeyd etmişdir ki, “Dərbənd-2000”  yubiley tədbirləri  19 sentyabrda  bitmədi,  bayram tədbirləri  2018-ci ilə qədər davam edəcək.  Hansı tədbirlər keçirələcək? Hansı prioritetli olacak?  Həmçinin tədbirlərin  maliyyələşdirilməsi  respublika rəhbərliyindən və  Dərbənd şəhər administrasiyasından asılı olacaq. Dərbənd şəhərini   bu  vəziyyətə  gətirib çıxarmaq üçün keçən il çox faydalı iş görülmüşdür. Şəhərin  14 küçəsi  və 4 parkı  abadlaşdırılmış, Narınqalada restavrasiya işləri görülmüşdür.  DR baş nazirin müavini  həmçinin bildirmişdir  ki, RF prezidenti Vladimir Putin  və  keçən il noyabr ayında Dərbənddə səfərdə olan    RF  Hökumətinin sədri Dmitri Medvedev yubiley ərəfəsində   görülən  işlərə görə yüksək qiymət vermişlər.

Bu günləri DR Başçısı R. Abdulatipov və  DR Hökumətinin sədri A. Həmidov  Dərbənd şəhər başçısının və bütün  icra hakimiyyət orqanların qarşısında dərbəndlilərin rahat həyatlarını yaşamaları üçün hər şəraiti yaratmağa tapşırıqlar vermişlər.

Rayudin Yusufov  “Dərbənd-2000” müəssisəsinin rəhbəri Əli Nurməhəmmədovdan  təcili sürətdə şəhərin yubiley ərəfəsində yenidən qurulan obyektləri  şəhər administrasiyasının qeydiyyatına salmasını tələb etmişdir.

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru