Новостная лента

Bu günlərdə   Mahaçqalada  yerləşən “ Poeziya Teatrı ” nda   “ Pravoslav  Kitab  Günü ” nü qeyd etmişlər. Tədbiri   DR viсdan azadlığı üzrə  komitə, DR milli siyasət üzrə nazirlik təşkil etmişdir.  Pravoslav kitab  gününün  açılışında DR milli məсlisinin sədr müavini  Yuri Levitskiy, DR milli siyasəti üzrə nazir  Tatyana Qamaley,  DR viсdan azadlığı üzrə  komitə sədri  Məhəmməd Əbdürrəhmanov, Mahaçqala  və Qroznıy şəhərlərinin  baş  keşişi  Varlaam,  DR  iсtimai palatasının nümayəndələri, kütləvi informasiya vasitələri iştirak etmişlər.

Poeziya Teatrının zalında  qonaqlar  mətbəəçiliyin tarixinə  həsr edilmiş ekspozisiyalarla,  rus  pravoslav kitablarla, pravoslav arxitektura ilə tanış olmuşlar. Sərgidə  Mahaçqala, Kizlyar, Dərbənd, Kaspiysk,  Buynaksk  şəhərlərinin qədim şəkilləri,  pravoslav mətnlərlə  yazılmış birinсi əlyazma  kitabları  göstərilmişdir. Həmçinin tədbirdə  Dağıstan Dövlət filarmoniyasının artistləri konsert proqramı ilə  çıxış etmiçlər.

Dərbənd  rayonunun  Nügdi  kəndinin  yolları bərbad vəziyyətdədir. Sakinlərin dediyinə görə  beş kilometrlik yol on il bundan qabaq  çəkilib. Bu yolun təmiri üçün dəfələrlə dövlət  tərəfindən külli miqdarda vəsait ayrılsa da, yolun orasına- burasına yamaq vurmaqla kifayətlənirlər  ki, bu da heç bir ay dözmür.

Ona görə də maşınlar tez-tez sıradan çıxır, məktəblilər dərsə gedə bilmirlər. Qış fəslində havaların yağıntılı keçməsi  yolda vəziyyəti daha da dözülməz edir. Belə şərait  tibb  maşınlarının  kəndə gəlməməsinə də səbəb  olur. Bütün bunlar sakinləri narazı edir səbəb olub və onlar bu problemlərin aradan qaldırılması üçün hökumətdən kömək istəyirlər.

 

                                                                                                                                                         

                                                                                           Telman Tahirli

 

Tanınmış şair və publisist Rusiya - Azərbaycan dostluq Mərkəzinin  mətbuat xidməti ilə görüşmüş, iki ölkənin gələcək ədəbiyyatını necə təsvir etdiyi haqqında söhbət açmışdır.

Hətta  Sovet İttifaqı dağıldıqdan sonra iki müstəqil dövlət  olan Rusiya və Azərbaycan  bir -  birini başa düşməkdə yaxın olaraq qalmaqdadır. Burada  əsas  məsələ mentalitetdən   və qohumluqdan ibarətdir . Hər iki ölkənin  ərazisində müxtəlif millətlərin nümayəndələri  sülh və mehribanlıq  şəraitində yaşayırlar ki, bu da   həm  rusiyalıların, həm də  azərbaycanlıların  eyni dərəcədə əlaqələrinin   möhkəmlənməsinə   imkan yaradır.  Tolerantlıq  və qonşuluq ənənələri  isə həmişə bir torpaqda  çiyin - çiyinə  yaşayan xalqların qarşılıqlı münasibətlərinin və mədəniyyətlərinin inkişafına gətirib çıxarır.

Tahir Saleh   özü də Rusiya və Azərbaycan mədəniyyətlərinin təkanverici  qüvvəsi kimi nümunə ola bilər. O, Azərbaycanda dünyaya göz açıb, Çelyabinskdə ali təhsil alıb, Dağıstanda yaşayıb -  yaradır. Tahir Saleh - SSRİ, Rusiya,  Dağıstan jurnalistlər  İttifaqlarının  və  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Çoxlu professional müsabiqələrin laureatıdır. Onun yaratdığı Beynəlxalq “ Gülüstan ” Ədəbiyyatçılar İttifaqı bir çox millətlərin şair və nasirlərini bilrləşdirir. Gülüstançılar  «Ədəbiyyatlar dostluğu - xalqlar dostluğu» devizi altında fəaliyyət göstərir ki, bu da ədəbi birliyin və şəxsən onun prezidenti Tahir Salehin əməyi  Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın  genişlənməsinə  böyük  təsir göstərir .

Ədəbiyyat həmişə müxtəlif ölkələr arasında mədəni əlaqələrin genişlənməsində   böyük əhəmiyyət kəsb edir. Sovet İttifaqında qardaş  xalqların dillərində milli ədəbiyyatın tərcümələrinə  ciddi diqqət verilirdi. Xoşbəxtlikdən   ölkə dağılandan sonra da Rusiya və Azərbaycan ədəbiyyatçıları arasında əlaqələr nəinki   kəsilmiş, əksinə daha da davam edir, genişlənir və möhkəmlənir.

 Tahir Salehin  fikrincə bu sahədə düzgün dövlət siyasətinin  əvəzsiz xidməti vardır. Yazıçı qeyd edir  ki, hazırda iki ölkə arasında, xüsusilə Rusiyada Vladimir Putinin və Azərbaycanda İlham Əliyevin rəhbərliyi altında dostluq münasibətləri daha fəal inkişaf edir və iki dövlətin tarixində çox mühüm əhəmiyyətli dəyişikliklər baş verir.

         Əlbəttə,   həll olunmamış problemlər də mövcuddur. Həm Rusiyada və həm də Azərbaycanda yaradıcı adamların qayğıları təxminən eynidir: maliyyə köməyi  lazımı  dərəcədə  deyil, çap işində çətinliklər yaranır. Yaxşı olardı ki, hər bir şəhərdə yerli şair və yazıçıların əsərlərinə sponsorluq etmək üçün dövlət fondu yaradılsın.

Tahir Saleh  Rusiya və Azərbaycan  gənclərinin yaradıcılığına da   nikbinliklə yanaşır. O, deyir: “ Oğlan və qızların yaxşı potensialı var. Ona görə də gənclərlə işləmək və onları  müasir yazıçılarla görüşdürmək  vacibdir. Nə vaxtsa  Rusiyanın,  Azərbaycanın oğlan və qızlarından dünya ədəbiyyatının korifeyləri yetişəcəkdir.

Yazıçının həm də ürəyindəndir ki,   iki ölkənin  gənc   adamları qonşuların tarixi və mədəniyyəti ilə maraqlanır, öz aralarında möhkəm dostluq münasibətləri qururlar.  

Tahir Saleh belə gəncləri uzaqgörən və perspektivli  sayır.

Yazıçı tam əmindir ki,  ölkələrimiz bir  - birindən  ayrı yaşaya bilməz. Son illərdə   Azərbaycanda  rus dilinə maraq  daha da yüksəlir, rus məktəbləri açılır, rusiyalılar  da öz növbəsində qonşu ölkənin mədəniyyəti ilə maraqlanır. Bu da gələcəkdə ölkələrimiz arasında dostluğun daha da  inkişafına   tam  zamin  yaradır.

 

 

 

 

 

 

MAHAÇQALADA   «NOVRUZ»  ŞƏNLİYİ
21 Март 2016

Martın    17-də  Mahaçqala  şəhərində yerləşən “ Dostluq Evinin” qarşısındaki meydanda  DR milli-məsələlər  siyasəti üzrə  nazirliyi,Dərbənd  Azərbaycan Dövlət Dram teatrı,   Dərbənd  azərbaycanlılarının  yerli mədəni müxtariyyatı  tərəfindən təşkil edilmiş  “ Novruz  Bayramı ” şənlikləri gözəl  təntənələrlə  keçmişdir.  

Elimizin əziz bayram tədbirində DR milli-məsələlər  siyasəti   üzrə  nazir  Tatyana  Qamaley, onun müavinləri Təkrar Əhmədov, Arsen Mahmudov,  Rusiya  Azərbaycanlıları Federal  Milli -Mədəni Müxtariyyatının prezidenti Mehriban Sadıqova, Dərbənd şəhər deputatları məclisinin sədri Mövsüm Rəhimov, Dərbənd Qoruq muzeyinin direktoru Əli İbrahimov, Azərbaycan  Respublikasında Dağıstan Respublikası  nümayəndəliyinin sədr müavini  Vidadi Babayev, “Dərbənd” respublika ictimai-siyasi qəzetinin baş  redaktoru Hacımahmud Əlifxanov və başqa rəsmi şəxslər iştirak” etmişlər.      

“Dostluq” Evinin direktoru Təkrar Əhmədov “ Novruz Bayramı”  şənliyini açaraq bütün bayram iştirakçılarını və Dağıstan xalqını səmimi təbrik etmiş, onlara həyatda sülh,əmin-amanlıq arzulamışdır. Sonra o, sözü DR milli - məsələlər siyasəti üzrə nazir Tatyana Qamaleyə vermişdir.

  T.Qamaley  tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirmiş, respublikamızın sakinlərini bayram münasibətilə səmimi təbrik etmişdir. O, qeyd etmişdir ki, Azərbaycan xalqının qədim bayramı sayılan “Novruz” xalqlarımız arasında dostluğun, qardaşlığın  rəmzidir. Baharın gəlişi ilə əlaqədar dağıstanlılar da bu bayramı müxtəlif əhəmiyətli tədbirlərlə qeyd edirlər.  

          “AzərRos”  RAFMMM-nin   prezidenti  Mehriban Sadıqova  bayram münasibətilə  bütün Dağıstan sakinlərini təbrik edərək, onlara xoşbəxtlik, ailə səadəti, möhkəm  cansağlığı, işlərində uğurlar arzulamışdır. O, həm də “Novruz Bayramı”-nın  təşkilatçılarına  fəxri  fərmanlar  təqdim  etmişdir. Təltif olunanlar  arasında   DR milli - siyasəti üzrə nazir  Tatyana Qamaley, Dərbənd şəhər deputatları məclisinin sədri Mövsüm  Rəhimov, DR miili-məsələlər siyasəti üzrə nazir müavini, “ Dosluq” Evinin direktoru Təkrar Əhmədov, “ Dostluq” Evinin əməkdaşı Eldar Osmanov, Dərbənd qoruq muzeyinin direktoru Əli İbrahimov,  Dərbənd  Azərbaycan Dövlət  Dram  Teatrının direktoru Firdousi Əsgərov, “ Dərbənd” respublika ictimai-siyasi qəzetinin baş redaktoru Hacımahmud Əlifxanov, Dərbənd tikinti təşkilatının rəhbəri Rəsul Abasquliyev,  Dərbənd   Azərbaycanlılarının  Milli -Mədəni Muxtariyyatı   Şurasının  sədri  Əsədulla  Paşayev , Dərbənd  Azərbaycanlılarının Milli-Mədəni muxtariyyatının sədri Telman Tahirli, DR-in  Dövlət əmlak naziri  Xanlar Paşabəyov,  DR hesablama palatasının şöbə rəisi İmran Hüseynov, Beynəlxalq “Gülüstan” Ədəbiyyatçılar İttifaqının prezidenti  Tahir Saleh, Dərbənd şəhərinin  başçısı Malik Baqliyev, Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov, DR mədəniyyət naziri Zarema Butayeva, Lider+ TV  şəbəkəsinin baş direktoru Təmirlan Əliyev və başqaları   olmuşlar. İftixarla qeyd edək ki, “Novruz Bayramı”nı   yüksək səviyədə   təşkilinə görə  Dərbənd Azərbaycanlıları  Mədəni-Müxtariyyatının sədri Telman Tahirli  həm də  DR milli-məsələlər siyasəti  üzrə nazirliyin  Fəxri fərmanına layiq görülmüşdür.

Demək lazımdır ki, bayram şənliyində Dərbənd Azərbaycan Dövlət  Dram teatrının aktyorları, solistləri rəngarəng  konsert proqramı ilə Novruz şənliyini daha da təmtəraqlı etmişlər.

Şənlikdə sirk pəhlivanları da  öz şücaətlərini göstərmişlər. Süfrələri  isə Novruz sovqatı olan səməni, şirniyyat, aş, dolma, samovar çayı və sair xalqımızın mətbəxinə xas olan dadlı və  ləziz  yeməklər bəzəmişdir.

Bayram iştirakçıları həmin   nemətlərdən dadmış, feyzyab  olmuşlar. 

Bəli, həmin gün Mahaçqalada keçirilmiş “Novruz Bayramı” şənliyi  təravətli bahar çiçəkləri kimi  çoxlarının  yaddaşında qalacaqdır.   

 

                                

                                                                                              Tahir Saleh                

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru