Новостная лента

Dərbənd  rayonunun  Nügdi  kəndinin  yolları bərbad vəziyyətdədir. Sakinlərin dediyinə görə  beş kilometrlik yol on il bundan qabaq  çəkilib. Bu yolun təmiri üçün dəfələrlə dövlət  tərəfindən külli miqdarda vəsait ayrılsa da, yolun orasına- burasına yamaq vurmaqla kifayətlənirlər  ki, bu da heç bir ay dözmür.

Ona görə də maşınlar tez-tez sıradan çıxır, məktəblilər dərsə gedə bilmirlər. Qış fəslində havaların yağıntılı keçməsi  yolda vəziyyəti daha da dözülməz edir. Belə şərait  tibb  maşınlarının  kəndə gəlməməsinə də səbəb  olur. Bütün bunlar sakinləri narazı edir səbəb olub və onlar bu problemlərin aradan qaldırılması üçün hökumətdən kömək istəyirlər.

 

                                                                                                                                                         

                                                                                           Telman Tahirli

 

Tanınmış şair və publisist Rusiya - Azərbaycan dostluq Mərkəzinin  mətbuat xidməti ilə görüşmüş, iki ölkənin gələcək ədəbiyyatını necə təsvir etdiyi haqqında söhbət açmışdır.

Hətta  Sovet İttifaqı dağıldıqdan sonra iki müstəqil dövlət  olan Rusiya və Azərbaycan  bir -  birini başa düşməkdə yaxın olaraq qalmaqdadır. Burada  əsas  məsələ mentalitetdən   və qohumluqdan ibarətdir . Hər iki ölkənin  ərazisində müxtəlif millətlərin nümayəndələri  sülh və mehribanlıq  şəraitində yaşayırlar ki, bu da   həm  rusiyalıların, həm də  azərbaycanlıların  eyni dərəcədə əlaqələrinin   möhkəmlənməsinə   imkan yaradır.  Tolerantlıq  və qonşuluq ənənələri  isə həmişə bir torpaqda  çiyin - çiyinə  yaşayan xalqların qarşılıqlı münasibətlərinin və mədəniyyətlərinin inkişafına gətirib çıxarır.

Tahir Saleh   özü də Rusiya və Azərbaycan mədəniyyətlərinin təkanverici  qüvvəsi kimi nümunə ola bilər. O, Azərbaycanda dünyaya göz açıb, Çelyabinskdə ali təhsil alıb, Dağıstanda yaşayıb -  yaradır. Tahir Saleh - SSRİ, Rusiya,  Dağıstan jurnalistlər  İttifaqlarının  və  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Çoxlu professional müsabiqələrin laureatıdır. Onun yaratdığı Beynəlxalq “ Gülüstan ” Ədəbiyyatçılar İttifaqı bir çox millətlərin şair və nasirlərini bilrləşdirir. Gülüstançılar  «Ədəbiyyatlar dostluğu - xalqlar dostluğu» devizi altında fəaliyyət göstərir ki, bu da ədəbi birliyin və şəxsən onun prezidenti Tahir Salehin əməyi  Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın  genişlənməsinə  böyük  təsir göstərir .

Ədəbiyyat həmişə müxtəlif ölkələr arasında mədəni əlaqələrin genişlənməsində   böyük əhəmiyyət kəsb edir. Sovet İttifaqında qardaş  xalqların dillərində milli ədəbiyyatın tərcümələrinə  ciddi diqqət verilirdi. Xoşbəxtlikdən   ölkə dağılandan sonra da Rusiya və Azərbaycan ədəbiyyatçıları arasında əlaqələr nəinki   kəsilmiş, əksinə daha da davam edir, genişlənir və möhkəmlənir.

 Tahir Salehin  fikrincə bu sahədə düzgün dövlət siyasətinin  əvəzsiz xidməti vardır. Yazıçı qeyd edir  ki, hazırda iki ölkə arasında, xüsusilə Rusiyada Vladimir Putinin və Azərbaycanda İlham Əliyevin rəhbərliyi altında dostluq münasibətləri daha fəal inkişaf edir və iki dövlətin tarixində çox mühüm əhəmiyyətli dəyişikliklər baş verir.

         Əlbəttə,   həll olunmamış problemlər də mövcuddur. Həm Rusiyada və həm də Azərbaycanda yaradıcı adamların qayğıları təxminən eynidir: maliyyə köməyi  lazımı  dərəcədə  deyil, çap işində çətinliklər yaranır. Yaxşı olardı ki, hər bir şəhərdə yerli şair və yazıçıların əsərlərinə sponsorluq etmək üçün dövlət fondu yaradılsın.

Tahir Saleh  Rusiya və Azərbaycan  gənclərinin yaradıcılığına da   nikbinliklə yanaşır. O, deyir: “ Oğlan və qızların yaxşı potensialı var. Ona görə də gənclərlə işləmək və onları  müasir yazıçılarla görüşdürmək  vacibdir. Nə vaxtsa  Rusiyanın,  Azərbaycanın oğlan və qızlarından dünya ədəbiyyatının korifeyləri yetişəcəkdir.

Yazıçının həm də ürəyindəndir ki,   iki ölkənin  gənc   adamları qonşuların tarixi və mədəniyyəti ilə maraqlanır, öz aralarında möhkəm dostluq münasibətləri qururlar.  

Tahir Saleh belə gəncləri uzaqgörən və perspektivli  sayır.

Yazıçı tam əmindir ki,  ölkələrimiz bir  - birindən  ayrı yaşaya bilməz. Son illərdə   Azərbaycanda  rus dilinə maraq  daha da yüksəlir, rus məktəbləri açılır, rusiyalılar  da öz növbəsində qonşu ölkənin mədəniyyəti ilə maraqlanır. Bu da gələcəkdə ölkələrimiz arasında dostluğun daha da  inkişafına   tam  zamin  yaradır.

 

 

 

 

 

 

MAHAÇQALADA   «NOVRUZ»  ŞƏNLİYİ
21 Март 2016

Martın    17-də  Mahaçqala  şəhərində yerləşən “ Dostluq Evinin” qarşısındaki meydanda  DR milli-məsələlər  siyasəti üzrə  nazirliyi,Dərbənd  Azərbaycan Dövlət Dram teatrı,   Dərbənd  azərbaycanlılarının  yerli mədəni müxtariyyatı  tərəfindən təşkil edilmiş  “ Novruz  Bayramı ” şənlikləri gözəl  təntənələrlə  keçmişdir.  

Elimizin əziz bayram tədbirində DR milli-məsələlər  siyasəti   üzrə  nazir  Tatyana  Qamaley, onun müavinləri Təkrar Əhmədov, Arsen Mahmudov,  Rusiya  Azərbaycanlıları Federal  Milli -Mədəni Müxtariyyatının prezidenti Mehriban Sadıqova, Dərbənd şəhər deputatları məclisinin sədri Mövsüm Rəhimov, Dərbənd Qoruq muzeyinin direktoru Əli İbrahimov, Azərbaycan  Respublikasında Dağıstan Respublikası  nümayəndəliyinin sədr müavini  Vidadi Babayev, “Dərbənd” respublika ictimai-siyasi qəzetinin baş  redaktoru Hacımahmud Əlifxanov və başqa rəsmi şəxslər iştirak” etmişlər.      

“Dostluq” Evinin direktoru Təkrar Əhmədov “ Novruz Bayramı”  şənliyini açaraq bütün bayram iştirakçılarını və Dağıstan xalqını səmimi təbrik etmiş, onlara həyatda sülh,əmin-amanlıq arzulamışdır. Sonra o, sözü DR milli - məsələlər siyasəti üzrə nazir Tatyana Qamaleyə vermişdir.

  T.Qamaley  tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirmiş, respublikamızın sakinlərini bayram münasibətilə səmimi təbrik etmişdir. O, qeyd etmişdir ki, Azərbaycan xalqının qədim bayramı sayılan “Novruz” xalqlarımız arasında dostluğun, qardaşlığın  rəmzidir. Baharın gəlişi ilə əlaqədar dağıstanlılar da bu bayramı müxtəlif əhəmiyətli tədbirlərlə qeyd edirlər.  

          “AzərRos”  RAFMMM-nin   prezidenti  Mehriban Sadıqova  bayram münasibətilə  bütün Dağıstan sakinlərini təbrik edərək, onlara xoşbəxtlik, ailə səadəti, möhkəm  cansağlığı, işlərində uğurlar arzulamışdır. O, həm də “Novruz Bayramı”-nın  təşkilatçılarına  fəxri  fərmanlar  təqdim  etmişdir. Təltif olunanlar  arasında   DR milli - siyasəti üzrə nazir  Tatyana Qamaley, Dərbənd şəhər deputatları məclisinin sədri Mövsüm  Rəhimov, DR miili-məsələlər siyasəti üzrə nazir müavini, “ Dosluq” Evinin direktoru Təkrar Əhmədov, “ Dostluq” Evinin əməkdaşı Eldar Osmanov, Dərbənd qoruq muzeyinin direktoru Əli İbrahimov,  Dərbənd  Azərbaycan Dövlət  Dram  Teatrının direktoru Firdousi Əsgərov, “ Dərbənd” respublika ictimai-siyasi qəzetinin baş redaktoru Hacımahmud Əlifxanov, Dərbənd tikinti təşkilatının rəhbəri Rəsul Abasquliyev,  Dərbənd   Azərbaycanlılarının  Milli -Mədəni Muxtariyyatı   Şurasının  sədri  Əsədulla  Paşayev , Dərbənd  Azərbaycanlılarının Milli-Mədəni muxtariyyatının sədri Telman Tahirli, DR-in  Dövlət əmlak naziri  Xanlar Paşabəyov,  DR hesablama palatasının şöbə rəisi İmran Hüseynov, Beynəlxalq “Gülüstan” Ədəbiyyatçılar İttifaqının prezidenti  Tahir Saleh, Dərbənd şəhərinin  başçısı Malik Baqliyev, Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov, DR mədəniyyət naziri Zarema Butayeva, Lider+ TV  şəbəkəsinin baş direktoru Təmirlan Əliyev və başqaları   olmuşlar. İftixarla qeyd edək ki, “Novruz Bayramı”nı   yüksək səviyədə   təşkilinə görə  Dərbənd Azərbaycanlıları  Mədəni-Müxtariyyatının sədri Telman Tahirli  həm də  DR milli-məsələlər siyasəti  üzrə nazirliyin  Fəxri fərmanına layiq görülmüşdür.

Demək lazımdır ki, bayram şənliyində Dərbənd Azərbaycan Dövlət  Dram teatrının aktyorları, solistləri rəngarəng  konsert proqramı ilə Novruz şənliyini daha da təmtəraqlı etmişlər.

Şənlikdə sirk pəhlivanları da  öz şücaətlərini göstərmişlər. Süfrələri  isə Novruz sovqatı olan səməni, şirniyyat, aş, dolma, samovar çayı və sair xalqımızın mətbəxinə xas olan dadlı və  ləziz  yeməklər bəzəmişdir.

Bayram iştirakçıları həmin   nemətlərdən dadmış, feyzyab  olmuşlar. 

Bəli, həmin gün Mahaçqalada keçirilmiş “Novruz Bayramı” şənliyi  təravətli bahar çiçəkləri kimi  çoxlarının  yaddaşında qalacaqdır.   

 

                                

                                                                                              Tahir Saleh                

HƏMİD  ZEYNALOV
10 Март 2016

9 fevral 2016-cı ildə Bakıda, uzun sürməyən xəstəlikdən sonra Azərbaycan respublikasının görkəmli dövlət və ictimai xadimi, elmi işçi  və  "Dərbənd" xeyriyyə cəmiyyətinin sədri  Həmid  Ənvəroviç  Zeynalov dünyasını dəyişmişdir.

Həmid Ənvər oğlu Zeynalov 1940-cı il sentyabrın 25-də  qədim  Dərbənd şəhərində  dünyaya göz açıb.

O, 1959-cu ildə fəhlə-gənclər axşam məktəbini, 1961-ci ildə isə  Bakı  Sovet  Ticarəti Texnikumunu bitirib.

H. Zeynalov 1961-1968-ci illərdə Bakı Ticarət Kulinariya Peşə Məktəbində təlimatçı və direktor müavini vəzifəsində çalışmışdır. 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, iqtisadçı ixtisasına yiyələnmişdir. O, 1968-1974-cü illərdə ümumittifaq ticarətin konyunkturası və əhalinin istehlak mallarına olan tələbatını öyrənən elmi-tədqiqat institutunun Azərbaycan filialında baş elmi işçi və şöbə müdiri vəzifələrin çalışmışdır.

Həmid müəllimin təşkilatçılıq qabiliyyəti  nəzərə alınaraq  o, 1974-cü ildə Bakı Sovet Ticarəti Texnikumunun direktoru vəzifəsinə irəli  çəkilmişdir. 1981-ci ildə  isə Dövlət Ticarət və İstehlak Kooperasiyası İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri seçilmiş, 1983-cü ildə Azərbaycan Respublikası  Turizm və Ekskursiya üzrə  Şurasının sədri təyin edilmişdir.

Həmid müəllim müxtəlif vəzifələrdə işləməklə yanaşı, elmi-pedaqoji  fəaliyyətini də davam etdirmiş, 1989-cu  ilin mayında Moskva Sovet Ticarəti İnstitutunun Qiyabi elmi şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi - alimlik dərəcəsini almışdır.

1989-1993-cü illərdə Həmid müəllim Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ticarət və məişət xidməti şöbəsində aparıcı mütəxəssis, referent vəzifələrində çalışmışdır.

1993-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə işə qəbul edilən H.Zeynalov on altı il İqtisadiyyat idarəsinin (şöbəsinin) müdiri vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə H.Zeynalov 2005-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həmid müəllim 2009-cu ilin oktyabrından Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmış, elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

H.Zeynalov eyni zamanda fəal  ictimaiyyətçi olub. O, 1994-cü ildən "Dərbənd" xeyriyyə cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişdir.

Bu illər ərzində o, Bakıda yaşayan dərbəndlilərə və bütün dağıstanlılara mənəvi və maddi dayaq olmuş, onların sosial və məişət problemlərin həllində əlindən gələni əsirgəməmişdir.

H.Zeynalovun rəhbərliyi altında “Dərbənd” cəmiyyəti Dağıstanda Azərbaycan dilinin öyrənilməsinə və inkişafına böyük təkan vermişdir. O, həmin vaxtlarda Dağıstan Respublikasının Dövlət Şurasının üzvü olmuş Səid Camaloviç Qurbanov  və Dağıstanın görkəmli  maarifçisi  Güli Orucoviç  Babayevlə  birgə Azərbaycan dilinin  Dərbənd şəhəri və Dərbənd rayonunda tədris olunması üçün məktəb   proqramına  daxil etməkdə  böyük əmək sərf etmişdir. Cəmiyyət hər il  bütün  məktəblərə  təmənnasız  olaraq dərs kitabları və bədii ədəbiyyat göndərmişdir.  

Həmid Zeynalov Dərbənddə keçirilən bütün mədəni-kütləvi tədbirlərdə, o cümlədən “Dərbənd şəhər günü”  mərasimlərdə fəal iştirak etmişdir. Onun rəhbərliyi altında  “Dərbənd” cəmiyyəti Azərbaycanın və Dağıstanın görkəmli dövlət və  siyasi xadimi  Əziz Əliyevin, böyük şair Məhəmməd Fizulinin, məşhur dərbəndlilər general –leytenant Hüseyn Rəsulbəyovun, şərqşünas alim Mirzə Kazım bəyin, bəstəkarlar  Asəf Zeynallının, Hacı Xanməmmədovun yubiley təntənələrinin iştirakçısı olmuşdur.

H. Zeynalov Dərbənddə Azərbaycan Dövlət İqtisadiyyat Üniversitetinin  filialının açılmasına nail olmuşdur. Hazırda bu ali məktəbdə yüzlərlə tələbə təhsil alır.

H. Zeynalovun   Bakıda  “ Dərbənd və Dərbəndlilər ”(2001), “ Dərbənd və onun məşhur adamları ” (2004), “ Dərbənd şəhəri  – dünya abidələrinin irsidir ” ( 2006) kitabları işıq üzü görmüşdür. O, 2009-cu ildə Moskvada çap edilmiş  “ Dərbənd ensiklopediyası ” böyük kitabının redaksiya heyətinin üzvü olmuşdur.

Həmid müəllim bizim yaddaşımızda gözəl insan, dost, ədalətli və prinsipial  şəxsiyyət kimi qalacaqdır. Çoxlu dərbəndli və dağıstanlı onun qəbulunda olmuş, bir sıra  sosial və ictimai işlərin həllində onlara qayğı və yardım göstərmişdir. Həmid müəllim həm də  gözəl ailə başçısı idi. Övladlarından biri elmlər doktoru, ikisi isə fəlsəfə doktorudur.

Biz hamımız Zeynalovlar ailəsinə dərin hüznlə baş sağlığı verir, onlara səbir diləyirik!

                                                                          ALLAH RƏHMƏT ELƏSİN!

H. Hüseynov, R. Mövsümov, Ə. İbrahimov, T. Sultanov, A. Abasov, N. Rzayev, M. Səidov, Ə. Fətullayev, Ş. Əhmədov, Tahir Saleh, Ə. Cavadov, H. Əlifxanov,  V. Paşabəyov.

İctimai təşkilatlar : “ Dədə Qorqud ”, “ AzərRos ” “Ədalət” 

“ Gülüstan” Ədəbiyyatçılar  ittifaqı, “ Dərbənd ” respublika qəzetinin  yaradıcı kollektivi

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru