Новостная лента

RAMAZAN    ABDULATİPOV    JURNALİSTLƏRLƏ   GÖRÜŞMÜŞDÜR
24 Июль 2017

İyulun 23 –də DR Başçısı Ramazan Abdulatipov  Dərbənd şəhərinə səfər etmişdir. O, yeni tikilmiş “Naberejnaya” istirahət zonasında DR Başçısının yanında mətbuat klubunun  üzvləri ilə görüşmüşdür.  Jurnalistləri salamlayan          R. Abdulatipov  qeyd etmişdir ki,  mətbuat işçiləri informasiyanı verəndə   obyektiv olmalıdırlar. KİV-in əsas məqsədi  respublikada olan dəyişiklikləri  haqqında informasiyanı  dağıstanlılara çatdırılmasıdır. Məsələn,   Dərbənd şəhərində   2013-cü ildən bu günə qədər  dəyişikliklər  vardır. Son üç il ərzində şəhər  tanınmazlığa qədər  dəyişmiş. Dərbəndin  gözəl və təmiz  küçələri,  evlərin yeni fasadları,  I Pyotr  evinin  bərpası, "Yeddi əfsanə  qalası" nın tikintisi, yeni  “Naberejnaya” istirahət zonasının  açılışı və bir çox başqa obyektlərin istifadəyə verməsidir. Bu gün  Dərbənd   Xəzərdə  ən gözəl  turizm şəhəridir!

Sonra isə mətbuat işçiləri  DR Başçısına suallarını vermişlər. “Dərbənd” qəzetinin əməkdaşı  Dərbənddə nə vaxt  “ Nizami Gəncəvi” parkı  və Azərbaycan Dövlət Dram teatrının yeni binası tikiləcəkdir?  maraqlanmışdır.  Ramazan Abdulatipov bildirmişdir ki, tədbirdən sonra  parka  baş  çekəcəyəm,  yerində bir qərara gələcəyik. Hələ də oldu, görüşdən sonra DR Başçısı parkın vəziyyətilə yaxından  tanış olduğundan sonra, bildirmişdir ki, bu yaxınlarda  burada yeni park tikiləcəkdir.  Teatr məsələsinə çatanda qeyd etmişdir ki, yeni bina üçün  torpaq sahəsi ayrılmışdır.   Azərbaycan tərəfiylə  danışıqlar aparılır.DR  mədəniyyət nazirliyinə  tapşırıq vermişəm ki, bu məsələ ilə bağlı ciddi iş görsünlər.

Qeyd etmək lazımdır ki, DR Başçısı səfər çərçivəsində  həmçinin şəhərin mərkəzi meydanında keçirilmiş “ Urbanfest” festivalına baş çəkmişdir.

 

                                                                                                            Telman Tahirli

 

DR  BAŞÇISI  RAMAZAN  ABDULATİPOV                           VASİLİ    KOLESNİKOVLA   GÖRÜŞMÜŞDÜR
21 Июль 2017

Bu günlərdə Dağıstan  Respublikasının Başçısı Ramazan  Abdulatipov Şimali Qafqaz  Federal Dairəsində  Dağıstan Respublikası üzrə  RF  Prezidentinin səlahiyyətli nümayəndəsi  aparatının  baş federal inspektoru Vasili Kolesnikovla  görüşmüşdür.

DR  Başçısın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə   Vasiliy Kolesnikov  DR Başçısına yeni təyin olunmuş  Şimali Qafqaz  Federal  Dairəsində Dağıstan Respublikası üzrə   RF  Prezidentinin səlahiyyətli nümayəndəsi  aparatının  federal inspektoru Səid Yunusovu təqdim etmişdir.  

Baş federal inspektor bildirmişdir ki, Səid Yunusov  2004-cü ildən  Cənub federal dairəsində RF  Prezidentinin səlahiyyətli nümayəndəsi  aparatının daxili siyasəti  departamentində   mütəxəssis-ekspert kimi fəaliyyətinə  başlamışdır.

Bundan başqa  Səid Yunusov  Mahaçqala şəhəri  Administrasiyasının iqtisadi inkişaf  İdarəsinin  əsas mütəxəssisi, balıqçılıq üzrə Federal agentliyin Qərbi -Xəzər ərazi  idarəsi  İnzibati  bölməsinin rəis müavini , DR  Başçısı  Administrasiyası və Dağıstan Respublikası Hökumətinin daxili siyasəti   idarəsi və  Şimali-Qafqaz Federal  Dairəsində RF Prezidentinin səlahiyyətli nümayəndəsi  aparatı ilə əlaqə üzrə  rəisi  işləmişdir.

"Sözsüz ki, rütbə,  vəzifə  həmişə nəzərə alınır, amma buna baxmayaraq bu gün    respublikamız üçün  insanlıq  çox vacibdir ", deyə  DR Başçısı bildirmişdir.

Həmçinin  R. Abdulatipov   federal  inspektora  Dağıstan  və Rusiya  xeyrinə əmək müvəffəqiyyətləri  arzulamışdır.

 

                                                                                                      Telman Tahirli

Рамазан Абдулатипов посетил мемориальный комплекс «Ахульго»
15 Июль 2017

В субботу, 15 июля, Глава Дагестана Рамазан Абдулатипов побывал в Унцукульском районе, где посетил культурно-исторический комплекс «Ахульго» – мемориал общей памяти и общей судьбы.

Здесь Рамазан Абдулатипов осмотрел сигнальную башню и расположенный рядом выставочный зал.

По его словам, мемориальный комплекс это не просто достопримечательность республики, а памятник истории, объединяющий народы России.

Глава Дагестана, в частности, отметил: «Мы  создали мемориал общей памяти и общей судьбы. Фактически этот объект строил весь Дагестан. Как видите, все получилось на высоком уровне. Ахульго – всероссийский культурно-исторический памятник, возведение которого приветствовал Президент России Владимир Владимирович Путин. Все, что могли, мы сделали. Теперь нужно его сохранить и правильно преподнести подрастающему поколению. Необходимо организовать регулярные экскурсии школьникам со всего Дагестана, тем более что сейчас каникулы.

Кроме того, вокруг комплекса должно быть чисто и аккуратно. Необходимо создать комфортные условия для людей, которые приезжают сюда. Все должно быть на высоком цивилизованном уровне. Надо понимать, что здесь мы демонстрируем гостям лицо Дагестана и России.

Это объект - пропагандистский, показывающий, насколько цивилизованно живут люди в Дагестане, но при этом помнят и чтят свою историю. Здесь дагестанцы и русские своей кровью освятили нашу общую российскую судьбу. Такие уроки истории необходимо доводить до людей. Как писал Расул Гамзатов:

«Под непрерывный грохот барабана

В угаре рукопашной кутерьмы

Перемешалась кровушка Ивана

С такой же точно кровью Магомы».

В завершение Глава Дагестана оставил запись в книге почетных гостей.

В поездке Рамазана Абдулатипова сопровождали министр культуры республики Зарема Бутаева и глава Унцукульского района Иса Нурмагомедов.

GÖRÜŞ   KEÇİRİLMİŞDİR
14 Июль 2017

Bu günlərdə  DR   Başçısı Ramazan  Abdulatipov  Səudiyyə Ərəbistan Krallığının  Rusiyadakı  səfiri    Əbdürrəhman  Ben İbrahim  ar-Rassi ilə   görüşmüşdür. DR  Başçısının mətbuat xidmətindən verilən məlumata görə, səfiri  salamlayan DR Başçısı  bildirmişdir ki, Rusiyadan   həccə gedən ən çox   zəvvarlar dağıstanlılardır.

            “ Sizin simanızda biz bütün Səudiyyə Ərəbistan Krallığını salamlayırıq. Qeyd etmək istərdim ki, RF  milli siyasəti üzrə naziri  işlədiyim  vaxt   Səudiyyə Ərəbistan Krallığı və Rusiya arasında birinci  razılaşmanı mən imzalamışdım. Həmçinin razılaşmada o vaxt  mərhum Dağıstan müftisi  Seyidməhəmməd  Abubakarov da  iştirak etmişdir. Dağıstan Respublikasında məşhur  alim-ilahiyyatçılar həmişə yaşamışdır.  Belə  ilahiyyatçılardan biri də   Dağıstan  müftisi Əhməd-hacı Əbdüllayevdir. Bu gün dünyəvi və mənəvi hakimiyyət sıx əlaqədə işləyir. Bir vaxt  əvvəl  həccə  gedənlər  bəzi çətinliklərlə qarşılaşırdılar. İndi isə  müftiyat və hakimiyyət bu çətinlikləri aradan qaldırmışdır “,  -deyə  R. Abdulatipov  demişdir. 

Səudiyyə Ərəbistan Krallığının  Rusiyadakı  səfiri    Əbdürrəhman  Ben İbrahim  ar-Rassi  qeyd etmişdir ki, mən Dağıstana  dəvət alanda bu dəvətdən  imtina edə bilmədim.

“Mənim dağıstanlılara böyük   hörmətim var. Dağıstanlılar qədim, zəngin mədəniyyəti olan  xalqdır. Onun üçün mən öz  məzuniyyətimi də  azaltmışam. Sizin xalqınız nəinki çoxdan İslamı qəbul etmişdir, o  həmçinin  islamı dünyaya  yaymışdır", - deyə   Əbdürrəhman  Ben İbrahim  ar-Rassi  bildirmişdir .

                                                                                                                      Telman  Tahirli

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru