Новостная лента

Bu günlərdə İsrailin Xadera şəhərində Dərbənd şəhərinin 2000-illik yubileyini qeyd etmişlər. Dərbənd şəhər deputatlar məclisinin sədri Mövsüm Rəhimov başçılıq etdiyi nümayəndə həyəti Xadera şəhərinə səfər etmişdir. Bildirilir ki, bayram yüksək səviyyədə keçirlimişdir. 

 

 

 

 

Azərbaycanlılar bizim qardaşımız, dostumuz, qonşumuzdur. Bu sözləri Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov respublikada keçirilən “Rusiya Qafqazı” Beynəlxalq Politologiya Forumunun gedişində səsləndirib. O bildirib ki, iki ölkənin dostluğu dövlət başçıları Vladimir Putinin və İlham Əliyevin yaratdıqları möhkəm təmələ söykənir.

“Rusiya Qafqazı” Forumunda Qafqazın problemləri, onun inkişafının həm siyasi, həm də iqtisadi xarakterli amillərinin bütöv kompleksi müzakirə olunub. Bu forum Rusiyanın həyatında əhəmiyyətli hadisədir. Bir çox siyasi və ictimai xadimlər, alimlər, o cümlədən Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun direktoru Mixail Qorşkov, Rusiya Xalqları Assambleyasının sədri Svetlana Smirnova, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev forum iştirakçılarına təbrik ünvanlayıblar.

Rusiya politoloqlarının çoxu əmindir ki, müasir Azərbaycan həm də dini ekstremizmə qarşı mübarizədə Rusiyanın müttəfiqidir. Qafqaz həmişə beynəlxalq siyasətin mühüm elementi olub. Hazırda isə onun rolu ancaq artıb. Rusiyanın bu regionda öz maraqları var. Axı Baş Qafqaz silsiləsi Rusiyanın təkcə təbii sərhədi deyil, o, həm də tarixən Rusiyanı qədim Şərq sivilizasiyaları ilə bağlayan körpü olub, bu gün isə təkcə Böyük Qafqazın deyil, həm də Mərkəzi Asiyanın və Yaxın Şərqin geosiyasi məkanında Rusiyanın varlığını şərtləndirən amillərdən biridir.

Forumu keçirmək üçün Dağıstanın təsadüfən seçilmədiyini vurğulayan Millətlərin İşləri üzrə Federal Agentliyin rəhbəri İqor Barinov deyib: “Əzəldən Dağıstan ərazisində yaşayan müsəlmanlar və dağ yəhudiləri icmaları xristianlarla qonşu olublar. Dinc yanaşı yaşamaq ənənələri və qarşılıqlı əlaqələr ən çətin dövrlərdə belə qorunub saxlanılıb. Ekstremizmin bütün təzahürlərinə qarşı mübarizədə Dağıstanın təcrübəsi Rusiya Federasiyasının digər subyektləri ilə müqayisədə daha böyükdür. Amma həyat qarşımıza yeni çağırışlar çıxarır. Onlara cavab vermək üçün bütün güc və imkanlarımızı səfərbərliyə almalıyıq”.

Ekspertlərin çoxu əmindir ki, Rusiya etibarlı tərəfdaşların dəstəyi olmadan, - Qafqazda belə tərəfdaşlardan biri ənənəvi olaraq Azərbaycandır, - bu gün dünyada qarşısına qoyduğu mürəkkəb məsələləri həll etmək iqtidarında deyil. Politoloq Leonid İsayev deyib: “Dövlətimiz Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir. Rusiya ilə Azərbaycan arasında mövcud olan etibarlı münasibətlər əsasında başqa ölkələrlə strateji tərəfdaşlıq siyasəti qurmaq olar. Çox gözəl örnəkdir”.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsü Osmanov inamla bildirib ki, Azərbaycanın Rusiyaya münasibəti qarşılıqlı hörmət və qardaşlıq prinsipləri üzərində qurulub. O deyib: “Rusiyada müxtəlif xalqlar yaşayır. Qafqaz ümumi evimizdir. Terrorizm onun təhlükəsizliyinə təhdiddir. Güclü Rusiya regionumuzda sülh və əmin-amanlığı qoruyub saxlamaq üçün lazımdır”. Q.Osmanov xüsusi vurğulayıb ki, millətlərarası ünsiyyət dili olan rus dili həm də Qafqazın regionlarını birləşdirir. Onun köməyi ilə xalqlar zəngin mədəniyyətləri, dəyərli adət-ənənələri ilə bir-birini daha da zənginləşdirirlər.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya xatırladıb ki, artıq üçüncü dəfə keçirilən “Rusiya Qafqazı” Forumu digər iri və mühüm ümumdövlət tədbirləri sırasında Rusiya ilə Azərbaycanın yaxınlaşmasına kömək edir. Ekspert deyib: “Qafqaza bələd olan hər kəsə aydındır ki, bizim Azərbaycan ilə əlaqələrimiz çox möhkəmdir, çünki onun təməlində yüzilliklər boyu davam edən informasiya və ticarət mübadiləsi, burada yaşayan sadə insanlar arasında mehriban qonşuluq münasibətləri, mədəni kodlarının ümumiliyi dayanır. Bugünkü Azərbaycan dünyəvi dövlətdir. Burada əhaliyə mədəniyyətlərarası dialoq ənənələri və bütün dinlərə hörmət ruhu aşılanır. Azərbaycan Rusiyanın Qafqazı dini ekstremizm təzahürlərindən qorumaq səylərində onun təbii müttəfiqidir. Bu gün biz bunu cəmiyyətə bir daha xatırladırıq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dekabrın 15-də  DR Ədliyyə  nazirliyinin tərəfindən  təşkil edilmiş Dərbənd şəhərinin  “Alıye  Parusa” kompleksinin konfrans zalında gənclər arasında terrorizm və ekstremizm profilaktikası üzrə tədbir keçirilmişdir.

 

Şəkildə gördüyünüz bu şəxş bir aydan çoxdur ki, Dərbənd Mərkəzi Xəstəxanasında yatır. Bu barədə Lent.az-a “Dərbənd” qəzetinin müxbiri Telman Tahirli məlumat verib. Onun sözlərinə görə, xəstənin huşu özündə deyil: “Tək bildiyimiz Azərbaycan vətəndaşıdır. Təqribən 50 yaşlarında olar. Danışa bilmir, qırıq-qırıq cümlələr qurur. Deyilənləri də anlamır”.

 

Xəstəxanaya daxil olarkən üstündə şəxsiyyətini təyin edəcək heç bir sənəd olmayıb. Bu üzdən də həmin şəxsi Azərbaycana göndərə bilmirlər.

Bu şəxsin Quba-Xaçmaz zonasından ola biləcəyi ehtimal edilir. Şəkildəki şəxsi tanıyanlardan Lent.az-a, yaxud ailəsinə xəbər verilməsi xahiş edilir.

 

Əlaqə vasitələri: Tel.: (+ 994 12) 488-35-42, (+ 994 12) 488-35-43, (+ 994 12) 488-35-44

Fax : (+994 12) 488-35-79

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru