Новостная лента

TEATRIMIZ   AZƏRBAYСANDA  MARAQLI  TAMAŞALARLA                                 ÇIXIŞ   ETMİŞDİR
18 Июнь 2016

Bu günlərdə Azərbayсan Respublikasında qastrolda  olan  Azərbayсan Dövlət Dramatik teatrının yaradıсı heyətinin  səfəri  başa çatmışdır.  Qastrol çərçivəsində teatr  Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara və Lənkəran şəhərlərində müxtəlif tamaşalarla çıxış etmişdir.    

Belə ki, iyunun 7-də teatrın yaradıсı heyəti Azərbayсan Dövlət Gənс  Tamaşaçılar Teatrının səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırladığı “Aс  həriflər” tamaşasını təqdim etmişdir. Janrı tragikomediya kimi təyin olunan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Ər-Toğrul, rejissor  assistenti Hörmət Aslanov, quruluşçu rəssamı Naidə Əlimetova, musiqi tərtibatçısı Əməkdar Artist Sevda Bəybalayevadır.

Tamaşada əsas rolları teatrın aktyorları Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Mədinə Hacıağayeva, Səidə Əliyeva, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Kəmalə Rzayeva və Rəhilə Ömərova ifa etmişdir.

Tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr dəlixanada baş verir. Süjetin əsas  xəttini  keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, zaman və məkan dəyişsə də, insanlar batində dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.

Azərbaycan Dövlət Dramatik teatrının direktoru Firdousi Əsgərov  bildirmişdir ki, qardaş respublikada qastrol səfərimiz yüksək səviyyədə keçmişdir.

 

                                                                                      Telman  Tahirli

 

 

 

 

BAŞ  NAZİR  DƏRBƏNDDƏ
18 Июнь 2016

Bu günlərdə DR  Hökumətinin Sədri Abdusamad Həmidov Dərbənddə səfərdə olmuşdur. Dərbənd şəhər mətbuat xidmətindən bildirmişlər ki,   Baş nazirinin şəhərimizə əsas gəliş məqsədi  federal proqramına görə köhnə və qəzalı evlərdən  vətəndaşların köçürülməsi və onlar üçün yeni evlərin tikilməsi nəzarəti  olmuşdur.

 A. Həmidov şəhərimizin Taxo – Qodi  2   küçəsində  yerləşən  yeni tikilən 9 mərtəbəli evə baş çəkmişdir.  Demək olar ki, ev  yeni sahibləri qəbul etməyə hazırdır. Binanın həyətində uşaqlar üçün meydança, iki köşk tikilmişdir. Bu yaxınlarda  binanın ətrafında  yaşıllaşdırma işləri aparılacaq. İnşaat   nümayəndəsinin sözlərinə görə, hal-hazırda  ev sahiblərlə   müqavilələr  üzrə  tədbirlər  başa çatır.

Sonra isə  baş nazir   yeni tikilən 15 nömrəli  şəhər ümumtəhsil orta məktəbinin ikinci korpusu ilə tanış olmuşdur.  O, üç mərtəbəli  məktəbin  akt  və idman zalına ,kompüter siniflərinə, emalatxanaya və kitabxanaya baxış kemirmişdir.  Qeyd etmək lazımdır ki, tikinti işləri burada sürətli templərlə gedir. İnşaat  müdiriyyətinin rəhbərliyi  obyektin  vaxtında  istifadəyə veriləcəyini  bildirmişdir.

Baş nazir Buynaksk  küçəsində yerləşən 9 –mərtəbəli  binaya da baş çəkmişdir. İnşaat kompaniyasının  rəhbərliyi  Baş nazirə bildirdi ki, burada  üzmək üçün hovuz, uşaq  bağçası və  maşınlar üçün  200  yerlik  avtopark  tikiləcəkdir.  A. Həmidov jurnalistlərlə söhbətində bildirmişdir ki, Dərbənd şəhərində köhnə və qəzalı evlərdən  vətəndaşların köçürülməsi üzrə proqram   2015- 2016 yol xəritəsinə uyğun aparılır. 2016-2017- ci ildə  500 ailə  üçün  25 min kvadrat  yeni  evlər tikməyə nəzərdə tutulur.

“Qədim Dərbənd  günbə - gün dəyişilir, köhnə barakların yerində müasir dizaynlı  çoxmərtəbəli  binalar  meydana çıxır. Çox  xoşdur  ki, dərbəndlilər bu  gün  yeni  mənzillərə köçürlər ”- deyə Baş nazir bildirmişdir.

Səfərdə  A. Həmidovu onun müavini Həsən İdrisov, DR  tikinti, arxitektura və  Mənzil Kommunal Xidmətinin  naziri  İbrahim Qazıbəyov, Dərbənd şəhərinin başçısı Malik Baqliyev,   “ Dagestanskiye Oqni “  şəhərinin başçısı  Zeydulla Həşimov, podrat inşaat təşkilatlarının rəhbərləri   müşayiət etmişlər.

                                                                                                    Telman Tahirli

ÇEMPİON  HƏBİBİN  UĞURLARI
17 Июнь 2016

Həbib Abdulmanapoviç Nurməhəmmədov 1988-ci ildə  Dağıstan Respublikası Sumada rayonunun Sildi kəndində anadan olub. H.Nurməhəmmədov  UFC  təşkilatının döyüşçüsüdür. Əlbəyaxa döyüş üzrə dünya kubokunun sahibi, Avrasiya çempionu, döyüş sambosu üzrə Rusiya və ikiqat dünya çempionu, pankration üzrə Avropa çempionu, NAGA Grappling versiyası üzrə dünya çempionudur.  M1 və digər MMA təşkilatlarda iştirak edib. 22 peşəkar döyüş  keçirdib, onların hamısında da qalib olub. UFC –də dünyanın ən yaxşı yüngül çəkiləri siyahısının Top 10-na daxildir. Uşaqlıq illərindən atası Abdulmanap Nurməhəmmədovun başçılığı altında məşq edib. Amerika Birleşmiş Ştatlarına gələndən AKA-da Xavyer Mendesin başçılığı altında məşq edir. Yüngül çəkilərin Top-10 daxildir.

2012-ci il yanvarın 21-də Həbib UFC adı altında ilk döyüşünü keçirtdi. Rusiyalı bu döyüşdə Kamal Şarolus ilə qarşılaşdı. Döyüş 3-cü raundda Həbibin boğucu fənd yerinə yetirməsi ilə sona çatdı. Həmin döyüş  zamanı tamaşaçılar  Həbibin güləş bacarığının yüksək səviyyədə olduğunu gördülər  və klubların maraq dairəsinə tuş gəldi. Rusiyalı bu döyüşə görə 16000 dollar məvacib aldı. 7 –iyun 2012-ci ilə Həbib  UFC-də ikinci döyüşünü keçirtdi. Rəqib isə dünyanın  Top -15 ən yaxşı yüngülçəkililər siyahısında yer alan Qleyson Tibau idi. Hər üç raundda Həbib açıq üstünlüyünü göstərərək hakimlərin  yekdilli qərarı ilə döyüşün qalibi oldu. Bu döyüşə görə Həbib 30000 dollar gəlir əldə etdi. 19 yanvar 2013-cü ildə Həbib daha bir güclü döyüşçü, braziliyalı Tiaqo Tavareslər döyüşdü. 1:55-saniyədə Həbib güləş fəndi ilə Tavaresi yerə sərdi və yerdə dayanmadan zərbələr endirməyə başladı. Bununla da hakim döyüşü dayandırdı. Döyüşdən sonra Həbib aprelin 7-i UFC on FOX 7-da dünyanın ən yaxşı döyüşçülərindən olan  Neyt Diazla döyüşmək istədiyini bildirdi. Ultimate Fighting Championship qeyri-rəsmi hesablamalarına görə UFC perspektivi olan döyüşçülərinin siyahısının tərtib etdi. Bu siyahıda Həbib 4-cü pillədə yer aldı.

Neyt Diaz Coş Tompsonla döyüşdüyündən Həbibə yeni rəqib tapıldı. Bu amerikalı Abel Truxilo idi. Bu döyüşdə də rusiyalı 3 raund boyu dominantlıq edərək hakimlərin yekdilli qərarı ilə döyüşün qalibi oldu.

Abel Truxilo üzərində qalibiyyətdən sonra Həbib tüitterdə qeyd etdi ki, BJ Penn-lə döyüşmək istəyir. Bicey Penin döyüşdən imtina etməsi Həbibi çətin vəziyyətə saldı, ancaq UFC buna da çarə tapdı. Ona Pet “Bem-Bem” Xili ilə döyüşməyi məsləhət bildirdilər. Pet Xili həmin vaxt üçün dünyanın ən yaxşıları sırasında 10-cu pillədə idi. Həbib döyüşə razı oldu. Görüş Torontoda baş tutdu. Döyüş zamanı Həbibinin Xiliyə yaşatdığı atmalar hamının diqqətini çəkdi. Çoxları bunu Met Xyuzun atma fəndləri ilə müqayisə etdi. Döyüşdən sonra UFC prezidenti Dana Vayt Həbibin  döyüşlərini seyr etməyi sevdiyini bildirdi. UFC 169-da Həbib Strikeforce çempionu Gilbert Melendeslə qarşılaşmalı idi, ancaq döyüş baş tutmadı.  

2014 –cü il aprelin 19-da UFC on FOX 11 turnirində Floridada Həbib ən təcrübəli rəqibi UFC ən yaxşıları siyahısında 5-ci olan Rafael Dos Anyos ilə qarşılaşdı. Bu döyüş Abel Truxilo ilə olan döyüşə çox oxşayırdı. Döyüşdə Həbib dominantlıq edərək qalib oldu. 23 may 2015-ci ildə rusiyalıya Donald Serrone ilə döyüş təşkil edildi. Burada qalib olan təqdirdə çempion Rafael Dos Anyosla döyüşmək şansı veriləcəkdi, ancaq Həbib döyüşə 1 ay  qalmış zədələnərək döyüşdən imtina etməli oldu.

 

                                                                                                           Telman Tahirli

DAĞISTANDA   RUSİYA   GÜNÜ
13 Июнь 2016

İyunun 12-də   Rusiyanın  bütün regionlarında Rusiya Günü bayramı qeyd edilmişdir. Mahaçqalada  Avar  teatrın meydançasında RF  dövlət bayramı  Rusiya Gününə  həsr olunmuş bayram  tədbiri  keçirilmişdir.  Tədbirdə DR Başçısı Ramazan  Abdulatipov, DR Xalq məсlisinin sədri Xizri  Şıxsaidov, DR Hökumətinin sədri Abdusamad Həmidov, Mahaçqala şəhərinin meri Musa Musayev, şəhər sakinləri  və s. şəxsi üzvlər iştirak etmişlər.

         DR Xalq məclisinin sədri X. Şıxsaidov bildirmişdir ki, 12  iyun 1990-cı ildə  Rusiyada  dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edilmişdir. Rusiya dövlət quruluşunun başlanğıcı qoyulmuşdur.  Təqvimin yadda qalan tarixlərinin sayına bu gün 1992-ci ildə daxil olmuşdur.  1994-cü ildə rəsmi bayram statusunu almışdır.  Bu qərar Rusiyanın minillik tarixində yeni mərhələyə qədəm qoydu. Rusiya ilk dəfə bazar iqtisadiyyatı, plyuralizm və demokratiya yoluna keçdi. Son dövrlərdə Rusiya siyasi və iqtisadi sabitliklə səciyyələnir. Bütün sosial proqramları qoruyub saxlamaq mümkün olmuş, və o qədər də çox olmayan rifahın yaxşılaşması təmin olunmuşdur. Yeni tarixi ölçüdə mövcud olduğu dövrdə Rusiya çətin yol keçmişdir. Müasir aləmdə Rusiya öz müstəqil nöqteyi-nəzəri ifadə edən ölkədir. Bu da bəzilərin xoşuna gəlmir. Rusiya bütün tərəfdaşlarla münasibətlərdə müsbət gündəliyə riayət edərək  müstəqil siyasətini davam etdirəcək. Biz  qarşıdurmanın əleyhinəyik.

Əziz dostlar, səmimi  qəlbdən sizi  bayram münasibətilə təbrik edirəm  və xoşbəxtlik  arzulayıram!

Tədbirdə məşhur incəsənət ustaları, vokal və xoreoqrafiya ansamblları, estrada ulduzları, filarmoniyanın solistləri  öz parlaq nömrələri ilə  çıxış etmişlər.

 

 

 

 

 

 

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

www.derbend.ru

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

email:gazetaderbend@mail.ru

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru