Новостная лента

Bu günlərdə  Şimali Qafqazın işləri üzrə  RF  Nazirinin birinci müavini Odes Baysultanov və DR  Hökumətinin Sədri Abdusamad Həmidov Dərbənd şəhərində yeni tikilən sahilyanı zonasında  olmuşlar. Sonra şəhər administrasiyasında   sahilyanı zonanın  istifadəyə verilməsi üzrə   müşavirə keçirilmişdir.

Odes  Baysultanov bildirmişdir ki,  obyektdə  üç baxış meydançası, avtomobillər üçün  dayanacaq tikilmişdir. Sahilyanı zona  artıq may ayında  tamamilə hazır olacaq.  Sahil  ərazisində ticarət pavilyonları, kafe və lazımı  infrastruktur nəzərdə tutulmuşdur. 

Abdusamad Həmidov qeyd etmişdir ki, obyektin açılışına  biz hazırıq. Onun   açılışı  çimərlik mövsümü başlayanda nəzərə tutulur. Həmçinin sahilyanı zonaya qədər yeni asfalt yolu salınmalıdır.  Dərbənd  şəhər administrasiyası bu işlə məşğuldur.  Artıq  lahiyə -büdcə sənədləşməsi hazırdır, müsabiqə elan edilmişdir.  Düşünürəm ki, bir ay ərzində   yol hissəsi təmir ediləcək.

Odes Baysultanov həmçinin qısa müddətə qarma-qarışıq  ticarət tikintilərini  nizama salmaq üçün  tapşırıqlar vermişdir.  Sahilyanı zonanın  rəsmi açılışına qədər bütün ticarət obyektləri şəhərsalma normalarına uyğun olmalıdır. Əks təqdirdə ticarət obyektlərinin   sahiblərindən  lisenziyalar  alınacaq. Normalara əsasən, sahibkarlar  obyektlərə yanaşı ərazini təmizlikdə saxlamalıdırlar. Mən bütün dərbəndliləri  şəhərin  abadlaşdırılmasına çağırıram!

Qeyd etmək lazımdır ki,  Dərbənddə sahilyanı zonanın  tikintisinə xərclənən  vəsaitlər  2025-ci ilə qədər "Şimali-Qafqaz federal dairəsinin İnkişafı"  proqramı üzrə  nəzərdə tutulmuşdur. 780 metr  uzunluğu olan  sahilyanı zona   8,6 hektar təşkil edir. Ümumilikdə  o 3 815 adam  qəbul edəcək. Çimərliyin sahəsi  38 min kv. metr təşkil edir. Baxış meydançalarından başqa  burada xilas etmə stansiyaları,  idman və uşaq meydançaları  tikilib, velosiped və piyada yolları istifadəyə verilməkdədir.

 

                                                                                          Tahir    Saleh

Наши контакты

ГБУ Республиканская газета " Дербент"

Республика Дагестан  г. Дербент

ул.Ленина, д. 48

тел:   4-74-33

Сайт www.derbend.ru зарегистрирован Федеральной службой по надзору в сфере связи, информационных  технологий и массовых коммуникаций.

номер свидетельства ЭЛ № ФС 77 - 70956

дата регистрации 07.09.2017

форма распространения  Сетевое издание

Территория распространения  Российская Федерация, зарубежные страны

языки - азербайджанский, русский

учредители- ГБУ РД редакция республиканской газеты " Дербент"

Настоящий ресурс может содержать материалы 12+

email:gazetaderbend@mail.ru

главный редактор Алифханов Гаджимахмуд Шамилович

JoomShaper
Яндекс.Метрика Индекс цитирования. Рейтинг@Mail.ru