Virusdan özümüzü qorumaq üçün maska taxmalıyıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib. Yeni tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir. Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir. Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.Qeyd edək ki, dünyanın bir çox ölkələrində maska taxmaq məcburi elan olunub və bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Rusiyada da maskadan istifadə etməyə görə cərimələr qüvvədədir. 

Telman Tahirli