Zəhmətlə yoğrulmuş müəllim ömrü

Aprel ayının 8 –də Dərbənd rayonunun Cimikənd kəndində Dağıstan Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbir Dərbənd rayonunun dünyasını dəyişmış sakini, gözəl insanı, böyük şəxsiyyəti, həm müəllim, həm şair və nəhayət, dəyərli vətəndaşı Hacıyev Şərafətdin Məkkəşərifoviçə həsr edilmişdir. Qürur hissi ilə qeyd edirik ki, Şərafəddin müəllim cismən dünyasını dəyişsə də onun ruhu tərbiyə edib həyata vəsiqə verdiyi şagirdlərinin qəlıbində daim yaşayır və onun xoş xatirəsi nəinki şagirdlərinin onu tanıyan hər bir kəsin yaddaşında yaşayacaqdır.Şərafəddin müəllim çox uzun və şərəfli bir həyat yolu keçib. Onu tanıyanlar Şərafəddin müəllimin çox müdrik və dəyərli bir insan olduğunu ,onun həyat təcrübəsinin isə bir çoxlarına örnək ola biləcəyini diqqətə çatdırıldı..

Bu dəyərli insana həsr edilmiş tədbir Dərbənd rayonunun qəsəbələrarası mərkəzləşdirilmiş kitabxana sisteminin təşəbbüsü ilə baş tutmuşdur.Tədbirdə:” QMKS” direktoru Zamir İsayev,Cimikənd orta ümumtəhsil məktəbinin direktoru Novruzbəy Məhərrəmov, Şərafəddin müəllimin oğlu Məkkəşərif Hacıyev,ibtidai siniflər üzrə dərs hissə müdiri Əlimurad Əlimuradov,orta ümumtəhsil məktəbinin dərs hissə müdiri Nuxpaşa Şərifov,Kənd klubunun müdiri Hacı Hacıyev “QMKS” şöbə müdiri Naidə Hüseynova, “QMKS” metodisti Zeynutdin İsmayılov,”QMKS” redaktoru Aidə Qədirova ,”QMKS” tabeliyində olan kitabxanaların müdirləri və eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.

Tədbiri giriş sözü ilə “QMKS” direktoru Zamir İsayev açaraq öz ürək sözlərini söylədikdən sonra sözü Müəllim-şair Şərafəddin müəllimin oğlu Məkkəşərif Hacıyevə verdi.Məkkəşərif Hacıyev tədbirə toplaşanlara atasının keçdiyi uzun və şərəfli yoldan danışdı və tədbirin təşkilatçılarına da öz minnətdarlığını bildirməyi özünə borc bildi. Tədbirin sonunda qonaqlara və iştirakçılara qəsəbələrarası mərkəzləşdirilmiş kitabxanalar sisteminin fəxri fərmanları da təqdim olundu.

Bölgənin daimi nümayəndəliyində Sankt-Peyerburqdan Dağıstana yürüş edəcək motosiklet yarışı müzakirə edilmişdir.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *