AÇIQ DƏRS KEÇİRİLDİ

Aprelin 17 də, Dərbənd şəhər Sovet İttifaqı qəhrəmanı, Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli məktəbdə. Ana dili və ədəbiyyat müəllimi Səlimə Əlibala qızı İsayevanın. Azərbaycanın Xalq şairi Cabir Novruzun «Sağlığında qiymət verin insanlara» adlı şeirinə əsasən açıq dər keçirdi. Dərsdə, uşağların şairin şeirinin mənasına uyğun atalar sözləri, bayatılar və məsəllərlə möhtəşəm hazırlanması bunu sübut etdi ki. Bizim zəngin mədəniyyətimiz və dilimiz, hər zaman və hər dövrdə bizim övladlarımızın elm mənbəyi olaraq qalmağdadır. 9 cu b sinif şagirdlərinin, Səlimə müəllimə ilə dialogu. Onların hazırladığı səhnələr, krasvordlar və bir birinə sual cavablar. Bütün məktəb heyyəti ilə bərabər, qonağların da diqqətimi çəkdi. Əslində elmin belə inkişaf etdiyi bir dövrdə, şagirdlərin öz ana dilinə olan aevgisini görmək insanı riqqətə gətirir. İnanın, yazmayan insan belə daha böyük əsərlər yazmaq arzusuna düşür. Ən əxsus da gələcək nəslin nümayəndələrini belə görəndə, insanın ürəyi fərəhlənir. Sonda qonağlara söz verildi, məktəbin direktoru Heydər Təlhətoviç Ələkbərov, ilk olaraq sözü şairə Zeynəb Dərbəndliyə verdi. Zeynəb xanım da dərsin möhtəşəm keçirilməsində həm müəlliməyə həm də şagirdlərə təşəkkür etdi. Sonra isə həm Direktorun özü, həm də Maidə Abumüslümovna Əlibəyova, Elmira Şixiyevna Kazımova. Çıxış edərək, dərsin ibrətamiz olduğunu, belə dərslərin tez-tez keçirilməsi vacib olduğunu vurğuladılar.

M Seyidov.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *