Həmişə ehtiramla xatırlayacağıq

Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik və
təvazökarlıqdır.Sadə və təvazökar adamları hamı sevir və onlara hörmət
edir. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur,uğur və
nailiyyətləri ilə ,qazandıqları nailiyyətlərlə,göstərdikləri xidmətlərlə
öyünmürlər.Əksinə, nailiyyətləri artdıqca onlar özlərini daha sadə aparır,çox
nailiyyət əldə etməyə çalışırlar. Sadəlik və təvazökarlıq insanın yaraşığıdır.
İnsan nə qədər sadə olsa,bir o qədər yüksəlir,bir o qədər hörmət sahibi
olur.
Haqqında söz açacağımız Teymurova Bikə Ağayevna məhz belə bir, sözün
əsl mənasında,gözəl insan idi. Onu Dərbənd xalqı belə xatırlayır və həmişə
də ehtiramla xatırlayacaq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,şərəli
ömür sürmüş bu gözəl insan artıq 10 ildir ki, aramızda deyil,sevdiklərinin,
onu dərin hörmətlə yad edənlərin qəlbində, ürəyində yaşayır. 2011- ci ilin
mart ayının 16-da ömrünün 79-cu baharında dünyasıni dəyişən Bikə
Ağayevna Rusiya Federasiyasının əməkdar muəllimi ,SSSR-nin maarif
əlaçısı,əmək veteranı ,vətənpərvər ziyalı idi.O, 1932- ildəmay ayının 12-də
işçi ailəsində dünyaya göz açmışdı. 1950- ildə Дәrbənd pedaqoji məktəbini
bitirdikdən sonra Dərbənd şəhər 8№ saylı orta məktəbdə əmək
fəaliyyətinə başlayır.Pedaqoji bacarıq qabiliyyətini daha da artırmaq
məqsədi ilə o zaman Dağıstan müəllimlər institutunun təbii- coğrafiya
fakültəsinə daxil olur və 1957-ci ildə həmin institutu bitirərək 12 il ibtidai
sinif müəllimi kimi çalışır. 1963-cü ildən isə 5-8 siniflərdə biologiya
fənninin tədrisinə başlayır. 1959-cu ildə B.Ağayevna V.İ.Lenin adına
Dağıstan Dövlət universitetinin tarix fakültəsinin qiyabi şəbəsinə daxil olur
və 1965- ildə oranı bitirir. 1966- cı ildən icə həmin 8№ sayli orta məktəbdə
tarix fənnini tədris edir.İşlədiyi müddət ərzində hamı onu öz işinə
məsuliyyətlə yanaşan ,ciddi və təvazökar bir müəllim kimi tanıyırdılar. İşinə
ciddi və vicdanla yanaşdığını görən rəhbərlik, 27 noyabr 1971-ci ildə onu
SOV.İKPşəhər komitəsində qadınlarla iş şöbəsnə rəhbər təyin edir. 1980- ci
ildə həmin şöbə ləğv edildikdən sonra B. Ağayevna 8№ saylı orta məktəbə
direktor təyi edilir.Ona göstərilən bu etimadı yüksək dəyərləndirən
B.Ağayevna öz işgüzarlığı,nizam- intizamı , təşəbbüskarlığı və yüksək
məsuliyyət hissi ilə kollektivi bir araya toplayaraq vəzifəsini layiqincə
yerinə yetirir. О, dəfələrlə SOV.İKP DK dəfələrlə üzv seçilir, Dağıstan
MSSRİ Ali sovetinə nümayəndə ,dəfələrlə şəhər sovetinə numayəndə
seçilir. “ Bilik” ictimai cəmiyyətin mühazirəçisi kimi mühazirə və məruzələrlə
dəfələrlə şagirdlərinin valideynləri qarşısında və şəhərin bir çox
müəssisələrində çıxışlar etmişdir.Bikə Ağayevna özündə əsl müəllimə aid
bir çox cəhətləri birləşdirirdi.O, sözün həqiqi mənasında ,işləməkdən zövq
alırdı.Bu zəhmətsevərlik onu ictimaiyyətə hərtərəfli bir insan kimi
tanıtmışdı.Bu əzmkarlığına görə o, “ V.İ.Leninin anadan olmasının 100
illikyubileyi münasibət ilə və cəsarətli əməyə görə” yubiley medalı, “Əmək
veteranı” medalı,DMSSR Təhsil nazirliyinin fəxri fərmanı,,RSFSR
“Bilik”cəmiyyətinin fəxri fərmanı, Sov.İKP şəhər komitəsinin fəxri fərmanları
ilə təltif edilmişdir. . Təhsil sahəsindəki uğurlarını nəzərə alaraq onu“Rusiya
Federasiyasının əməkdar müəllimi” fəxri adına da layiq
görmüşdülər.Teymurova Bikə Ağayevna həmişə yüksək peşəkarlıq
,insanlara qarşı mehriban və diqqətli münasibəti ilə başqalaından
seçilirdi.Dərbənd xalqının yaddaşında gözəl pedaqoq,vətənpərvər ziyalı, el
ağbirçəyi kimi. B.Ağayevna öz layiq olduğu hörməti qazanmışdı.İllər keçsə
də istər təhsil sahəsində,istərsə də ictimai işlərdə özünəməxsus xidmətləri
olan Teymurova Bikə Ağayevna onu yaxından tanıyanların və sevənlərin
qəlbində əbədi yaşayacaqdır. .
İnsan üçün ən yaxşı tərbiyə vasitələrindən biri şəxsi nümunədirGördüyümüz
,münasibətdə olduğumuz yaxşı adamlar,gözəl insanlarbizim üçün gözəl
nümunəyə çevrilir,tərbiyə məktəbi olurlar.Biz belə insanlara oxşamağa
çalışmaqla özümüzü tərbiyə edir,mənəvi yüksəlişə can atırıq.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *