DAĞISTANDA ÜÇ İL ƏRZİNDƏ 32 MƏKTƏB VƏ 58 UŞAQ BAĞÇASI İNŞA EDİLƏCƏK

“Təhsil” layihəsi milli çərçivəsində 2023-cü ilin sonuna qədər Dağıstanda 30-dan çox məktəb və 58 uşaq bağçası inşa ediləcək. Bunu Rusiyanın təhsil nazirinin müavini Andrey Nikolayev Dağıstana işgüzar səfəri çərçivəsində söyləmişdir.
“Bu günə qədər respublikada məktəblərin və uşaq bağçalarının tikintisi ölkənin konsentrasiya baxımından ən iddialıdır. Müəyyən problemlərin olduğunu inkar etməyəcəm. Ancaq buna baxmayaraq, bütün obyektlər tikilir. Hələ bu mövzunu müzakirə edəcəyik və düşünürəm ki, qarşımızdakı ildə bir sıçrayış etməliyik, belə olan təqdirdə insanlar bütün bu genişmiqyaslı tikinti işlərini həqiqətən hiss edəcəklər. Çünki bölgədə yalnız “Təhsil” milli layihəsi çərçivəsində 2019-cu ildən 2023-cü ilədək 32 məktəb və 55-i 2022-ci ili əhatə edən perspektiv olan 58 uşaq bağçasının inşası davam edir”,— deyə Nikolayev respublika başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Melikovla birlikdə Mahaçqalanın Leninski rayonunun Talqi kəndindəki 360 şagird yerlik təzə məktəbdəki gördüklərinin nəticələrinə əsaslanaraq söyləmişdir.
Milli “Təhsil” layihəsi 2019-2024-cü illəri əhatə edəcək. Ümumi büdcəsi təqribən 784,5 milyard rubl təşkil edəcək layihə Rusiya təhsilinin qlobal rəqabət qabiliyyətini təmin etməklə yanaşı, eləcə də ümumi təhsilin keyfiyyətinə görə Rusiya Federasiyasının ilk 10 ölkəyə daxil olmasını nəzərdə tutur.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *