Dağıstandan bahar çağırışı çərçivəsində yeni əsgərlərdən ibarət ilk qrup hərbi xidmətə yola düşmüşdür

Vətəndaşların hərbi xidmətə bahar çağırışı çərçivəsində respublikanın toplanma məntəqəsindən çağırışçıların ilk yola salınması baş vermişdir.

Burada bildirmişlər ki, Dağıstandan əsgərliyə yeni çağırılmış 40-dan artıq şəxs hərbi xidmət keçmək üçün dəmir yolu nəqliyyatı ilə  Moskva vilayətinə yola düşmüşdür.

Yola salınmazdan əvvəl, tibbi komissiyadan keçərkən bütün çağırışçılar yeni koronavirus infeksiyası testi vermişlər. Onlar 100% tibbi maskalar, əlcəklər, şəxsi gigiyena vasitəlri, yol üçün ərzaq payları, bank kartları və geyim forması ilə təmin edilmişdir.

Əlverişsiz epidemioloji vəziyyətlə bağlı çağırışçıların yola salınması valideynlərinin və yaxınlarının iştirakı olmadan keçirilmişdir.

Çağırışçıların yola salınmasından əvvəl keçirilmiş mitinqdə onlara Mahaçqala və Dağıstan administrasiyalarının, ictimai təşkilatların nümayəndələri və qazilər  xeyir-dua ilə müraciət emişlər.

Cənubi hərbi dairədə bildirmişlər ki, Respublika toplanma məntəqəsi bahar çağırışı tədbirlərinə aprelin 1-dən başlamış və 15 iyul 2021-ci il tarixinədək davam edəcəkdir. Ümumilikdə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün tədbirlərə əməl eməklə təxminən 3 min gənc çağırılacaq.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *