MÜHARİBƏ VƏ ƏMƏK VETERANI

Böyük Vətən Müharibəsi başlayanda, Dağıstanın Dərbənd rayonunun Rükəl kəndindən də bir çox gənclər könüllü olaraq gedib. Ailənin tək oğlu, 5 uşağ, 6 uşağ. 1 uşağ atası gənclərimiz, bu qanlı müharibəyə çağırılmışdı. Analar bacılar, oğullarını, qardaşlarını müharibəyə çalıb oynayaraq, deyə gülə yola salırdılar. Onlara göz yaşlarını göstərməzdilər, onların gözü arxada qalmasın deyə. Xanımlar, kəndin gənclərini müharibəyə yola salıb, özləri isə onlar üçün isti əlcək və corab toxuyub müharibəyə göndərirdilər.

Bugün sizə yazıb çatdırmaq istədiyim bu mərd qadın da. Dağıstan Respublikası, Dərbənd rayonunun Rükəl kəndində. Çoban bir kişinin ailəsində göz açan. Ata soyadı Əlibəyova Təmamət Şixovna, ər soyadı Həsənova Təmamət Şixovnadır. Təmamət xanım da, müharibə başlayanda, ön cəbhəyə getməsə də arxa cəbhədə. Kişilər kjmi çalışıb, Vətən yolunda can qoyub. O gündüzlər kolxozda çalışır, taxıl əkim biçimi ilə məşqul olurdu. Gecələr isə, yumu cəhrədə əyirib isti əlcək və corab toxuyurdu. Kəndin bir çox gənc qızı ilə, toxuduğları əlcək və corabları müharibəyə əsgərlər üçün göndərirdilər. Taxılı əllə biçirdilər, onu biçdikdən sonra isə çiyinlərində daşıyırdılar. Təmamət xanım nə gecə, nə gündüz yorulmağ bilmirdi. O öz yaşıdlarına deyərmiş ki. Biz burda isti evə yatırıq, isti çay içirik. Axşama kimi işləsək də, axşam analarımızın bişirdiyi isti yeməkləri az da olsa yeyirik. Amma əsgərlər isə, qarın qışın soyuğunda dona-dona bizi alman faşistindən qorumağa çalışırlar. O meşədən çiyni ilə odun gətirib, çörək bişirib yaxınlığda olan əsgərlər üçün göndərirdi. Kişilərlə birhabir çiyin çiyinə çalışıb bu insan. Hətda bir zaman, müharibəyə könüllü getməyə də istəyib. Anası ona icazə verməyib, ona deyib ki, sən burda onlara kömək elə bu yetər. O isə, ürəyi Ərəbzəngi kimi cəsarətli bir xanım idi. Müharibə bitdikdən sonra, kəndin bir çoxunun qardaşı, atası dönmür. Qara kağızların ardı arası kəsilmirdi, bu hal da onu çox sarsıtırdı. Müharibədən sonra da, sahibsiz qalan ailələrə yardım edib. Çörək bişirib verib, onlara bacardığı kimi əl tutub. Təmamət xanım, ön cəbhəyə getməsə də, axra cəbhədə yorulmadan çalışdığı üçün. Sovet İttifaqı onu jnutmayıb, əksinə onu hər vaxt yad edib.1985 ci ildə, qələbənin 45 illik yubileyinə həsr olunmuş medal, 1995 ci il martın 22 də, qələbənin 55 illik yubileyinə həsr olunmuş medal. 2005 ci ildə, Böyük Vətən müharibəsi qələbənisinin 60 illk yubileyinə medalla tərtif olunub. Mar 22 2010 cu ildə, qələbənin 65 illik yubileyinə həsr olunmuş medal, qələbənin 70 illik yubileyinə də medalla tərtif olunub. 1998 ci il,, fevralın 1 də veteran vəsiqəsi verilib. Böyük Vətən müharibəsi veteranı vəsiqəsi isə, noyabrın 25, şi 2005 ildə verilib. Çox uşağlı qəhrəman anaya, dövlət tərəfindən kömək vəsiqəsi sentyabrın 7 də, 1975 ci ildə, verilib. Və hər il, Dövlət rəhbərləri təbrik ediblər. Onun yaşadığı müddətdə dövlət başçıları, xüsusən də Rusiya Prezidenti V V Putin onu hər il, mayın 9 da. Qələbə günündə, hədiyyələrlə təbrik ediblər. Təmamət xanım müharibə bitdikdən sonra ailə qurur və 6 övlad dünyaya gətirir, 3 oğlan, 3 qız. O ömür gün yoldaşı, Nurətdin Rəhimoviç Həsənovu da tək qoymur. Onun çiyin çiyinə çalışıb övladlarını, hərəsini bir sənət üçün oxudur. O pomidor sahələrində çalışır, qabağcıl fəhlə olur. Onun işlədiyi brigada, hər zaman planı hamıdan öncə bitirirdi. Hələ üstəlik ikinci plan da verərdilər. Belə bir ananı, bugün yada salmasaq, onun əməyinə haqsızlığ etmiş olarıq. Cənnət bax, belə Anaların ayağları altındadır. Ruhu şad, məkanı cənnət olsun əzizimiz Təmamət xalanın. Mənim üçün də, həddindən çox qürur verici bir haldır ki. Bu gözəl Ana mənim dayımın həyat yoldaşıdır, demək olar ki mən onların evində böyümüşəm. Və ondan yazmağ, mənə nəsib oldu.

Rusiya və Azərbaycan Yazıçılar Burliyinin üzvü, Azərbaycan jurnalistlər birliyinin üzvü. Nəğməkar şairə Zeynəb Dərbəndli.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *