Gec də olsa səhvini başa düşdü

Dinc, quruculuq işləri ilə məşğul olmaq,doğmalarına,əzizlərinə qayğı göstərmək- hər bir insanın başa düşə,anlaya biləcəyi təbii dəyərlərdir.Lakin insan bəzən çaşqınlıq, narahatlıq içərisində  mənəvi dəyərlərinin təlimatlarını itirə bilər, xüsusən də gənclər yüngül qazanc əldə etmək məqsədilə  yüksək sosial və dini ideyaların arxasında gizlənən, insanların ruhunu dəyişmək, düzgün yoldan çəkindirmək istəyən,öz inanclarına onları qurban vermək üçün əllərində  silaha çevirmək istəyənlərin    qurbanı ola bilərlər.

Bunun əsl həqiqət olduğunu başa düşmək  Suntinskiy rayonunun Xamaitli kənd sakini Kadırov Arsenə  çox baha başa gəlir.Onun terrorçulara yardım etməkdə  təqsirli  olduğu öz təsdiqini tapır və o,    gənc həyatının müəyyən bir hissəsini azadlıqdan məhrum olunaraq cəzaçəkmə müəssisəsində valideynlərindən,həyat yoldaşından, övladlndan  ayrı yaşamaqla keçirərkən öz səhvini  başa düşməyə və bundan nəticə çıxarmağa imkanı olur.

Həyatında yaranan bu kəskin dəyişikliyə səbəb isə təsadüfi bir hadisə nəticəsində baş verir.

“Xamaitli kəndi yaxınlığındakı meşədə odun yığan zaman kiçik bir daş tikəsinin mənə dəydiyini hiss etdim və arxaya  çevriləndə bir adamın mənə yaxınlaşdığını gördüm. Gələn adam mənim qohumum idi.”

Həmin qohumum bir neçə müddət bundan əvvəl “meşəyə getmişdi”.O, Arsendən yeməyə çörək istəyir.Necə qohumuna şörək verməyə etiraz edə bilərsən?Elə o gündən Arsen “meşə qardaşlarını” vaxtaşırı ərzaqla təmin etməyə başlayır.

O vaxt 19 yaşı olan bu gənc artıq evli olsa da gördüyü  işin onun üçün pis  nəticə verəcəyini  tam anlaya bilməyərək  səhv hərəkətə qərar verir.

Onun sozlərinə görə,qanuna zidd hərəkət etdiyini anlasa da, yalançı romantika hissi ağlına üstün gəlir. ”O vaxt cavan idim, düşüncəm ağlıma üstün gəldi və elə  düşünürdüm  ki, yaxşı iş görürəm,qəhrəmanlıq göstərirəm “- deyir.

Bir müddətdən sonra  terrorçularla  əlaqəsindən xəbər tutan hüquq- mühafizə orqanları əməkdaşları  onu saxlayaraq 5 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə   ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edirlər və cəzasını çəkməyə Tatarstana yollayırlar.

Bu çətin anlarında Arsenin yanında o vaxt yalnız  valideynləri, qardaşları və həyat yoldaşı olur.Tutulduqdan iki ay sonra  Arsen oğlunun dünyaya gəldiyini öyrənir.Bəlkə də elə oğlunun dünyaya gəlməsi ona yıxılmamaq üçün, ruhdan düşməməsinə güc verir ki, cəzasını ləyaqətlə çəkib ailəsinin yanına qayıtsın.Sən demə cəza çəkmə müəssisəsində də vaxtı səmərəli keçirmək olurmuş. Elə orada da bu gənc oğlan həyatında ilk peşəyə –maşım mexaniki peşəsinə yiyələnir.

Ötən ilin dekabr ayında evinə dönərək vəlideynlərini, qardaşlarını, həyat yoldaşını və  artıq 6 yaşda olan oğlunu   qucaqlayarkən  Arsen başa düşür ki, bu onun həyatında yeni həyata başlamaq üçün dönüş nöqtəsidir.

“ İstəyirəm oğlumu tərbiyə edim ,yenə də də uçaqlarım dünyaya gəlsin,İstəyirəm  ailəmə, qardaşlarıma kömək edim.Təəssüf ki, evdə iş məsələsi çox çətindir, rayondan kənara çıxmaq qadağası isə bir ildən sonra bitəcək.Fikirləşirəm ki, bir ildən sonra Mahaçqalaya gedərəm orada maşın meaniki və ya tikintidə işə düzələrəm. Hələlik isə evdə təsərrüfatla məşğulam”-deyə Arsen gələcək planlarını bizimlə bölüşdü.

Onun 26 yaşı var. Belə acı həyat təcrübəsi olan  bu gənc başqa gənclərə müraciət edərək,sonradan yalnız  sınıq ümidlər və peşmançılıq  təhlükəsi olan bu səddi  keçməməyi onlara  məsləhət görür: “Həmişə valideynlərinizə qulaq asın və onların yanında olun.Din müharibəsi barədə cəfəngiyyatlara uyaraq özünüzü onların köləsinə çevirmələrinə imkan verməyin.Bu yalanları ilə onlar insanların həyatını təhlükəyə ataraq öz məqsədləri üçün istifadə edirlər.Baçqalarının səhvlərinə baxıb özünüzün səhv hərəkət etməsinə yol verməyin,bacardıqca bu yoldan özünüzü və yaxınlarınızı çəkindirin”.

Arsen Kadirov  kimi  düz yolunu dəyişənlər Suntinskiy rayonunda az deyildi.Uzun müddət bu rayon terrorçuluqda fəallıq göstərənin sayına görə birincilər sırasında  dururdu .Kəndin ağsaqqalı Musa Sirajutdinov belə xatırlayır ki, ən çətin dövr 2010-2015 illər idi.O zaman cavanların çoxu Suriyaya yollandı, qalanları isə müxtəlif  terror aktları törədirdilər.

Bu hadisələr çoxlarının həyatına son qoydu.Elə ailələr var idi ki. Məcburiyyət qarşısında doğma yerlərini tərk edib gedənlər də var idi. Sirajutdinov belə bir hadisə də danışdı: “Çoxları yəqin eşitmiş olar necə bir nəfər bu kəndin sakini Kizlərdə özünü partlatdığını.Onun iki qardaşı da xüsusi əməliyyat zamanı  məhv edilir və  qalan ailə üzvləri isə hərə bir tərəfə dağılışır.Böyük bir ailə belə dağılır. Onun fikrincə gənclər arasında güclü   təbliğat aparılırdı.Əsasən onlar bunu internetdən alırdılar.Bir nəfər təbliğatçıya çevrilmişdi və başqalarını da cəlb edərək geniş əhatədə yayılmasına nail olurdu.Buna əsasən sosial pozğunluq zəmin yaradırdı. Rayonda iş yeri tapmaq çox çətindir, ona görə də gənclərdə məşğulluq yox dərəcədədir.Amma son vaxtlar kökündən dəyişmə hiss olunur. Artıq öyrəşdiyimiz partlayış və atışma ,xüsusi əməliyyatlar dayanıb.Camaatda  qorxu hissi azalıb.Gənclər təbliğata az uyurlar,çünki başa düşürlər ki, onlardan top yemi kimi istifadə edirlər.Suntinskiy rayon rəhbərinin müavini Omar Maqomedov belə hesab edir ki, rayondakı bu vəziyyəti dəyişməyə rayon administrasiyası Gənclər siyasıti komitəsi və  antiterror komissiyasının üzvləriilə birgə   aparılan profilaktik işlər nəticəsində son qoymaq mümkün olmuşdur.

“ Təəssüflər olsun ki, əvvəllər belə işlər lazımı dərəcədə aparilmadığına görə bu kimi ağır nəticələrə gətirib çıxarmışdır.Bu gün rayonda 90 –cı illərin ortalarında və ya bir az sonra doğulan gənclərə şox az rast gəlmək olar ki, o,terrorçuluq  maddəsi cəza çəkməmiş olsun və ya sağ qalmış olsun. Bu gün bu maddə ilə cəza çəkib qayıdanların çoxu gənclərə terrorizmə qarşı profilaktik işlər aparmaqda köməklik göstərirlər. Öz şəxsi nümunələri ilə bu yolun necə təhlükəli olduğunu gənc lərə öz nümunələri ilə izah etməyə çalışırlar.

Şəkildə: Arsen Kadirov (sağda) və Suntinskiy rayon rəhbərinin müavini Omar Maqomedov.(foto müəllifə məxsusdur)

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *