Dərbəndə həsr olunmuş tədbir keçirildi

Dərbənd ta dövrü qədimdən, neçə neçə tarixləri atlayaraq bu günə gəlib çatıb. Bu qədim şəhərə neçə dastanlar yazılıb, yüzlərlə poemalar həsr olunub. Onun adına gözəl mahnılar, əsərlər yaranıb. Bu gün də bu ənənə, hələ də davam etməkdədir. Bəlkə də ona görə, bu şəhər hər yerdə sevilir. Bu şəhərin hər bir məktəbi, bu qədim şəhərə kompozisiyalar, tamaşalar həsr edir. Belə bir tədbirlərdən biri də bu günlərdə, mayın 13 də. Dərbənd şəhər 2 saylı İncəsənət Məktəbi Dərbənd şəhərinə həsr olunmuş təntənəli bir tədbir keçirdi. Tədbiri İncəsənət məktəbinin müəllimi, Elmira Abdullayevna təşkkl etmişdi.

Bif az onunla tanış olaq Elmira Abdullaevna Aslanova, 1974-cü ildə pedaqoji məktəbi bitirib və həmin il Dərbənd şəhəri 2 nömrəli internat məktəbində işə başlayır. Düz 21 il 2 nömrəli internat məktəbində ibtidai sinif müəllimi işləyib. Sonra isə 1995-ci ildə, 4 nömrəli orta məktəbin direktor müavinliyinə təyin edilib və 11 il orada çalışıb. Sonra öz iş fəaliyyətini Dərbənd şəhər 2 nömrəli uşaq incəsənət məktəbində davam etdirir. Orda öz yetirmələri ilə şəhər və respublika müsabiqələrində fəal iştirak edib. Ümumrusiya və respublika müsabiqələrinin diplom qalibidir. Elmira Abdullayevna həm pedagoji məktəbin də, həm də pedaqoji institutda təhsil alıb, yüksək kateqoriyalı müəllimidir. Hər il məktəblilər və bağça şagirdləri üçün konsertlər hazırlayır. Məqsədi isə musiqi, mədəniyyəti və rəssamlığı inkişaf etdirməkdir. Tələbələrin əsərlərindən ibarət sərgiləri, həm Rusiya , həm Dağıstan Respublikasının
Təhsil Nazirliyinin,
şəhər rəhbərliyi və məktəb direktoru tərəfindən yüzlərlə diplom ilə təltif edilmişdir. Onun 47 illik məktəb təcrübəsində, 21 il 2 nömrəli internat, 16 ili isə 2 nömrəli uşaq incəsənət məktəbləridir.

Hər il olduğu kimi, bu il də. Uşaqlarla birlikdə, Dərbənd şəhərinə həsr olunmuş şeir və mahnılardan ibarət konsert programı hazırlamışdı. Uşaqlar 1-ci Pyutorun Dərbəndə ziyarəti səhnəsini göstərdilər, Dərbəndə həsr olunan şeirlər söylədilər və mahnılar ifa etdilər. Bu bayram abuhavalı konsert programında Dağıstan Respublikasının Əməkdar mədəniyyət İşçisi Xurşida İsmayılova öz gözəl ifaları ilə, çıxış etdi. Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nəğməkar şairə Zeynəb Dərbəndli də həm öz sözlərinə, həmdə Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi, Dərbənd şəhər mərkəzi kitabxananın direktoru Diana Əliyevanın sözlərinə Bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi gözəl mahnıları və şirin səsi ilə qonaqların qarşısında çıxış etdi. Konsert programı demək olar ki, sözün əsl mənasında gözəl və yaddaqalan oldu. Tədbirin sonunda, Elmira müəllimə qonağları gözəl çay süfrəsinə dəvət etdi.

Z Dərbəndli.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *