Mahaçqalada kitabxanalar günü qeyd edildi

Mayın 27-də, Dağıstanımız Paytaxtı. Dağlarla əhatə olunmuş, dağ havalı gözəl Mahaçqala şəhərində. Dağıstan Respublikasının, Rasul Həmzətov adına Milli kitabxanasında. Ümumrusiya üzrə keçirilən, kitabxanalar günü qeyd edildi. Tədbirdə, Dağıstanın hər bölgəsindən kitabxana əməkdaşları gəlmişdi. Çap evi işçiləri və qəzet işçiləri də iştirak edən bu möhtəşəm tədbirdə. Respublikamızıın hər bir bölgəsindən olan kitabxana müdirləri və əməkdaşlarına Fəxri fərman və Təşəkkürnamələr tərtif olundu. Bunların arasında, Dərbənd rayon sistemleşdirilmiş kitabxanalarının direktoru Zamir Isayev və Dərbənd şəhər Mərkəzi kitabxananın əməkdaşı Nərgiz Əliyeva da var idi. Sevindirici bir hal idi ki, həm rayon, həm şəhər kitabxanalarımıza bu diqqət yetirildi. Dərbənd şəhər mərkəzi kitabxananın direktoru Diana Əliyeva, Milli kitabxananın direktoru Əli Əliyevə. Dərbənd şəhər Mədəniyyət, Siyasət, Gənclər, Idman və Turizm idarəsinin sədri Samilə Nəcəfova tərəfindən, Təşəkkürnamə və özünün müəllif olduğu «Qədim Dərbəndin Küçələri» adlı kitabını təqdim etdi. Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Zeynəb Dərbəndli öz sözlərinə, bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi Dərbəndim mahnısı və təbrik ilə çıxış etdi.

Z. Dərbəndli