1 İyun uşaqların müdafiəsi günüdür

               

Uşaq həyatın bəzəyidir.Uşaqlar bizim gələcəyimizdir.Dövlət uşaqları hər hansı formada ayrı-seçkilikdən qorumağa borcludur .

Uşaqların müdafiəsi gününü qeyd etmək Beynəlxalq Demokratik  Qadınlar Federasiyasının gənc nəslin rifahını təmin etmək qərarına gəldiyi 1949-cu ildə keçirilən Konqresdən sonra başlanmışdır.O vaxtdan bəri  BMT uşaqların həyatı,sağlamlığı və hüquqlarını qorumaq üçün fəaliyyətinin əsas istiqamətlərini

düşünür.

1950- ci ilin 1 iyununda ilk dəfə Ümumdünya uşaqlarının müdafiəsi günü qeyd edilir.Və bundan sonra bu bayram ənənəvi olaraq bütün dünyada  qeyd olunmağa başlayır.Beynəlxalq səviyyədə uşaq hüquqlarından bəhs edən əsas hüquqi sənəd isə 1989- -cu ilin 20  noyabr tarixində qəbul olunan Uşaq Hüquqları Konvensiyasıdır.Həmin Konvensiya 61 ölkə tərəfindən imzalanaraq 1990- cı ildə SSSR-də təsdiqlənir.

Rusiyada uşaqların hüquqlarını 1998-ci il 24 iyun tarixxdə qəbul olunmuş “Rusiya Federasiyasında uşağın hüquqlarının əsas təminatları haqqında” Federal qanun  tənzimləyir.

Qanun uşaqların RF Konstitusiyası ilə təyin edilmiş  hüquq və mənafelərinin əsas təminatlarını müəyyənləşdirir.

Bir çox məktəblər, məktəbəqədər uşaq müəssisələri Uşaqların müdafiəsi günü ilə əlaqədar idman, yaradıcılıq müsabiqələri, viktorina və digər istirahət tədbirləri keçirirlər.Lakin bu tədbirlərin əsas məqsədi təkcə uşaqları sevindirməklə kifayətlənmir.Bu gün keçirilən bütün mədəni və yaradıcılıq tədbirləri böyüklərin diqqətini uşaqların aktual problemlərinə yönəltmək üçün hazırlanmışdır.Tədbirin məqsədi dövlətə uşaqların yaşamaq hüquqlarına riayət olunmasının vəziyyətini-təhsil,istirahət, zorakılıqdan və uşaq əməyinin istismarından qorunmasını  xatırlatmaqdır.Təsadüfi deyil ki, əksər ölkələrdə uşaqlıq bir insanın həyatındakı ən vacib mərhələlərdən biri hesab olunur.Məhz bu xoşbəxt dövrdə gələcək vətəndaş cəmiyyətlə tam qarşılıqlı fəaliyyətə hazırlaşır, yaradıcı və intellektual potensialının açıqlanmasının təməlini qoyur.

İyun ayının  1-də Dərbənd rayonunun Çinar kəndindədə Ümumdünya Uşaqların müdafiəsi gününə həsr edilmiş maraqlı və rəngarəng tədbir keçirilmişdir.Tədbirdə Dərbənd rayon icra başçısıRəhimov Mövsüm Hilaloviç də iştirak etmışdir.Mövsüm Hilaloviç təbrik nitqini uşaqlara və onların valideynlərinə ünvanlayaraq:”Uşaqlar bizim sərvətimizdir.Biz böyüklər onları diqqət və qayğı ilə əhatə etməliyik,onlarda keçmiş irsə hörmətli münasibət formalaşdırmalı, xeyirxahlığı və insanlığı öyrətməliyik.Bu, bütün cəmiyyət və hər birimiz üçün məsuliyyətli bir vəzifədir”-deyərək, sonda uşaqlara sağlam olmağı,möhkəm ailədə xoşbəxt yaşamağı arzu etmişdir. Gənc istedadların ifasında parlaq musiqi nömrələri isə bayram tədbirinin daha da bəzədi.Rayonun gənc sakinlərini təbrik edənlər sırasında Rusiya Qəhrəmanı Maqomed Nurbaqandovun atası Nurbaqand Nurbaqandov,millət vəkili yığıncağının sədri Majmudin Semedov,Çinar kənd bələdiyyə sədri Azad Qereyxanov da var idi. Tədbirdə Qəsəbələrarası Mədəniyyət İstirahət Mərkəzinin xalq çalğı alətləri ansamblının vokalçıları, Dağıstanın pop sənətçiləri və Çinar kənd “Qaranquş” uşaq bağçasının sakinləri öz yaradıcılıqları ilə gələn  qonaqları məmnun etdilər.Onlar öz çıxışları ilə hər kəsə bayram əhval-ruhiyyəsi və müsbət emosiyalar bəxş etdilər.Tədbirin sonunda uşaqlara hədiyyələr də paylandı.Tədbir çox maraqlı və yaddaqalan oldu.Uşaqları qarşıda yay tətili gözləyir və bu hadisə onlar üçün parlaq bir başlanğıc sayıla bilər.

Sonda onu demək istəyirəm ki, uşaqlar ecazkar,yaradıcı və ahəngdar şəxsiyyətlərdir.Sadəcə biz onların bu başlanğıcnı inkişaf etdirmələrinə yardımçı olmalıyıq, köməklik göstərməliyik.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *