90 illiyi qeyd edildi

Dərbənd elinin son 200 illik tarixinin müxtəlif dövrlərində bir çox sahələrdə görkəmli şəxsiyyətləri olmuşdur. Yaşadıqları dövrün çətinliklərinə baxmayaraq elmlərə yiyələnməkdən ötrü bütün imkanlarında istifadə etmişlər.
Bu günkü tədbirin səbəbkarı. Ötən əsrin parlaq şəxsiyyətlərindən biri, müəllimlər müəllimi, alovlu natiq, partiya və dövlət xadimi, xəmiri tarixlə yoğurulmuş Izzət Hacıməhəmmədoviç Musayevin ötən ilin əvvəllərində 90 yaşı tamam olmalı idi. Amansız ölüm 35 il bundan əvvəl ömrünün yetgin çağında onu aramızdan aparmasaydı Izzət Musayev tarix üzrə dokturluq disertasiyasını müdafiə etməli idi.
Pandemiya ilə əlaqədar ötən ildə onun yubileyinin keçirilməsi mümkün olmadığındanbu günlərdə keçirilmişdir. Onun xatirəsinin əbədiləşdirilməsi üçün onun ailəsinin, qohumlarının və kənd camaatının təşəbbüsü ilə küçələrdən birinə onun adı verilmiş yaşadığı evin divarına xatirə lövhəsi quraşdırılmışdır.
Izzət müəllim böyük həyat yolu keçmişdir. O SSSR-nin maarif əlaçısı, Dağıstanın əməkdar müəllimi, Dərbənd rayonunun tarix üzrə elmlər namizədi bir çox elmi konfransların iştirakçısı və respublija hökümətinin müztəlif mükafatlarına layiq görülmüşdür. Belə insanların xatirəsinin yad edilməsindən əsas məqsəd onları gələcək nəsillərə tanıtdırmaqdır. Hər bir belə tədbir rayonumuzun elmi və ictimai həyatı üçün böyük bir hadisəyə çevrilir. Inanırıq ki, digər yaşayış məntəqələrində yaşayıb yaratmış görkəmli şəcsiyyətlərimizin aşkara çıxarılması və yubileylərinin qeyd edilməsi bu günkü nəsillər üçün böyük tərbiyəvi əhəmiyyətə malikdir.

K. Kərimov