Rusiya günü qeyd edildi

Rusiya ta dövrü qədimdən öz nəhəngliyi və möhtəşəmliyi ilə dillərdən düşmür. Onun hər bir bölgəsi, onun varlığı ilə və bu ölkənin bir hissəsi olduğuna görə qürur hissi duyur.
Belə bölgələrdən biri də, bizim özü kiçik ürəyi böyük Dağıstanımızdır. Rusiyanın hər hansı bir bölgəsi kimi, Dağıstan Respublikası da öz nəhəng ölkəsi ilə fəxr edir və onun şərəfinə bayram keçirir.
İyunun 12-də, Dərbənd rayonunun Bilici kəndində Rusiya Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Rəsmi hissə Rusiya Federasiyasının himni ilə başladı. Tədbiri öz gözəl təbrik sözləri ilə açan Dərbənd rayonunun Başçısı, «Vahid Rusiya partiyası» yerli şöbəsinin katibi Möhsüm Hilaloviç Rəhimov, Rusiya Gününün ölkədəki ən vacib bayramlardan biri olduğunu vurğuladı. “Rusiya tarixi hər birimizin tarixidir və kiçik bir vətəndən başlayır. Bizim üçün bura Dərbənd rayonunun torpağıdır. Ona olan sevgimiz, bu günü və gələcəyi birbaşa ümumi işimizdən, enerjimizdən və vətəndaş məsuliyyətimizdən asılı olan Rusiyaya olan məhəbbətdir.
Vətənimizin çiçəklənməsi, əzəməti naminə yaxşı işlərə, sevgiyə, sədaqətə, yaradıcı əməyə ehtiyacı var ”dedi. Sonra Dərbənd rayonunun mədəniyyət və istirahət mərkəzinin vokalçıları, «Viktoriya» vokal qrupu Rusiya haqqında mahnılar oxudular və Bilici kənd orta məktəbinin şagirdləri «Mənim Rusiyam» flaşmobunu ifa etdilər. Tədbirə gələn digər qonaqlarda, öz çıxışlarında. Rusiyanın necə bir möhtəşəm ölkə olduğunu vurğulayaraq, bu gün münasibəti ilə, bütün Dərbənd rayon əhalisini təbrik etdilər. Tədbirin rəsmi hissəsi bitdikdən sonra, rayonun dəyərli işçiləri mükafatlandırıldı və gözəl bir konsert programı ilə davam etdi.

Z. Dərbəndli