Mənim ölkəm

Ölkəmizin günü gündən parlaması, sözün əsil mənasında insanın ruhunu oxşayır. Min əsirləri atlayaraq, bu günə gəlib çatan möhtəşəm Rusiya. Hər zaman olduğu kimi, bu gün də öz sözünü qürurla deməkdədir.
Rusiya Gününə həsr olunmuş tədbir Dərbənd şəhərinin «Sahil» parkında baş tutdu. Tədbir Dərbənd şəhər Mədəniyyət İdarəsi tərəfindən təşkil edilmişdir. Rusiya Günü, hər il 12 iyun tarixində qeyd olunan Rusiya Federasiyasının mühüm bir dövlət bayramıdır. 2002-ci ilə qədər Rusiyanın Dövlət Suverenliyi Bəyannaməsinin qəbulu günü olaraq adlandırıldı.
Bu ölkənin «ən gənc» dövlət bayramlarından biridir. 12 iyun 1990-cı ildə RSFSR Xalq Deputatlarının 1-ci Qurultayı Rusiya Konstitusiyasının və qanunlarının üstünlüyünü elan edən Rusiyanın Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. O vaxta qədər SSRİ-nin bir çox respublikası öz suverenliyi barədə qərar qəbul etmişdi, buna görə də bu sənəd respublikaların bir-birinin ardınca müstəqil olduqları şəraitdə qəbul edildi. Rusiya dövlətçiliyinin möhkəmləndirilməsində mühüm bir mərhələ ölkə üçün yeni bir adın — Rusiya Federasiyasının (Rusiya) kimi qəbul edilməsi idi.
Həmin ildən bəri, hər il iyunu 12-də. Rusiya günü, təntənəli şəkildə qeyd edilir. Ölkənin hər bir bölgəsində, bu bayram çox gözəl və mükəmməl keçirilir. Doğma Dərbəndimizdə də, bu bayramı öz rəngarəng və zəngin mədəniyyəti ilə qeyd edir.
Dərbənd şəhəri bu bayrama, mükəmməl hazırlanmışdı. Şəhərin ən görməli yerlərinin birində, şəhərin «Sahil» parkında qeyd olundu. Tədbiri, təbrik ilə. Dərbənd şəhər dairəsi Başçısının müavini Vidadi Vaqifoviç Zeynalov açdı.»Rusiya Federasiyası, ölkələr arasında öz sözünü demiş, öz görkəmli yerini tutmuş bir ölkədir. Bizlərdə bu güclü ölkənin vətəndaşlarıyıq. Bizim hər birimiz, öz ölkəmizin daha da möhkəmlənməsi və çiçəklənməsi üçün, əlimizdən gələni əsirgəməməliyik. Hər birimiz bu yolda, öz kşimizlə vətənə olan sevgkmizi sübut etməliyik. Biz vətəni sevməliyik ki, bizim körpələrimiz də, bizdən vətən sevgisini örnək olaraq götürə bilsinlər. Dağıstan Respublikası, artıq öz cəsur güləşçiləri, tarixçiləri, sənətçiləri ilə hər yerdə sözünü deyə bilir. Bu da o deməkdir ki, bizim gələcək nəsil vətənpərliklə yetişdirilir. Bunun daha da möhkəmlənməsi üçün, hər birimiz öz kşimizlə vətənə xidmət etməliyik» deyə V. Zeynalov vurğulayıb. Tədbirdə digər qonaqlarda, öz gözəl təbrik sözləri ilə çıxış etdilər.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra, şəhərin bir çox iş adamı mükafatlandırıldı və maraqlı bir konsert programı ilə tədbiri «DƏRBƏND» mahnı və rəqs ansamblının və digər kollektivların ifasında davam etdi.
M. Seyidov

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *