“Şən dağlılar” sərgisinin açılışı oldu

DR DBT (dövlət büdcə təşkilatı) Dərbənd Dövlət Tarix,Memarlıq və Arxeoloji Muzey-Qoruğunda Dağıstan Respublikasının xalq rəssamı İslam Şovkrinskinin “ Şən dağlılar”sərgisinin açılışı olmuşdur.
Tədbiri muzeyin mədəniyyət və təhsil ekspozisiyası,sərgi və ekskursiya işləri üzrə direktor müavini Züleyxa Nametova açaraq bu
sərginin Dərbənd Muzey- Qoruğu ziyarətçilərini dağlıların həyat və həyat tərzini xarakterizə edən əsərlərlə tanış etmək üçün əla bir fürsət olduğunu qeyd etdi.
Züleyxa Nametova İslam Şovkrinskinin yaradıcıliq layihəsində ona uğurlar arzuladı və gələcəkdə də əməkdaşlıq etmək üçün ümidvar olduğunu bildirdi.
Sərgidə dağlıların həyat tərzini xarakterizə edən heykəltaraşlıq işləri və pannolar təqdim olunmuşdur.
Bu heykəllər gündəlik mövzuları ilə insanlara yaxındır.
Şovkrinskinin obrazları izləyiciyə təkcə Qafqazın ekzotizmini deyil,ritmlərini,səslərini və aromalarını çatdırır.
Dağıstan Respublikasının xalq rəssamı İslam Şovkrinskiy Rusiya Federasiyası Rəssamlar İttifaqının üzvüdür, dəfələrlə Dövlət mükafatı laureatı adına layiq görülmüşdür, Rusiya Müasir Tarix Muzeyində,Qafqaz xalqları Muzeyində,Rusiyanın Tətbiqi Sənət Muzeyində, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində(VDNX) və çoxsaylı ekspozisiyaların iştirakçısıdır.
Sənətkar kimi yetkinliyə çatan rəssama tələb çoxdur,öz auditoriyası var,fəal işləməyə.respublikanın ictimai və mədəni həyatında iştirak etməyə davam edir.Ona yaradıcılıq uğurları və yüksək nailiyyətlər arzulayırıq.
N.Rəhim qızı

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *