İnsan həyatını qoruyan qadın

     Dərbənd şəhəri təkcə qədim Qalası, əzəmətli divarlara, dost üzünə açıq dəmir qapıları, Xan çinarları ilə deyil. Həm də igid, cəsur, vətənpərvər və insanlığı ilə sayılıb seçilən övladları ilə də dünyaya tanınmağdadır. Dərbəndin alimi, müəllimi, şairi, akademiki, həkimi var. Bunları sadalasaq kitablar tutmaz, çünki onlar günü günnən artmaqdadır, buda insanda fəxarət hissi oyadır. Bü gün sizə sevə-sevə, qürurla söhbət açacağım şəxsiyyət. Şəxsiyyət dedimsə, deməli o buna layiq olduğu üçün dedim. Nə ki Dərbənd, bütün Dağıstan onunla fəxr edə bilər. Bu günki həmsöhbətim dasent, elmlər dokturu, filolog  Elvira Nazirətdinovna Ağayevadır.

      Elvira Nazirətdinovna Ağayeva 1963-cü il, dekabrın 11-də, qədim Dərbənd şəhərinin 2-ci magalında dünyaya göz açıb və orda böyüyüb. Uşaqlıqdan həkim olmağı arzulayan bu qız, yaşıdları ilə küçədə oynarkən də özü həkim olarmış və hamıya kömək edərmiş Onunla bir az söhbət etdik.

       -Salam Elvira xanım, necəsiz? Sizinlə çoxdan görüşmək arzusunda idim, görüşə bilməsək də, sizinlə söhbətim görünür bu günə təsadüf oldu.

     -Əleykəsalam, xoş gördük, düzü mənim üçün də Dərbənddən həm də şəhərimizin adını daşıyan «DƏRBƏND» qəzetinin əməkdaşı ilə söhbətimə çox şad oldum. (gülümsəyir)

       -Bir az özünüz haqqında məlumat verərdiz, düzü sizi tanıtmağa ehdiyac yoxdur, amma qəzetimiz üçün xüsusi olaraq. Elvira Ağayeva kimdir?

    -Bildiyiniz kimi, mən Dərbənddə 2-ci mahalda dünyaya gəlmişəm. Orda böyümüşəm,  həyatımın ən şirin, ən yaddaqalan çağları orda keçib. Özüm  Dərbənd şəhər 16 nömrəli orta məktəbi  bitirmişəm. Və 1988-ci ildə isə Dağıstan Tibb İnstitutunun tibb fakültəsini bitirmişəm. Elvira Ağayeva xalqına və vətəninə bağlı bir övladdır.

      -Bəs bu çıxacağınız yol sizi heç qorxutmadımı? Yəni həkimlik cavabdehlik istər. Burda həm sağlamlığ, həm ölüm var.

      -Yox qorxmadım, mən bu sənəti seçəndə bütün bunların olacağını bilib, hər şeyi gözə almışdım. Həyat özü böyük risqlərlədir. Mən qorxsam, xəstəni necə müalicə edərəm? Əlbətdə hər xəstə ilə işləyəndə içimdə həyəcan olur, amma bu onu nə qədər tez və ağrısız müalicə etməyimin həyəcanıdır.

      -Bəzən istər həkim olsun, istər alim deyir mən artıq hər şeyi öyrənmişəm. Bəs Elvira Ağayeva belə düşünə bilirmi?

      -Yox qətiyyən, hər bir insan ölənə kimi öyrənir. Mən tibb fakultesini bitirdikdən sonra, tibbin daha dərinliyini varmaq üçün  Moskvadakı aspiranturaya burdaki müəllimlərimin tövsiyəsi ilə daxil oldum. Və 1989-cu ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdim. 1990-cı ildən bu günə qədər Klinik Farmakologiya kafedrasının dosentiyəm. Rusiya Dövlət Xalqlar Dostluğu Universitetində kosmetologiya ixtisasını tamamlamışam.

      -Elvira xanım, heç olubmu ki, kaş bu sənəti yox başqa bir sənəti seçərdim deyə düşünməyiniz? Və ya yorulduğunuz vaxt olubmu?

      -Düzünü deyim ki, mən öz sənətimi çox sevirəm və onu özüm seçmişəm. Yorulmağın da nə olduğu bilmirəm. Əksinə, hər hansı bir xəstəmi sağlam gördüyümdə bir az da işimə bağlanıram. Axı insan həyatı, dünyada heç ne ilə əvəz olunmur.

     — Bu günə kimi gördüyünüz işlər?

      -Bu günə kimi gördüyüm işlər də ki, göz qabağındadır Ümumrusiya Həkimlərin Təkmilləşdirmə İnstitutunun bazasında Terapiya, Klinik Farmakologiya və Xalq Sağlamlığı Təşkilatı Sertifikat Kurslarından keçmişəm. Tibb işçiləri həmkarlar ittifaqı komitəsinin üzvü olmuşam. Bir çox beynəlxalq və rus konfranslarında iştirak etmişəm. Mərkəzi jurnallarda çox sayda elmi məqalələrim nəşr olunub. Tibb fakültəsi tələbələri və praktik həkimlər üçün dərs vəsaitləri nəşr etmişəm. Bunları sadalamaqda, məqsədim özümü öymək deyil, sadəcə işimi sevə-sevə gördüyümü demək istəyirəm.

       -Bütün bunlar sizin üçün ağır deyilmi? Yəni bir qadın üçün həm ev, həm iş?

      -Yox əsla, mən hər bir gördüyüm işdən zövq alıram. İnsan gördüyü işi sevməzsə, ondan zövq almazsa onu necə görə bilər? Mənin bundan əlavə

5 dərslik, 7 tədris metodik inkişafı, 70 elmi əsərim çap olunmuşdur.

       -Bilirsiniz k-pandemiya bütün dünyanı öz cənginə alıb, siz bir həkim olaraq. Bütün bu prosesin içində olan insan, öz həyatınızı risqə atmaqdan qorxmadınızmı?

      -İnanırsız? Panddmiya başladığından bəri minlərlə rus həkim həftənin demək olar ki, yeddi günü işləyirdi. Həm də o anlar Dağıstandakı vəziyyəti də qeyd etmək lazımdır ki, hər gün koronavirusdan dünyasını dəyişənlər də az deyildi. Bir həkim olaraq mən öz həyatım üçün deyil, insanların həyatı üçün mücadələ edirdim. Biz həkimlər, hamı üçün əlimizdən gələni edirdik. Çalışırdıq ki, xəstələri yaşada bilək. Bütün mətbuatlarda xəbər veriildiyi kimi Dağıstan xəstəxanalarını, klinikalarını demək olar ki, bütün işçiləri bir-birini əvəz edərək koronavirus xəstələri ilə çalışırdıq. Bunlar arasında bütün bu müddət ərzində doğma Dərbənddən də xəstələr də daxil olurdu. Onları həyata qaytarmaq arzusu, məni öz həyatımı itirəcək qorxusunu üstələmişdi. Demək olarki, onların həyatı bizimkindən daha çox vacib idi. Bir ailəni sevindirmək, bir xəstəyə can verməkdən gözəl nə ola bilər?

      -Ailəlisiz, eşitdiyimə görə bir qızınız var. Həyat yoldaşınız sizi işə qısqanmırmı? Yəni bu qədər işə bağlılığınızı?

     -Bəli ailəliyəm, həyat yoldaşım gömrük işçisidir. Yox qısqanmır, çünki onun işi də mənim işim kimi cavabdehlik tələb edir. Bir birimizi çox gözəl anyayırıq, bir qızım var.

      -Qızınızın  ixtisası nədir?

        O- Qızım diş həkim və hüquqşünasdır, iki ixtisası var. Moskvada yaşayır, ailəlidir və  iki nəvəm var, artıq nənəyəm.

     -Elvira xanım, heç istirahət etdiyiniz vaxt olur? Yoxsa elə istirahətinizdə də işləyirsiniz?

       -İndi bu dəyqə demək olar tətildəyəm, amma yenə də öz işimlə məşqulam.  Xəstələri müayinə edirəm, vallah heç istirahət etmək yadıma düşmür. (gülür). Nə qədər gücümüz var çalışmalıyıq, istirahətə də vaxt olar.    

     -Yenilik nə edirsiz, əyər sirr deyilsə.

      -Yox nə sirr canım? Xəstələri müalicə edirəm və məsləhət verirəm. Bundan əlavə yenilik indi isə ürək-damar xəstəlikləri ilə bağlı böyük bir elmi layihədə iştirak edirəm. Son iki ildə bu vəziyyət səbəbiylə yalnız xəstələrin müalicəsi ilə məşqul oluram.

Ürəyimdə görmək istədiyim çox iş var, sağlığ olsun.

      -Mənim üçün maraqlıdır, inanıram ki. Həm oxucular üçün, həm də sizi sevənlər üçün maraqlı olar. Siz nə zamansa istirahət edirsiz?

      -Hələ ki dincəlməyə vaxtım yoxdur, (gülür) dincəlməyin nə olduğunu da bilmirəm. Bir ilə yaxındır ki, bir gün istirahət etmirəm.

Hələki, nə qədər gücüm var işləyəcəyəm, insanları bacardığım qədər müalicə edəcəyəm. Sonra isə, bir az özümə vaxt ayırıb səyahət edəcəyəm.

     -Bildiyim qədər, doğma Dərbəndə çox bağlısınız.

      -Bəli mən Dərbəndimi çox sevirəm, əyər ərim də razı olsa,  təqaüdə çıxanda Dərbəndə qayıdacağam. Xəstəxanada bir

azərbaycanlının

danışdığını eşidəndə, həmin dəyqə dayanıb onlara necə kömək edəcəyimi soruşuram.

      — Tələbələriniz arasında, Dərbənddən var?

      -Bütün Dərbənddən gəlib Mahaçqalada təhsil alan  tələbələrimiz də həmişə yanımda olurlar. Mən onları çox sevdiyim kimi, onlarda məni çox sevirlər.

      -Vaxt olanda gəlin Dərbəndə, doğrudan Dərbənd adamı özünə çəkir. Mən də ona, Anam qədər bağlıyam.

      -Dərbəndə gəlməyi, qohumları  ziyarət etməyi çox sevirəm. Həmişə bayramlarda, və ya hər nə olsa, mən  ailəmin, doğmalarımın  yanına gəlirəm. Məni o qədər çox sevirlər, elə şirin qarşılayırlar ki, onların mənə olan sevgisi, məni oraya daha  çox cəlb edir.

      -Ürəyində vətən segisi olan hər bir insanın, içində insanlığa böyük məhəbbət olur.

      -Mən öz həmvətənlərimi çox sevirəm, mənə  insanların haradan gəldiyini bilmək kifayətdir və onlara kömək etməyə hazıram. Çünki xalqımı, insanları çox sevirəm.

     -Sevdiyiniz hər hansı bir xobbinuz, vəya biz bilməyən ixtisasınız varmı?

      -Bəli, mən Dərbənd musiqi məktəbini fortopiano üzrə bitirmişəm. Həm musiqiyə, həm də şeirə. Bir sözlə incəsənətə həvəsim böyükdür. Vaxtaşırı aradabir, həm musiqi həm kitab, ikisi bir arada gözəl olur.

     -Mən sizin haqqınızda çox eşitmişdim, amma sizinlə söhbətdən sonra isə. Anladım ki, eşitdikləri və duyduqlarım əbəs deyilmiş. Mən də sizi çox sevdim, sizdə olan o sadəlik, insanlıq sizi mənə sevdirdi. Mən də sizə bu çətin və müqəddəs yolda, və bu risq dolu işinizdə uğurlar və sənətinizdə daha yüksək zirvələr arzu edirəm.

       -Mən sizə, gözəl vaxtınızı mənimlə söhbətə ayırdığınıza görə, sizə təşəkkür edirəm. Sizinlə ünsiyyət qurmaq mənim üçün çox xoş oldu. Bunu da deyim ki, sizinlə söhbət zamanı ruhum dincəldi. Sanki içimə bir doğmalıq  istisi doldu. Siz  çox pozitiv bir xanımsız, mənim üçün ayırdığınız vaxt üçün sizə minnətdaram.

     -Biz sizinlə fəxr edirik, fəxr edirik ki, Dərbəndin başını uca edən sizin kimi qızımız var. Uğurlar-uğurlar-bir daha uğurlar.

       Z. Dərbəndli

Ştatdankənar müxbir.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *