Bu gün insanlar ozlərini qorumağın yolunu bilir Peyvəndlənmə zəruridir

Əziz oxucular,sadə bir həqiqəti sizin yadınıza salmaq istəyirəm: Ən çox sevdiyimiz yaxınlarımıza ,qohumlarımıza, dostlarımıza onların özəl günlərində ilk növbədə ,dünyanın ən vacib ,ən əziz neməti olan can sağlığı arzulayırıq.Amma , təəssüflər olsun  ki,aramızda  bəzən can sağlığının qeydinə qalmağı  unudanlar, ona biganə yanaşanlar  da az deyil. Sizi inandırıram ki, bu bəladan qurtulmağın əsas səbəbkarlarından biri   elə biz özümüzük. Nə qədər ki, gec deyil bir olaq ,sağlamlığımızın qeydinə qalaq.

İki il əvvələ qayıdaraq o zaman ölkə prezidenti  V.V.Putinin dediyi sözləri təkrar yada salmaq istəyirəm.”Voronrjdə,Penzada,Kaspiyskdə,Dərbənddə Və s.yerlərdə Müdafiə nazirliyinin tikdirdiyi tibb müəssisələri istifadəyə veriləcək.Koronavirus infeksiyası kimi qorxulu xəstəliklə toqquşan adamlara yardım göstərilməsi üçün bu kimi müasir tibbi mərkəzlərdə bütün lazımı avadanlıq və texnika vardır.Bu qorxulu virusla mübarizədə Müdafiə nazirliyinin hərbi tibb xidmətinin minlərlə mütəxxəssisi  iştirak etmiş, peşəkarlıq  və fədakarlıq nümayiş etdirmişlər.”Onlarla yanaşı bizim həkimlərimiz də var qüvvələri ilə çalışaraq hər bir virusa yoluxan xəstənin yaşaması, həyatda qalması üçün əllərindən gələni əsirgəməyiblər. Əlbəttə ,əvvəlcə bir çoxları bunu uydurma hesab etsələr də , yaxınlarının, doğmalarının, tanıdıqlarının bir- bir bu bəlaya tuş gəldiyini,hətta dünyasını dəyişənləri gördükdə artıq başqa sübuta ehtiyac qalmadı.  O zaman bizim həkimlər buna hazır olmadıqlarına görə bir sıra çətinliklərlə üzləşmələrinə baxmayaraq mümkün olan və olmayan bütün vasitələrdən istifadə edərək infeksiyaya yoluxmuş xəstələr üçün mücadilə aparırdılar.Əyər o zaman olanları bu günlə müqayisə etsək fərqli bir yanaşma görərik.Virusa qalib gəlməyin ,ondan insanları müdafiə etməyin dərindən öyrənilməsi üçün həkimlər şox şey etdilər,öyrəndilər. Ona görə də bu gün bizim onlara inamımız gərəkdir.Ötən il Dağıstan koronavirus infeksiyasının yayılması üçün ən əlverişli bölgələər sırasında idi.Hamımız ümid edirdik  ki, bu bəladan tezliklə yaxa qurtaracağıq, amma  təəssüflər olsun ki, xəstəxanadan kənar pnevmoniya və COVİD-lə xəstəxanalara düşəmlərin sayında xeyli artım var.Son məlumata görə  bu xəstəlikdən ölənlərin sarı artıq 100 nəfəri keçıb,çünki hal- hazırda yayılması iddia edilən  Hindistan  Koronavirus ştammının əvvəlkilərdən daha təhlükəli olduğu ortaya çıxıb.Best Doktor-un Tibbi  inkiçaf şöbəsinin müdiri Yuliya Tkaçenko Hindistan  ştammının insan hüceyrəsinə daha asan nufuz etdiyini təsdiqləyib.

Bu gün respublikamızda vəziyyət yenidən gərginləşməyə başlayıb.DR başçısı vəzifəsini müvəqqəti icra edən S.Melikov Dağıstan xalqəna videomüraciət ünvanlayaraq hər bir kəsə sağlamlığını qorumağı , qoyulmuş qadağalara riayət etməyi tövsiyə etsə də ,buna biganə yanaşanlar da var.

Prezident V.V.Putinin   hələ bu ilin əvvəlində,koronavirus infeksiyasının geniş yayıldığı vaxtda, bir başa göstərişi  ilə alimlərimizin bir neçə elmi mərkəzlərdə koronavirusa qarşı peyvənd hazırlanmasına böyük məsuliyyət hissi ilə başlanılaraq Moskva, Sankt-Peterburq, Novosibirsk alimlərinin gərgin əməyi sayəsində uç növdə peyvənd hazırlanıb qeydiyyatdan keçərək Ümumdünya Səhiyyə təşkilatları tərəfindən bəyənilmişdi. Bu sahədə çalışan alim və mütəxəssislərin fikrincə koronavirus pandemiyasına qalib gəlmək üçün ölkəmizin 70 faizi peyvənd olunmalıdır.Amma gəlin bu gün respublikadakı vəziyyətlə tanış olaq ,mən dəqiq məlumatları deyil, insanların buna münasibətini sizə çatdırmaq istəyirəm və ürək ağrısı ilə demək istəyirəm ki, hələ də bu virusun  sağlamlığımız üçün  nə dərəcədə təhlükəli olduğunu başa düşməyənlər,təəssüflər olsun ki,çoxdur.

Koronavirus infeksiyasına yoluxaraq ölümlə üz-üzə qalıb,Allahın möcüzəsi nəticəsində sağ  qalan adamların fikrini sizə çatdırmaq istəyirəm:” Dünyada heç bir şey sağlamlığı əvəz edə bilməz, bu gün düşdüyümüz bu çətin vəviyyətdə  peyvənd olunmaq ,inanın ki, sağlamlığın birinci qarantıdır”.

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *