70 yaşın işığında

İnsanı Allah yaradır, müəllim kamala yetirir.Bu həqiqəti bildiyinə görədir ki,xalqımız müəllim adına həmişə hörmətlə yanaşır,hətta başqa hörmətli peşə sahiblərinə də  “müəllim “deyə müraciət edir.Siz də bu adın şərəfini qoruyun, onu həmişə uca tutun.

Hər bir insan ulu Tanrının ona bəxş etdiyi bir ömür yaşayır.Dünya yaxşı adamlardan xali  deyil. Belə insanlardan biri də öz zəhməti sayəsində qazandığı bilik və bacarığını ,50  ilə  yaxın  topladığı iş təcrübəsini şagirdlərin təlim- tərbiyəsinə həsr edən həmkarımız Talıbov Rasim Muxtaroviçdir.O,  ömrünün 70-ci ilində də müəllim peşəsinə həvəslə xidmət edir.

Talıbov Rasim Muxtaroviç Dərbənd şəhərində zəhmətkeş  bir ailədə dünyaya göz açıb, kiçik yaşlarından zəhmətə alışdırılan,zəhmətkeşliyi düzgün tərbiyə edilən bu gənc  orta təhsilini  6-saylı orta məktəbdə  bitirdikdən sonra Dəzgahqayırma texnikumuna daxil olur .Texnikumda təhsilini başa vurduqdan sonra , iki  il hərbi xidmətdə  qulluq edir.  1974-cü ildən isə   məzunu olduğu 6-saylı orta məktəbdə əmək təlimi üzrə pedaqoji  fəaliyyətə başlayır. Rasim Muxtaroviç   1985-ci ildə müsabiqə yolu ilə Dağıstan Dövlət Pedaqoji  institutunun sənaye fakültəsinə daxil olur və təhsilini əmək fəaliyyətindən ayrılmayaraq  qiyabi  şəkildə  davam etdirir. Yüksək fəallığı və işgüzarlığı ilə seçilən  bu gənc mütəxəssisi  elə həmin ildən də şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən  rayonlararası film kitabxanasına müdir təyin edirlər.Harada işləməsindən asılı olmayaraq  Rasim Muxtaroviç gördüyü işin öhdəsindən bacarıqla gəlir,öz iş prinsipinə sadiq qalır. Gənclərdə işgüzarlığın, əməksevərliyin  lazımı səviyyədə  tərbiyə edilməsi məqsədilə  Onu №7 saylı internat- məktəbə əmək təhsili üzrə direktor müavini təyin edirlər.

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar,xalqına, millətinə sədaqətli insanlardır. Bu gün müasir gənclərdə əməyə, zəhmətə maraq oyatmaq, onları bu istiqamətdə düzgün tərbiyə etmək  özü də müəllimdən böyük zəhmət və bacarıq tələb edir. Bu cəhətdən Rasim Muxtaroviç öz  işinin ustasıdır.O, bir müddət də İstehsalat təlimi kombinatında yuxarı sinif şagirdklərinə peşə təhsili üzrə hazırliq kürslarını tədris edərək onların peşə seçiminə yiyələnmələrinə yaxından köməklik göstərir.

Hal- hazırda Talıbov Rasim Muxtaroviç Dərbənd şəhərində ən nüfuzlu texnikumlardan biri olan Dəmiryilu texnikymunda texniki mexanika  müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.

-Rasim müəllim, bu günkü gənglərin seçdikləri peşəyə mühasibəti, onların bilik səviyyəsi sizi qane edirmı?

-Bilirsiniz, insan həyatda elə sənət, elə peşə seçməlidir ki,həm özünün bu peşəyə sevgisi,məhəbbəti olsun,həm də bu sənət və peşə ilə xalqına,cəmiyyətə xeyir verə bilsin.Doğrudur,sənətlər,peşələr arasında seçki qoymaq ,”bu yaxşıdır”,”bu pisdir”-deyib onları ayırmaq olmaz.Cəmiyyətə faydalı əməklə bağlı bütün sənət və peşələr şərəflidir.Sənətin pisi olmaz,sənətkarın pisi ola bilər.Ona görədə biz əlimizdən gələni etməyə çalışırıq ki,pis sənətkar yox,işinin öhdəsindən bacarıqla gələn yaxşı sənətkarlar yetişdirək.Və əminliklə deyə bilərəm ki, tələbələrimizin arasında məhz belələri daha çoxluq təşkil edir.

İllər keçdikcə vicdanlı pedaqoji işə,böyüməkdə olan gənc nəslin təlim –tərbiyəsində göstərdiyi xidmətlərə görə bir neçə dəfə respublika Təhsil Nazirliyi tərəfindən mükafatlandırılan Rasim Muxtaroviç  2009-cu ildə “Təhsil sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının ümumi təhsilinin fəxri  işçisi “ döş nişanı ilə təltif edilmişdir.İşlədiyi kollektivdə  dərin hörmətə və nüfuza sahib olan Rasim Muxtaroviç  nümunəvi və sədaqətli ailə başçısı həm də qayğıkeş babadır.    Nəvələrinin  təlim- tərbiyəsində  yaxından iştirak edərək onların savadlı,tərbiyəli ,gələcəkdə cəmiyyət üçün yaxşı bir mütəxəssis və insan  kimi yetişmələri üçün öz səyini onlardan əsirgəməyib.Böyük nəvəsi  Nadir hal-hazırda Moskvada  N.İ. Piraqov adına  Rusiya Milli Tədqiqat Tibb Universitetinin  3-cü kurs tələbəsidir. İkinci nəvəsi Naidə isə Moskvada Tibb kollecində təhsil  alır, ailənin sonbeşiyi balaca Rasim isə bu il birinci sinifə gedəcək,şagird adını qazanacaq. Gözəl tərbiyə verib boya- başa çatdırdığı  qızı da atası kimi müəllimlik peşəsini seçib ,ailəsi ilə birlikdə Moskvada yaşayır və orada pedaqoji fəaliyyətini davam etdirir.

 Rasim Muxtaroviç sağlam həyat tərzinə  üstünlük verən bir insandır,idmanla məşğul olur,hər gün səhər tezdən Xəzərin sahilində gəzməyi,dənizdə çimməyi çox  xoşladığını söylədi.Onun qonağı olarkən    zovqlə salınmış bağ- bağçası  nəzərimdən yayınmadı.

-Rasim müəllim ,bağçanız çox gözəl və səliqəlidir.Bu səliqə-səhmanı kim yaradır?-deyə soruşanda ,O gülümsəyərək  fəxrlə :

-Mən uşaqlıqdan torpaqla işləməyə vərdişəm .Məmə bunu rəhmətlik valideynlərim öyrədib.Torpaq deyir:- Öldrür məni,dirildim səni.Mən torpaqla işləyəndə yorulmuram,əksinə,dincəlirəm.

-Rasim müəllim,doğrusu, yaşamaq ,yaratmaq həvəsinizə qibtə edirəm.Tələbələrinizə,ümumiyyətlə cavanlara yaxşı nümunə göstərirsiniz. Sualım  qəribə  səslənsə də , cavabınızı eşitmək istərdim. Sağlam həyat tərzini üstün tutan bir insan kimi sizə sual edirəm:   Koronavirus infeksiyasının dünyanı öz cənginə aldığı bir vaxtda bu xəstəliyə yoluxmamaq üçün,sizcə hansı addımı atmaq daha düzgündür,bəzilərinin fikrincə evdə oturub özünü qorumaq,yoxsa xəstəliyə yoluxmanın qarşısını almaq üçün peyvənd etdirmək?

— Çox doğru buyurursunuz,bu sual bu gün hamımızı narahat edir,ona görə də insanlar başa düşməlidirlər ki,sağlamlığımızın  ilk növbədə qayğıkeşi özümüz olmalıyıq. Axı bu ən çox bizə lazımdır.Bu barədə mənim fikrim birmənalıdır-hamımız peyvənd olunmalıyıq ki, həm özümüzü,həm də yaxinlarımızı,ətrafımızdakıları bu bəlaya yoluxmaqdan xilas edək.

Doğrusu ,belə insanlarla həmsohbət olanda məndə yaşamağa, yaratmağa daha da böyük həvəs yaranır .Ömrünün şərəfli dövrünü yaşayan  bu gözəl insana demək istəyirəm ki,illəri arxada qoyaraq mənalı, maraqlı ömür yaşayaraq  70 yaşa çatmısınız,ömrünüzün ən yaxşı illərini müəllim kimi gənc nəslin təlim- tərbiyəsinə sərf etmisiniz. Hörmətli Rasim müəllim, Sizi anadan olmağınızın 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir,sizə möhkəm cansağlığı ,çətin və şərəfli peşənizdə uğurlar diləyirik.

                                                                                                        N. Rəhim qızı.