“Vahid Rusiya” “Qırmızı zona”da çalışan həkimlərin uşaqları üçün sağlamlıq düşərgələrində istirahət təşkil etmək təklifini irəli sürmüşdür

Fövqalədə ərazilərdəki ailələrin uşaqlarına da göndərişlər veriləcək.

“Vahid Rusiya” Baş şurasının katibi Andrey Turçak təklif etmişdir ki,Koronavirusa yoluxan xəstələr üçün ayrılmış xəstəxanaların  “Qırmızı zona”larında çalışan  həkimlərin və  fövqalədə ərazilərdən olan ailələrin uşaqları üçün sağlamlıq düşərgələrində istirahət təşkil olunsun. O,bu təşəbbüsü Krasnodar  Bölgəsinin qubernatoru Veniamin Kondratyevnan sörüşü zamanı irəli sürmüşdür.Bu cür proqram 11 mindən çox uşağın istirahətini təşkil etməyə,həmçinin Krım və Kubanın uşaq kurortlarını doldurmağaç imkan verəcəkdir.

Andrey Turçak bölgə başçısı ilə söhbətində Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin  xətti ilə xüsusi kvotalar verilməsinin lazım  olduğunu da diqqətə  çatdırdı.

Keçən il “Vahid Rusiya” eyni  tədbirlər planını  hazırlayaraq Rusiya Federasiyası Hökümətinə göndərmişdi. ”Vahid Rusiya”çıların təşəbbüsü sayəsində keçən yay mövsümündə “qirmızı zona”da və kovid xəstəxanalarında çalışan həkimlərin mindən çox uşağı sağlamlıq düşərgələrinə göndərilmişdi. Bu il isə “Vahid Rusiya”çılar bu proqramın genişləndirilməsini tövsiyə edirlər və fövqaladə vəziyyət elan olunan bölgələrdən də ,məsələn ,su basmasındandan əziyyət çəkən bölgələrdən də uşaqların  bu siyahıya salınmasının lazım olduğunu  nəzərə çatdıran  Andrey Turçak uşaq düşərgələrində məhdudiyyətlərin mövcud olduğunu, lakin aradan qaldırılması zamanı uşaqların istirahətə göndərilməsinin mümkün olacağını  söylədi.

 Andrey Turçak   onu da diqqətə çatdırdı ki, onun Krasnodar Bölgəsindəki daşqının fəsadlarının  aradan qaldırılmasına köməklik göstərən  könüllülərlə də görüşüb  söhbət etmişdir.

                                                                                                                  N.Rəhim qızı

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *