COVİD-19 xəstəliyinin yeganə həlli peyvənd olunmaqdır

İnsan Yaradan tərəfindən varlığın hər şəraitinə uyğunlaşan mükəmməl bir məxluq kimi yaradılmışdır. İnsan bədəninin bu möçüzələrindən biri də onun immunitet sistemidir.
Bədənimizin bütün bu qoruyuçu ordusu limfa düyünlərində yerləşmiş və öz saatını gözləyir. Xərcəng hüçeyrələrini tapan və məhv edən təbii qatil hüçeyrələri bədənimizdə xüsusi bir vəziyyətə sahibdir. Təəssüf ki, bu qatillər həmişə kifayət etmir, mutasiyaya uğrayan hüçeyrə çoxalır və şiş əmələ gəlir. Bütün bu elmi həqiqətləri niyə sizə deyirəm? Bədəninizin içərisində hər dəqiqə, hər saat,hər gün hansı döyuşçülərin yerləşdiyini təsəvvürünüzə belə gətirə bilməsiniz. Bu ya küçə döyüşü miqyasında , ya da ikinci dünya müharibəsi miqyasında olur.

Ancaq bir virusa yoluxdunuzsa və onlar hüceyrələrinizə daxil oldusa, xususi T — killer hüceyrələri virusla birlikdə hüceyrəyə özünü məhv etmə proqramı göndərir və özünü məhv edir.
İndiki vəziyyətimizdə immunitet sisteminin davamlı mutasiyaya uğrayan bir virusa qarşı antikor inkişaf etdirmək ücün bir az vaxta daha cox ehtiyaçı olduğu bir vəziyyətdə peyvənd COVİD-19 virusuna antikorların sürətli görünməsi ücün bir şans verir.
Hər şey sizin əlinizdə və könüllü seçiminizdədir! Özünüzü qoruyun, sağlam olun!
G. Babayeva

Поделитесь данным материалом

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *